Son xəbərlər

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağcabədidə

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu oldu.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və yüzlərlə ağcabədililər də iştirak ediblər.

Eyni zamanda tədbirə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla yanaşı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli da qoşulub.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.

Festivalın zəngin proqramını yadda qalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında biri-birindən maraqlı rəqslərin nümayiş olunması olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib.

Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərin marağına səbəb olub. Daha sonra digər sənətkar Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay Evi” və Ağdam məscidi, Hökümət Evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçiləri təəcübləndirib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Daha sonra dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Daha sonra regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir…


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Goranboy Subartezian İdarəsində talan".

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı şəhəri Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Rauf Teyyubovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubovdur.

Əhalinin içməli su ilə təmin edilməsində və əkin sahələrinin suvarılmasında subartezian quyularının böyük əhəmiyyəti var. Bu baxımdan Goranboyun kənd təsərrüfatı işçiləri bu il 48 min ha sahədə əkin işləri aparıb. Rayonda suvarmanı həyata keçirən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələrinin kollektivləri əkin sahələrinin su ilə təmin olunması üçün gücləndirilən iş rejimində çalışırlar.

Goranboy subartezian quyular istismar idarəsinin rəisi Rauf Teyyubov başçılığı altında subartezian və artezian quyuların "xidməti" ərazisində min hektarlarla suvarılan sahə mövcuddurvvə bundan əlavə, həmin ərazidə yaşayan yüz minlərlə nəfər əhalinin içməli, kommunal-məişət və digər məqsədlər üçün su təminatı da subartezian və artezian quyuları vasitəsi ilə ödənilir.

Prezident İlham Əliyevin tapşırığı əsasında meliorasiya və su təsərrüfatı kompleksi ilə bağlı xüsusi dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Respublikanın bütün bölgələrində olduğu kimi Goranboy rayonunda da 2019-cu ildə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Rayonda əkin sahələrinin suvarılması subartezian quyuları, nasos stansiyaları təbii su mənbələri hesabına həyata keçirilir.

Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rauf Teyyubov bu işin müqəddəsliyini qoruyub saxlayır. Rauf Teyyubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Rauf Teyyubovdan danışdılar yaxşı ki, Rauf Teyyubov Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi təyin olunub… Rauf Teyyubov öz isguzarlığı ilə tanınır və seçilir….

Rauf Teyyubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Rauf Teyyubovu heç vaxt əqidəsindən döndərə bilməz.

Rauf Teyyubov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rauf Teyyubov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rauf Teyyubov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Rauf Teyyubovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rauf Teyyubov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rauf Teyyubov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rauf Teyyubov özünü doğruldub. Bizdə hörmətli Rauf Teyyubovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Müşfiq Kişiyev

          
      Tanrının bizə bəxş etdiyi ömrü hərə bir cür  yaşayır.

   Bəzilərimiz fərqinə varmadan, bəzilərimiz isə hər anın, hər dəqiqənin qədrini bilərək. Şərəflə, ləyaqətlə, üzərinə düşən  vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək!

 Yaranmışların ən alisi olan insan övladı çox şeyə qadirdir. Yetər ki, sonsuz istək və həvəs olsun. Yetər ki, qabiliyyət və əzmkarlıq olsun. O zaman xarüqələr ortaya çıxır,  tanrının yaratdıqları bir də insan əli ilə daha əsrarəngiz  olur. Bəşər cəmiyyəti yarandığı gündən insanlar müxtəlif peşə və sənətlə məşğul olub. Hər kəs istədiyi qədər, bacardığı qədər öz sənətini, peşəsini yüksəltməyə çalışıb. Sənətin yaxşısı, pisi olmaz deyiblər. Sənət əsl sənətkar əlində dəyərli olur. Bütün sənət və peşələr  gözəldir.  Bir sənət isə vardır ki, başqa sənətlərdən fərqlidir, xüsusidir, müqəddəsdir. Həkimlik sənəti ! O sənət ki Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşdurur, ona ikinci həyat bəxş  edir. Bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən biri də Azərbaycan Tibb  Universitetinin  Uşaq cərrahlığı kafedrasının  müdiri , tibb üzrə elmlər doktoru , Tədris Cərrahiyyə klinikasının baş həkimi  Ramiz Poluxovdur. . Ramiz həkim bu müqəddəs peşəyə 1992-  cı ildə ATU- nun Uşaq Cərrahiyyə kafedrasında başlamıdır.  Uşaq xəstəlikləri və cərrahiyyəsi üzrə bir sıra elmi iş və məqalələrin müəllifi olan Ramiz həkim Rusiya Pediatrlar İttifaqının üzvü , Rusiya Uşaq Cərrahları Assosiasiyasının üzvü , Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının sədr müavinidir.

