Son xəbərlər

General-leytenant Firudin Nəbiyev dünyasını dəyişdi

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.
Qafqazinfo xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Azərbaycanda stilist intihar etdi

Stilist Müşfiq Musayev intihar edib.
Oxu.az xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.
Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən M.Musayev yaşadığı evdə özünü asıb.

Qeyd edilib ki, hadisə zamanı evdə heç kim olmayıb.

Azərbaycanda zəlzələ olduQubada zəlzələ baş verib.

Yeraltı təkanlar saat 4:52-də qeydə alınıb.

Zəlzələ təxminən 3,5-4 maqnitudada baş verib. Yeraltı təkanlar hiss edilib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

https://olke.az/uploads/1596518086/00d75625-9745-3963-b857-41afa68e80cf_994.jpeg
Oğuzda narkotik becərənlər polisə atəş açdı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan  Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb.

Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin  baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 




 
Qaxda maşınla buldozeri sel apardı

Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.

Yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.

Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus “ZİL” markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.

 

Neft Daşlarında dalğa 2.6 metrə çatıb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 36 mm, Şəki, Sarıbaşda (Qax) 33 mm, Kişçayda (Şəki) 32 mm, Tərtər, Qəbələdə 24 mm, Oğuzda 23 mm, İsmayıllıda 20 mm, Mingəçevirdə 19 mm, Şahdağda 18 mm, Ağdamda 14 mm, Balakəndə 10 mm, Göyçay, Qusarda 12 mm, Daşkəsən, Gədəbəy, Lerikdə 7 mm, Qrız, Tovuzda 6 mm, Quba, Naftalanda 5 mm, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4 mm, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2 mm, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 mm olub.

Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 18 m/s , Pirallahıda 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan MR-da 34-39 dərəcə isti olub.

***

Keçən gün ərzində yağan yağışlarla əlaqədar Respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.

Belə ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.

Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb

Keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində binanı satın alıb.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında “NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib.

Binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min funt sterlinq təşkil edir.

İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus “NOAP PROPERTIES LIMITED” şirkəti Dartforddakı “The Bridging Group Limited” maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. “NOAP PROPERTIES LIMITED” 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

Əbdül Əliyevin atası Namiq Əliyev Vergilər naziri Fazil Məmmədovun müavini olub.

Azərbaycanda nazirlikdə yoxlamalar: Materiallar Baş Prokurorluğa göndərildi

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Azərbaycanda zibillər Mübariz İbrahimovun adını daşıyan küçəyə atılır  - FOTO

Biləsuvarda zibil küçəyə atılır. 

Avtosfer.az xəbər verir ki, rayonun mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan küçə baxımsızdır və məişət tullantıları qalaqlanıb.

Vətəndaşlar bildirir ki, üfunət qoxusu və antisanitariya vəziyyətə görə küçədə hərəkət etmək olmur.

Ərazinin şəkillərini təqdim edirik:

 

Qanunsuz heyvan kəsən 7 nəfər saxlanıldı

Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “Badamdar” qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu fəaliyyətlə məşğul olan ümumilikdə 7 nəfər saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri cərimə ediliblər.