Son xəbərlər


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin iyunun 24-dən 26-dək Azərbaycanda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

Qonaq iyunun 23-də “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaq, həmçinin "ASAN könüllüləri", "ASAN radio", “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD”ın fəaliyyəti ilə də tanış olub.

Liu Zenmin Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığı və agentliyin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.

 









 
 

Uzun illər ərzində ətalətli Azərbaycan müxalifəti Azərbaycanın möhkəm birləşmiş hakim elitası ilə mübarizədə kütlənin şüurunda əsas təbliğat müddəasının kök salmasına yönəlmiş ideoloji platforma qururdu: Əliyev hakimiyyətinin strukturunda çatların mövcudluğu. İctimai şüura elitadakı mərkəzdənqaçma qüvvələrinin fəallaşmasına qiyamçı inamını yeritməyə cəhd edirdilər. Guya elita bir deyil, dağınıqdır, qarşılıqlı ittihamlar onu bürüyüb, şərti olaraq köhnə qvardiyaçılara və yeni gənc qvardiyaya parçalanıb. Bundan savayı, Əliyev siyasi sülaləsinin siyasi fəlsəfəsinin əsas kateqoriyasını – siyasi varislik prinsipini rədd edərək, ideoloji diversiyanın müəllifləri hakimiyyətdaxili vəziyyətin inkişafı ssenarilərini öncədən duyaraq, vətəndaş cəmiyyətini inandırırdılar ki, tezliklə mifik köhnə qvardiyaçılar ikinci plana keçəcək və yolu epik gənc qvardiyaçılara verəcəklər.

Biz dəfələrlə tarixə və son iyirmi beş il ərzində müxalifətin çoxsaylı məğlubiyyətlərinin mənbələrinə müraciət etmişik. Lümpenləşdirilmiş müxalifətin süqutunu şərtləndirmiş amil və səbəblərin məcmusu hamıya məlumdur, hərçənd başlıca səbəb yenə də siyasi psevdologiyadır, başqa sözlə, arzu olunanı həqiqət kimi qələmə verməyə üzvi yanğıdır. Bütün bu illər ərzində müxalifət rəngli, məxməri, Yaxın Şərq inqilablarına ümid edir və həqiqətin dəyişməzliyini anlayırdı ki, postmodern inqilablarının qələbəsinin əsas amili hakim elitalardakı parçalanma və xalq şüurundakı pərişanlıqdır. Müxalifət bu hərcmərcliyi çox gözləyirdi, ilğımvarı arzusunu və həyata keçməz ümidini qoruyub saxlayırdı. Halbuki, siyasi düzəni analiz edən hətta ən adi, sıradan bir ekspert də başa düşürdü: hakim elita möhkəm birləşib və özünün siyasi lideri – prezident İlham Əliyevə polad və sarsılmaz inamla bağlıdır.

Bəs hakimiyyətdəki çatlar haqqında düşüncələrlə etirazçı elektoratın ümid və istəklərini boş yerə aldatmağın mənası nə idi?

Nəhayət, hakimiyyətlə barışmaz mübarizənin nəzəriyyəçiləri daha bir illüziyanı ərsəyə gətirmişdilər ki, bu da gerçəyə çevrilmədi. Vəziyyətə nəzarətin itirilməsi, sabitliyin mümkün pozulması və siyasi mübarizənin qeyri-təkamül yolu ilə inkişaf edəcəyi barədə çox danışılırdı. Hələ bir neçə il əvvəl ABŞ-ın aparıcı analitikləri vurğulayrdılar ki, MDB ölkələrində sabitlik liberal azadlıqlardan və demokratiyadan üstün olmalıdır. Analitiklər bir ağızdan təlatümlü 90-lar və nəhəng səylər sərf edərək, onilliklər boyunca sistemli qeyri-sabitlik və liberal azadlıqların feodal cəmiyyətində kor-koranə tətbiqinin nəticələri ilə mübarizə aparan “güclü əl” barədə fikir yürüdürdülər.

Prezident İlham Əliyevin güc strukturlarının rəhbərliyində köklü yenidən təşkilatlanma haqqında fərmanları müxalifət cərgəsinin əlindən elitadakı qarşıdurma və vəziyyətin sabitliyinin mümkün pozulması haqqında əsas arqumentləri də çıxardı.

Beləliklə, əsas əlamətdar hadisə daxili işlər naziri Ramil Usubovun Azərbaycan Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında qərar oldu. R.Usubov – dövrə bərabər şəxsiyyətdir və cəbhə zamansızlığından sonra milli polisin intibahı onun  adı ilə bağlıdır.

Azərbaycan tarixinin ən əfsanəvi DİN başçısı sistemli sabitliyin təşəkkülündə əhəmiyyətli rol oynayıb. Bu cür təcrübəli və miqyaslı dövlətçilik düşüncəsi olan məmurun Təhükəsizlik Şurasının katibi kimi yüksək vəzifəyə təyinatı, şübhəsiz ki, potensial riskləri minimuma endirir. Təhükəsizlik Şurasının katibi vəzifəsi 1997-ci ildə təsis edilsə də, indiyə qədər boş qalırdı. Təhükəsizlik Şurasının katibi bu strateji şuranın bütün fəaliyyətini koordonasiya edir ki, həmin şuraya bütün güc strukturlarının və xüsusi xidmət orqanlarının rəhbərləri, baş prokuror və hətta xarici işlər naziri daxildir. İndiyə kimi Təhükəsizlik Şurasının fəaliyyətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev koordinasiya edirdi. Bu, hazırda təcrübəli və bacarıqlı dövlət xadiminə etibar edilmiş siyasi postun əhəmiyyətindən xəbər verir.