  Bir həkim olaraq seçdiyi və fəaliyyət göstərdiyi sahə - uşaq xəstəlikləri  günümüzün reallığında tibbin ən çətin sahələrindən biri olmasını, bu xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alaraq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu bir daha vurğulamaq yerinə düşərdi. Təcrübəli, səriştəli, sənətinin mükəmməl bilicisi olan Ramiz  həkim bütün xəstələrinə -gələcəyimiz olan uşaqlara   özəlliklə və xüsusi həssaslıqla yanaşır, onların sağalıb normal həyata qayıtmaları üçün bütün bilik, bacarıq və səriştəsini ortaya qoyur.

    Ramiz   həkimi səciyyələndirən xüsusiyyətlər təkcə təcrübəli, peşəkar bir həkim olmaqla bitmir. Son dərəcə yüksək intellekt, ziyalılıq, hərtərəfli elmi biliklər, həmçinin gözəl qəlb , zəngin və təkrarolunmaz mənəviyyat, ailcənablıq , xeyirxahlıq dəyərli bir  insan, bir şəxsiyyət kimi onu formalaşdıran xüsusiyyətlərdir. O xüsusiyyətlər ki, bu gün cəmiyyətimizə çox lazımdır, fəqət çox az insanda tapılır. Bu baxımdan  Ramiz həkim təkcə bir həkim kimi deyil, dəyərli, əsl insanlıq nümunəsi , yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan bir şəxsiyyət kimi çox lazımdır.
 Tanrı Sizi qorusun, Ramiz  həkim!
 

   Müşfiq Kişiyev.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət xanım Misirxanova üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya Ağdam rayon Təhsil Şöbəsinin müdirinə qarşı rüşvət iddiası var. Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət xanım Misirxanova haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət xanım Misirxanovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət xanım Misirxanovadır.

08 mart 1974-cü ildə Ağdam rayonu Kəngərli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş və 1996-cı ildə Universitetin bioloq, biologiya və kimya müəllimi ixtiası üzrə bitirmişdir. 1994-cü ildə qiyabi şöbəyə keçdiyi üçün ixtisası üzrə Ağdam 16 saylı köçkün orta məktəbinə müəllim təyin olunmuşdur. 1995-ci ildə 16 saylı köçkün orta məktəbindən 85 saylı köçkün orta məktəbinə ixtisası üzrə müəllim köçürülmüşdür. Eyni zamanda 1995-ci iləd Ağdam 18 saylı köçkün orta məktəbinə də kimya-biologiya müəllimi təyin olunmuşdur.

1999-cu ildə öz ərizəsinə əsasən YAP sıralarına daxil olmuşdur. 2004-cü ildə Ağdam RTŞ tərəfinədn keçirilən “İlin müəllimi” müsabiqəsində I yerə layiq görülmüş və fəxri fərmanla mükafatlandırılmışdır. 08.10.2009-cu ildə Ağdam RTŞ tərəfindən “Quzanlı qəsəbə körpələr evi-uşaq bağçası”na müdir təyin olunmuşdur. 2014-cü ildən YAP Ağdam rayon Təşkilatı Qadınlar Şurasına sədr seçilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 noyabr 2015-ci il tarixli 48-25-7589/16 saylı məktubu və Rayon İcra Hakimiyyətinin 13 noyabr 2015-ci il tarixli 327 nömrəli əmrinə əsasən Ağdam Rayon Təhsil Şöbəsinin müdir vəzifəsinə təyin edilmişdir.

