Son xəbərlər

Ermənilər Azərbaycan restoranına belə hücum etdi
Moskvanın cənub-şərqində yerləşən Azərbaycan mətbəxli restoran bir qrup təcavüzkarın hücumuna məruz qalıb.

Hücum anı müşahidə kameralarına düşüb. Hadisə iyulun 24-də səhər saat dörd radələrində Bratislava küçəsində yerləşən "1001 gecə" restoranında baş verib. Kadrlardan görünür ki, bağlı, yalnız bir mühafizəçinin olduğu restorana ən azı yeddi nəfər soxulub. Çağırılmamış qonaqlar metal çubuqlarla stulları, qab-qacağı sındırırlar.

REN TV - nin məlumatına görə, onların "reydindən” sonra kassadan 200 min rubl pul da yoxa çıxıb.

"Obyekt sahiblərinin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədikləri məlum deyil. Bəzi məlumatlara görə, qarşıdurma iyulun 24-nə keçən gecə Marində Azərbaycandan və Ermənistandan olan insanlar arasında baş verən kütləvi davanın davamı ola bilərdi. Oradakı hadisədə polis əməkdaşları 13 nəfəri saxlamışdılar", - deyə Rusiya telekanalının məlumatında bildirilib.sfera.az

Sabah rayonlara dolu düşəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, 25 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Erməni qız döyülən azərbaycanlıdan üzr istədi
“Facebook” sosial şəbəkəsində erməni istifadəçilərdən biri Belçikanın paytaxtı Brüsseldə təxribatçı ermənilər tərəfindən döyülən Rizvan Aslanovdan üzr istəyib.

Baku.ws xəbər verir ki, Lusine Yan adlı istifadəçi həmyerlilərinin azərbaycanlıya qarşı qeyri-insani rəftarını kişilikdən kənar addım kimi qiymətləndirib. 

Qeyd edək ki, həmyerlimizin bir neçə erməni radikal tərəfindən döyülməsi barədə görüntülər sosial şəbəkədə yayılmışdı.

“O qan şəhidlərimizin hamısına qurban olsun”

Ötən gün Belçikada erməni təxribatı nəticəsində döyülən azərbaycanlı gənclər dostlarıyla canlı yayıma qoşulublar. 

Təxribatda xəsarət alan Cahandar Zahidov (Yazar Mirzə Sakitin oğlu) və Rizvan Aslanov səhhətlərinin yaxşı olduğunu bildiriblər. 

C. Zahidov dostlarının onun üzündə olan qana görə narahat olduqlarını vurğulayıb: “Hər şey qaydasındadır. O qan şəhidlərimizin hamısına qurban olsun. Biz nə etsək də Vətənə, bizi yetişdirən o torpağa, bizim uğrumuzda canlarından keçənlərə borcumuzu qaytara bilmərik. Xalqımızı səbrli olmağa çağırıram. Heç bir ölkədə hadisə törətməyin. Biz düşmənin qadınına, uşağına əl qaldırmarıq. Ancaq onlar bunu edirlər”. 

Canlı yayımda iştirak edən R. Aslanov bildirib ki, təxribat törədən ermənilərdən çoxunun tutulduğunu qeyd edib. O xaricdə yaşayan azərbaycanlıları birlik olmağa, təxribatlara uymamağa çağırıb. 

R. Aslanov yanındakı şəxsə işarə edərək ötən gün təxribatçı ermənilərin paylaşdığı videoda suya salınan şəxsin də yanlarında olduğunu bildirib. 

Qeyd edək ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin məlumatına görə, artıq hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son günlər ərzində 25 ölkədə 56 aksiya keçirilib.  Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. 

 




 
Los Anceles və Kaliforniyada yaşayan azərbaycanlıların nəzərinə

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı məlumat yayıb.

Bu barədə konsulluğun feysbuk səhifəsində məlumat verilib: "Əziz həmvətənlər, #erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlar paylaşılıb. Tərəfimizdən bununla bağlı dərhal Los Anceles Polis İdarəsinə məlumat verilərək məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub. Eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq".

Konsulluq həmvətənlərimizi tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.

"Bu, bir sıra radikal və aqressiv erməni qruplarının hədə-qorxu kampaniyasının tərkib hissəsi ola bilər. Hər birinizi bu günlərdə ehtiyatlı və tədbirli olmağa, eyni zamanda təxribatlara əsla uymamağa çağırırıq. Bununla bağlı hər hansı məlumatla qarşılaşacağınız halda qaynar xəttimiz (1 (310) 447-4616) və ya bu FB səhifəsinə mesaj göndərərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik",-deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, Los-Ancelesdə erməni diasporası tərəfindən törədilən təxribatlar nəticəsində 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb.

Azərbaycanda DƏHŞƏT: qayınata kürəkənini rayona aparıb öldürdü, yandırdı, sonra...

Lerik rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Rzayev Akif Yədulla oğlu kürəkəni, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu meşə ərazisində qətlə yetirib, daha sonra yandırıb. İzi itirmək üçün isə meyiti hadisə yerində basdırıb.

İlkin məlumata görə, hadisə ötən ayın 20-də baş verib.

Bakı şəhərinin Xətai rayonunda yaşayan qayınata və kürəkən paytaxtdan birlikdə Lerikə gəliblər. Lakin A. Rzayev Bakıya tək qayıdıb.
Ailə üzvləri narahat olduqları üçün bir neçə gün sonra Ə. Nuriyevin itkin düşməsi barədə polisə məlumat veriblər.

İlkin istintaq tədbirləri əsnasında şübhəli şəxs qismində dindirilən qayınatanın ailə münaqişəsi zəminində kürəkənini aldadaraq Lerik rayonu ərazisinə gətirdiyi və Çayrud kəndi ərazisindəki meşəlikdə qətlə yetirərək basdırdığı müəyyən edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə bu gün hadisə yerinə baxış keçirilib.

Meyit eksqumasiya edilərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycanda tələbə intihar etdi

Azərbaycanda intihar hadisəsi baş verib.

Dövlət İqtisad Universitetinin tələbəsi Ramil Kazımov intihar edib.
Qeyd edək ki, mərhum sözügedən universitetin İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ermənilər yenidən Azərbaycanlılara hücum etdi
Belçikada yaşayan bir qrup erməni azərbaycanlılara hücum edib.

Bu hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlardan da göründüyü kimi ermənilər qrup halında iki həmyerlimizə hücum edib. Azğınlaşmış ermənilər gənc azərbaycanlıları vəhşicəsinə döyüb. Gənclər müxtəlif xəsarətlər alıb.

Son günlər ermənilərin azərbaycanlılara qarşı təxribatları artmaqdadır. Öz aqresiyalarını bütün dünyaya göstərən ermənilər çirkin əməllərindən çəkinmir.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən və xəsarət alan azərbaycanlıların görüntülərini oxu24.com-a istinadən təqdim edirik:

Sabahın havasıSabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. 

Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 22-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə  isti olacaq.