Son xəbərlər

DTX-nin həbs etdiyi general-leytenant azadlığa buraxılıb?Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Baş Prokurorluqdan verilən məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.(oxu.az)

Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı

Son bir həftədə Azərbaycanda COVID-19 infeksiyasına gündəlik yoluxma sayında ciddi azalma müşahidə olunur.

"Qafqazinfo" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı, son həftənin nəticələrini əks etdirən qrafiki təqdim edir.

Qeyd edək ki, 3 avqust tarixində qeydə alınan yoluxma sayı 241 olubsa, 9 avqustda bu rəqəm 87-yə düşüb.

Karantin yumşalandan sonra Bakıda tıxac...

Bakı Nəqliyyat Agentliyi paytaxtın iki fərqli ərazisində sıxlıq səbəbi ilə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların hərəkət intervalında gecikmə olduğunu açıqlayıb.

Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, Q.Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib:

“Hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

Eyni zamanda hazırda Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində və M.Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin çoxluğundan sıxlıq müşahidə olunur. Burda da xeyli sayda sərnişin avtobusunun intervalında gecikmələr yaranır.

Xatırladım ki, sərnişindaşımalarının yalnız avtobuslara həyata keçirildiyi indiki vaxtda bu kimi hallar ciddi çətinliklər yaradır. Bir marşrut xətti üzrə bir və ya bir neçə avtobusun intervalında yaranan gecikmə həm dayanacaqlarda həm də digər xətlər üzrə avtobuslarda sıxlıqlara səbəb olur.

Qeyd olunanları nəzərə alaraq bir daha fərdi minik avtomobili sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq”.

Xatırladaq ki, bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti bərpa edilib.

 




 
Azərbaycanda zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 01:31-də İsmayıllı stansiyasindan 18 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, zəlzələ 3,1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

Sumqayıtda zavodda yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın "Azərkimya" İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Ziya Bünyadov prospektindəki qəza tıxac yaratdı

Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində (Çermet körpüsünə çatmamış piyada keçidinin altında) yol-nəqliyyat hadisəsi baş verib.

BNA xəbər verir ki, hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.

İriçaplı pulemyotlar işə düşdü

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Sabah 36 dərəcə isti olacaq

7 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şəmkirdə qısqanc ər arvadının boğazını kəsib öldürdü

Şəmkirdə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Mübariz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xaqani Səmədovun icraatına verilib.

İş üzrə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Şəmkirin Baş Posanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri Məmmədov Mübariz Bayram oğlu tərəfindən boğazı kəsilərək qətlə yetirilib.

Hadisə qısqanclıq zəminində baş verib.

M.Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər.

Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.