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət xanım Misirxanova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mətanət xanım Misirxanova bu işin müqəddəsliyini qoruyub saxlayır. Mətanət xanım Misirxanova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mətanət xanım Misirxanovadan danışdılar yaxşı ki, Mətanət xanım Misirxanova Ağdam Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub… Mətanət xanım Misirxanova öz isguzarlığı ilə tanınır və seçilir….

Mətanət xanım Misirxanova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mətanət xanım Misirxanovanı heç vaxt əqidəsindən döndərə bilməz.

Mətanət xanım Misirxanova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mətanət xanım Misirxanova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mətanət xanım Misirxanova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mətanət xanım Misirxanovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mətanət xanım Misirxanova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mətanət xanım Misirxanova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağdam Rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mətanət xanım Misirxanova özünü doğruldub. Bizdə hörmətli Mətanət xanım Misirxanovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Əlövsət Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Əlövsət Əliyevdir.

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Əlövsət Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əlövsət Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əlövsət Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əlövsət Əliyevdən danışdılar yaxşı ki, Əlövsət Əliyev Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub… Əlövsət Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Əlövsət Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əlövsət Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Əlövsət Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əlövsət Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əlövsət Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əlövsət Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əlövsət Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əlövsət Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əlövsət Əliyev özünü doğruldub. Biz də hörmətli Əlövsət Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


   P.S Son zamanlar bəzi mətbu orqanlarda Əlövsət həkim haqqında yalan - yalnış məlumatlar yer almaqdadır. Bu fədakar həkimin , səriştəli rəhbərin əməyinə , zəhmətinə kölgə salmağa çalışırlar. Nəzərə çatdırmaq istərdim ki , bütün bunlar şər -böhtandan başqa bir şey  deyildir və ola da bilməz. Görülən sonsuz əməyə qiymət verməkdənsə,bu yollara əl atanlarsa peşəkarlıqdan və vicdan deyilən məfhumdan uzaq olan kəslərdir.

  Müşfiq Kişiyev.



 
"Bölgələrdən  Bölgələrə "Yaradıcılıq Festivalının növbəti ünvanı Saatlı rayonu oldu. Bu gün baş tutan möhtəşəm tədbirdə Saatlı rayonu İcra başçısı Siraqəddin Cabbarov, Mədəniyyət Nazirliyinin nümayəndələri , Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov , 

İcra başçının birinci müavini İlham Quliyevvə rayonunun bütün məsul işçiləri , o cümlədən respublikamızın on altı regional mədəniyyət mərkəzlərindən nümayəndələr iştirak edirdilər.






Festival zəngin konsert proqramını regional idarələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri , rəqs qrupları və musiqiçilərin ifaları daha da rəngarəng etdi. Sərgi hissəsi isə qədim və müasir  incəsənət nümunələrini özündə birləşdirərək  iştirakçıları heyran edib. 

 

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 S
ərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Şəhidlər-qürurumuz, and yerimiz! Şəhidlər-əbədi ölməzlik qazanan müqəddəslər!
Onlar canlarından, qanlarından keçərək müqəddəs vəzifənin öhdəsindən ləyaqətlə gəldilər. Bəs bizlər necə onların ruhu qarşısında hörmətdə , yaxınlarına ,əzizlərinə qarşı qayğı və diqqətdə üzərimizə düşən vəzifənin öhdəsindən nə dərəcədə gəlirik.?!
Ölkə rəhbəri Cənab İlham Əliyevin, birinci vitse – prezident Mehriban Əliyevanın şəhidlərimizə, onların ailələrinə göstərdiyi qayğı və diqqət göz önündədir. Şəhid ailələrinin, onların yaxınlarının rifah halının yaxşılaşdırılmasına yönəlik tədbirlər , onların mənzillə, minik avtomobili ilə təmin olunması mütəmadi hal almışdır. Elə bu yaxınlarda Aprel şəhidlərinin ildönümünə aid tədbirdə Mehriban xanım Əliyevanın hərbçilərimizə “mənim qardaşlarım “- deyərək müraciətinin artıq şərhə ehtiyacı yoxdur.
Bütün bunlarla yanaşı çox təsssüf ki, şəhidlərə, onların ailə üzvlərinə biganə yanaşan, hörmət etməyənlər də var.
Haqqında danışmaq istədiyim şəhid – Süleymanov Vüqar Natiq oğlu Şəki rayonu Böyük Dəhnə kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı, ailənin yeganə oğul övladı idi. Ata-ananın, bacılarının onunla bağlı neçə-neçə arzuları, ümidləri vardı . Ən başlıcası gənc bir ömrün istəkləri, arzuları ... Ancaq Vüqar bütün arzuların üzərindən xətt çəkdi. Bircə müqəddəs arzudan, amaldan, istəkdən başqa . Şəhidlik! Bu arzunun, istəyin qarşısında nə bitirdiyi Bakı Slavyan Universiteti, nə ailənin yeganə oğul övladı olması dura bildi.

Aprel ayının 5-də Böyük Dəhnə kəndində Vüqarın, o cümlədən Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları-şəhidin ailə üzvləri , kənd sakinləri,  məktəb kollektivi, mətbuat nümayəndələri şəhidin məzarı üzərində nitq söylərək, Aprel döyüşləri haqqında ,  onun siyasi, hərbi əhəmiyyəti haqqında qürurla danışdılar. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya qəlbləri qürur hissi ilə doldurdu.

   İnsanlar öz əllərindən gələni edir, bir quru sözlə də olsa şəhid ailəsinə təsəlli verməyə çalışırdılar. Lakin  rayonun məsul vəzifə sahibləri, nə rayon İcra başçısı, nə müavinləri bu tədbirdə iştirak etdilər.

Ən acınacaqlı vəziyyət isə Vüqarın ailəsinin yaşadığı evin vəziyyəti idi. Evin üzəri köhnə kirəmitlə örtülüdür. Yağış yağarkən evin içərisi gölməçəyə dönür. Evdəki bütün qablar yağış daman yerlərə düzülür.


 Əgər dağ cüssəli, ali təhsilli Vüqar sağ olsaydı, yəqin ki onların evi də bugün ən müasir dam örtüyü ilə örtülərdi. Bəlkə dam örtüyü deyil, evin özü də yenilənərdi. Lakin Vüqar bunları fikirləşmədi. Fikirləşdiyi Vətən oldu , torpaq oldu !

   Bəlkə də fikirləşdiki ki, mən canımdan keçirəm yerdə qalanlar nə ki ..

       Lakin bu gün Vüqar kimi oğulların hesabına qışda isti , yayda sərin kabinetlərində oturan, bəlkə də bir günə bir dam örtüyünün pulunu xərcləyənlər- İcra başçıları , müavinlər , rayonun digər məsullarının vicdan anlayışından xəbərləri varmı ?! Bir türk gözəlçəsinə  torpaq vəd edənlər, qiymətli hədiyyələr verənlər  bir şəhid evini təmir etməkdə bu qədərmi maraqsızdırlar.

        Budur , Cənab başçı Aprel şəhidinin evi !

          Baxın və əməllərinizə özünüz qiymət verin .

 

Müşfiq Kişiyev.

Tanınmış aparıcı Hacı Nuran Hüseynov dünən Azərbaycanda dünyaya gələn 10 milyonuncu sakini xəstəxanada ziyarət edib.

 O, Mehriban adı verilən körpə ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb və əhalimizin sayının 10 milyona çatması münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

 

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.