Son xəbərlər

Taksi sürücüləri arasında qanlı dava - 3 nəfər öldürüldü
 

Bu gün İstanbulun Esenyurt adlanan hissəsində bir qrup taksi sürücüsü arasında kütləvi dava düşüb.

Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, dava-dalaş zamanı dəyənəklərdən və odlu silahdan atəş açılıb. Atəş nəticəsində ağır xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq güllə yarası almış şəxslərdən 3-ü vəfat edib. Onlardan ikisi qardaşdır.

Faktla bağlı araşdırmalar aparılır. Hadisə zamanı atəş açan şəxs silahı ataraq ərazidən uzaqlaşıb.

72 yaşlı qadın intihara cəhd edib

Bərdədə 72 yaşlı qadın özünü yandırıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Yeni Əyricə kənd sakini, 1947-ci il təvəllüdlü Pakizə Ağayeva özünü yandıraraq intihara cəhd edib. O, yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Axar.az- a bildirilib ki, sentyabrın 26-da 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Ucarda yük maşını yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaracallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi "FORD" markalı yük maşını anidən alışıb. Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Masallı sakini Lənkəranda hündürlükdən yıxılaraq ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Veravul kəndində baş verib.

Masallı rayonunun Kolatan kənd sakini, 1959-cu il təvəllüdlü Sübhan Qardaşxan oğlu Cahangirov usta işlədiyi fərdi yaşayış evində damdan yıxılaraq ağır xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Cahangirova ilkin olaraq qapalı kəllə-beyin travması və daxili qulaq qanaxması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ər-arvad evində bıçaqlandı

Göygöl rayonunda evə girən oğrular ər və arvadı bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Qızılqaya qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Mənzilə girən oğrular ev sahibi - 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva İradə Faiq qızına bir neçə bıçaq xəsarəti yetiriblər.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, evə girən oğrular 2-3 nəfər olublar. 

Faktla bağlı araşdırma aparılır.


Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır.

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində 3 evdən noutbuk, mobil telefon, velosiped, 3 000 manat pul, televizor, kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3 700 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri. əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək saxlanılıb.

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Dəmir yolu” adlanan ərazisində yaşayış evlərinin birində baş verib.

1998-ci il təvəllüdlü Aşurova Sona Eyvaz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona lazımi tibbi yardım göstərilib. S.Aşurovanın vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Salyan rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

İlikin məlumata görə, Kürqaraqaşlı kənd sakini Süleymanov Rəhman Qəhrəman oğlu müayinə olunmaq üçün xəstəxanaya gəlib. Xəstəxananın həyətindəki skamyaların birində oturan zaman anidən halı pisləşib və yerə yıxılıb.

Ona ilk tibbi yardım göstərilənədək dünyasını dəyişib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparıır.