Son xəbərlər



Yaranmışların ən alisi insandır. Ulu Tanrı bəşər övladını yaradarkən ondan heç bir lütfünü əsirgəməmişdir. Ona ən ali hisslər əta etmiş və belə də davam etməsini buyurmuşdur. Bu ali keyfiyyətlər xeyirxahlıq , mərhəmət , alicənablıq , sadəlik,bütünlükdə yüksək mənəvi dəyərlərdir. Lakin zaman keçdikcə bu dəyərlər də sanki dəyişmiş , bir sözlə insanlıq mənəvi erroziyaya  uğramağa başlamıdır. Günümüzün reallığında  yüksək dəyərlərə sadiq qalan , insanlıq adına şərəf gətirən, Ulu Yaradanın buyruğunu ləyaqətlə yerinə yetirən insanlar az da olsa var. Çox şükür ki , var.  Elə qəhrəmanım   " Bakı Tekstil  Fabriki " MMC -nin sədri Səkinə Babayeva  də belə nadir şəxsiyyətlərdəndir. O , alicənablığı , ləyaqəti , mənəvi dəyərləri yüksək tutan , qiymət verən bir insandır. Bütün həyatını, əməli fəaliyyətini də belə yüksək amala kökləmişdir.

 Yaşadığımız günlər ən müqəddəs günlər hesab edilir. Bütün müsəlman aləmi Müqəddəs Ramazan ayının pak işığına toplaşır, daxilən saflaşır , arınır , təmizlənir.Saflığı , təmizliyi, şərəf və ləyaqəti həyat kredosu edənlərə isə bu günlərin bərəkətindən daha çox pay düşür. Təbii ki , Səkinə xanım də bu sıradandır.

   Səkinə xanım  öz adından qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə başda möhtərəm prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımzı təbrik edir. Cənab prezidentə,  ailəsinə hər zaman Tanrının pənahında olmasını diləyir.

  Biz də öz növbəmizdə Səkinə xanımı təbrik edirik . Mərhəmət qapılarının açıq olduğu , bütün duaların qəbul olunduğu  bu günlərdə bütün dualarının , arzu və istəklərinin həyata keçməsini diləyirik . Bayramınız mübarək !

Paytaxtımızın aparıcı rayonlarından biri də Nərimanov rayonudur.  Ölkə rəhbəri Cənab İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına , yüksək həyat tərzinin təmin olunmasına münbit şərait yaratmışdır.
Eyni zamanda  rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi,  qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlər davam etdirilməkdədir. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 32 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 5 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsindədir.

Rayonda  sosial-rifah halının yaxşılaşdırılması , əhalinin məşğulluğunun artırılası məqsədi ilə ölkə xaricində də geniş layihələrə imza atılmışdır. Belə ki , ölkə rəhbəri  Cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən ilin may ayının 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin təntənəli açılışı mərasimi olmuş , həmçinin 2017-ci ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan İş Mərkəzinin hazırda inşası  həyata keçirilir, eyni zamanda Azərbaycan İş Mərkəzinin nəzdində inşası nəzərdə tutulan Azərbaycan Ticarət Evinin binası üçün torpaq sahəsinin ayrılması ilə bağlı Həştərxan vilayətinin rəhbərliyi ilə danışıqlar aparılır . Bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacaq və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəkdir.
Nərimanov rayonu İcra Hakimiyyətinin təşəbbüsü və birbaşa iştirakı ilə bütün mədəni-kütləvi tədbirlər yüksək peşəkarlıqla həyata keçirilir. Bayram tədbirləri , bütün əlamətdar  hadisələr, anım  günləri yüksək səviyyədə qeyd edilir.

 İcra başçısı cənab Abdin Fərzəliyev mütəmadi olaraq rayon sakinləri ilə görüşlər keçirir, onları narahat edən məsələlərlə, problemlərlə yetərincə maraqlanır, yerindəcə müvafiq tədbirlər görür.

  Qarşıdan bütün müsəlmanların Müqəddəs bayramı - Ramazan bayramı gəlir. Bu münasibətlə başda İcra başçısı Abdin müəllim olmaqla onun bütün kollektivini, o cümlədən rayon sakinlərini təbrik edirik. Mərhəmət qapılarının açılıdığı , bütün duaların qəbul olunduğu bu günlərdə bütün arzu və istəklərinin həyata keçməsini , diləklərinin qəbul olmasını arzulayırıq. Bayramınız mübarək !

 

Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb. 

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik əlaqələr bu gün siyasi, iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımızla yeni mərhələyə qədəm qoyub.

İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk səfəri olaraq keçən il ölkəmizə səfərinizi, apardığımız danışıqları və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dost və strateji tərəfdaş olan ölkələrimizin ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı fəaliyyəti bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev - “Müasir dövrdə respublikamızda ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində atılan istənilən innovativ və müasir addımı Azərbaycan Kooperasiya Universitetində də tətbiq etmək əsas məqsədimizdir. Bu gün universitetimiz öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaqdadır. Tələbələrimizin intellektual səviyyədə inkişafı, onların yüksək ali təhsil almaları üçün şəraitin yaradılması fəaliyyətimizin prioritet istiqamətidir. Həmçinin universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin texnoloji yeniliklərlə tədrisi mənimsəməsi bizim üçün olduqca önəmli məsələdir”.

Millidestek.az olaraq bu şərəfli insan - Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Quliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Eldar Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Eldar Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Eldar Quliyev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Eldar Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Biz də hörmətli Eldar Quliyevi dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

****

Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı qeyri-dövlət ali təhsil müəssisəsidir.

Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır

Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 12 nəfər professor, 99 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 104 nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris - köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir.

Millət vəkili, professor Eldar Quliyev - Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük bir epoxanın yaradıcısı olduğunu deyən Eldar Quliyev Ulu öndərin bu yolda ardıcıl və məqsədli siyasət nümayiş etdirdiyini, cəmiyyətin hərtərəfli inkişafı sahəsində mühüm nailiyyətlərə imza atdığını deyib. O, Heydər Əliyev epoxasını şərtləndirən mühüm amillərdən söz açaraq, böyük dövlət xadiminin müstəqil dövlətçilik uğrunda apardığı mübarizə, azərbaycançılıq, böyük siyasi iradə kimi əsas prinsiplərin bu epoxada aparıcılıq təşkil etdiyini diqqətə çatdırıb.
  Qarşıdan bütün müsəlmanların müqəddəs bayramı - Ramazan bayramı gəlir. Bu münasibətlə Eldar müəllimi təbrik edir , ailəsinə , yaxınlarına cansağlığı və bol ruzi- bərəkət arzulayırıq. 
1

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Neftçalanın icra başçısı rayonu tərk etdi – "Qayıtmayacaq"". 

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İsmayıl müəllim Vəliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və başçının birinci müavini Vurğun Əkbərovdur.

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və başçının birinci müavini Vurğun Əkbərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.
Şərəfli vəzifəyə yiyələnən İsmayıl müəllim Vəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İsmayıl müəllim Vəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. 

Millidestek.az olaraq sorğu apardıq ağız dolusu İsmayıl müəllim Vəliyevdən danışdılar yaxşı ki, İsmayıl müəllim Vəliyev Neftçala rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub… İsmayıl müəllim Vəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

İsmayıl müəllim Vəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İsmayıl müəllim Vəliyev heç vaxt əqidəsindən döndərə bilməz.

İsmayıl müəllim Vəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İsmayıl müəllim Vəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İsmayıl müəllim Vəliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

İsmayıl müəllim Vəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İsmayıl müəllim Vəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Neftçala rayonu İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İsmayıl müəllim Vəliyev özünü doğruldub. Bizdə hörmətli İsmayıl müəllim Vəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir , ailəsinə, doğmalarına, yaxınlarına cansağlığı , bol - ruzi bərəkət arzulayırıq. Bayramınız mübarək !

İsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır! - ÖZƏLİsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır! - ÖZƏLİsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır! - ÖZƏLİsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır! - ÖZƏLİsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır! - ÖZƏLİsmayıl müəllim Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır! - ÖZƏL

"Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda enerji təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, o dövrdə səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı: "Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycanda həm enerji, həm də qida təhlükəsizliyi ilə təmin edilmirdi".

Sədr müavininin sözlərinə görə, Heydər Əliyev bütün bu problemlərin öhdəsindən gəldi.

V.Ələsgərov qeyd edib ki, investorlar üçün şərtlər aşağı salınmaqla əlverişli imkan yaradıldı: "Azəri-Çıraq layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı".

Erməni tarixçilərinin illər boyu çalışdıqları Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, tarix boyu düşmənimizin arxasında xristianlıq adından sui-istifadə edən bəzi keşişlər dayanıb:

"1916-cı ildə Venesiya şəhərində dünya ermənilərinin toplantısı keçirilir. Təşkilatçı Fransada anadan olan, Vatikan tərəfindən Venesiya şəhərində baş keşiş təyin edilən Arşak Çobanyan idi.

Toplantının əsas məqsədi "Türksüz Qafqaz" ideyası altında erməni xalqı üçün "qədim Qafqaz evi" tikmək idi. Yəni erməni tarixi yazılması istiqamətində güc ortaya qoyaraq Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi. Məqsəd Kilikiya kilsəsində tərtib edilən xəritədə Kiçik Asiyada yerləşdirilmiş "Hayastan" ölkəsini "Armeniya" adı ilə Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında olan torpağına köçürmək idi. Nəticə öz effektini qısa zamanda verdi, Fransa siyasi dairələrinin dəstəyi ilə "erməni tarixi" adlı əsərlər dünyada yayılmağa başladı və 1918-ci ildə Azərbaycan ərazilərində ilk olaraq Ermənistan Respublikası, iki il sonra isə 9 noyabr 1920-ci ildə rusların dəstəyi ilə "Erməni Sovet Sosialist Respublikası" yaradıldı. İrəvan və Zəngəzur torpaqlarının hesabına".

Tarixçi alim ermənilərin saxta tarix yazması haqqında faktlardan danışıb:

 

"Arşak Çobanyan Vatikanda olan əlaqələrdən istifadə edərək, "erməni tarixi" adı ilə və guya qədim erməni keşiş-tarixçisi M.Xorenatsinin adından olan "əlyazmaları" orda arxivlərdə saxlamağa nail olur. O, din xadimi toxunulmazlığından yararlanaraq bütün əsas ölkələrin arxivlərinə yol açır və həmin arxivləri qısa zaman ərzində yazılan saxta tarixi kitabları və sənədlərlə doldurur. A.Çobanyanın erməni tarixi yazdırmaq üçün ilk yaxınlaşdığı fransız tarixçisi De Morqan olub. Həmin fransız tarixçi sonralar "erməni keşişləri başqa xalqlara məxsus olan əfsanələr hesabına tarixən bir qarış coğrafi ərazidə müstəqil dövlətləri olmamış babalarına əfsanəvi "dövlət" yaratmağa çalışırlar", - deyə qeydlər yazıb".