R.Usubovun daxili işlər naziri postundakı xələfi isə nazirin dəyişməz müavini Vilayət Eyvazov oldu. V.Eyvazovun təyinatı da siyasi varislik modelinə tamamilə uyğundur. Güc strukturunun gənc və cəsarətli əməkdaşı 2003-cü ilin oktyabrında – Azərbaycandakı vəziyyətin çalxalanmasına edilmiş ilk cəhd zamanı iğtişaşların yatırılmasında əsas rollardan birini oynamışdı. Qiyam aldırmış qaragüruhçu kütlə var qüvvəsi ilə hakimiyyətin yüksək kabinetlərinə daxil olmağa can atırdı. Əlində silah bu vəhşi fəlakətin qarşısını kəsənlərdən biri də gənc general Eyvazov idi. Elə həmin general bundan hardasa on il əvvəl əlində qumbaraatanla qiyamçı polkovnik Rövşən Cavadovun tanklarının yolunu kəsmişdi. Vilayət Eyvazov qaragüruhçu vəhşi fəlakətin qarşısında canından keçər, amma bir addım da geri çəkilməz.

Eyni zamanda, iki onillikdən sonra Azərbaycan əks-kəşfiyyatının, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təcrübəli çekist – general Əli Nağıyev qayıtdı. O, öz fəaliyyətinə SSRİ DTK-da kiçik əməliyyat müvəkkili kimi başlayıb və sonradan karyerasında böyük zirvələrə çatıb. Ə.Nağıyev Azərbaycan milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Lakin özünün güzəşt tanımamaq və digər bu kimi şəxsi keyfiyyətləri üzündən o, nazir Eldar Mahmudovun dövründə həmin qurumda baş alıb gedən hərcmərclik və özbaşınalıqla barışa bilməyib. Söhbət mundir şərəfindən geirdi. Çekist “obxSS”ə getdi. Dövlət təhlükəsizliyinin bütün orqanizmini bürümüş xərçəng şişi – Mahmudovşina ilə mübarizədə Ə.Nağıyev özünün yüksək vəzifəsini tərk etdi və fəaliyyətini Baş Prokurorluqda davam etdirdi. İllər keçdi və Ə.Nağıyev yenidən xüsusi xidmət orqanının sükanı arxasındadır. DTX dəhlizlərində çekistlər öz generallarını gülərüzlə və ürəklərində ümidlə qarşıladılar...

Mahmudov sahibkarlıq sinfinin qənimi idisə və özünə yetərli azad iqtisadiyyatın işğalında vahiməli rolunu oynamışdısa, uzun illər MTN-in iqtisadiyyat idarəsinə rəhbərlik etmiş Əli Nağıyev iş adamlarına qarşı ovun hansı mənfi nəticələrə gətirib çıxaracağını anlayırdı. Qaniçən Nağıyevin üstünə özünün qorxunc caynaqları ilə getdi. Lakin prezident çekisti DTX rəhbərliyinə məhz yeni ictimai-iqtisadi formasiyanın təşəkkülü dövründə qaytardı.

Azərbaycanda sosial və iqtisadi islahatların son mərhələsi başlayıb. Məhz Ə.Nağıyev azad bazarın inkişafı yolunda bütün maneələrin və ilk növbədə xroniki oğurluğa meylli bürokratiyanın aradan qaldırılmasını təmin etməlidir. Eyni vəzifə DİN-in yeni rəhbərinin də qarşısında durur. İslahatların istənilən sabotaj cəhdi və etirazları küçəyə yönəltmək istəyi Vilayət Eyvazovun ciddi əks həmləsinə tuş gələcək.

Prezident yenidən digər döyüş generalına, hakim komandanın sadiq üzvlərindən biri olan Mədət Quliyevə strateji vacib postu – Müdafiə Sənayesi Nazirliyini etibar etdi. Azərbaycan hələ də amansız və ədalətsiz müharibə şəraitindədir və ölkənin hərbi sənaye kompleksinin formalaşdırılması milli gündəmdə olan ən vacib vəzifələrdən biridir. Və DİN-də, Ədliyyə Nazirliyində, DTX-da hakimiyyətə şərəflə xidmət etmiş M.Quliyev bu dəfə milli HSK-nı dirçəltməli və bu sahədə tam şəffaflığı təmin etməlidir.

Beləliklə, hərbi dillə desək, şəxsən komandirin özü tərəfindən aparılmış kəşfiyyat işlərindən sonrakı bu kadr yerdəyişmələri möhkəm, sarsılmaz dəmir pərdə yaradaraq, güc strukturları seqmentini xeyli məhkəmləndirdi. Yeni təyinatlardan sonra nəyə görəsə yada prezidentin əlamətdar andiçmə çıxışı düşdü. Axı hardasa il yarım bundan əvvəl İ.Əliyev regionumuzun son aylarda üzləşdiyi yeni geosiyasi çağırışları və riskləri sanki öncədən görərək, qarşıdan gələn təhlükələr, Avrasiya məkanındakı yeni yanğın və Azərbaycan hakimiyyətinin son 25 ildə əldə etdiyi başlıca nailiyyət – sistemli sabitlik və təhlükələrə qabaqcadan reaksiya vermənin oturuşmuş mexanizmi haqqında açıq söyləmişdi.

Region yenidən qaynayır. Kütlə Gürcüstanda parlamentə hücum çəkir. Yerevanda isə Yerevan və Qarabağ klanları arasında qarşıdurma dərinləşir, siyasi sistem çat verir, belə ki, Ermənistan hələ də yeni əksinqilaba hamilədir. İran isə az qala ABŞ tərəfindən bombardman olunacaqdı – yaxşı ki, Tramp fikrindən döndü... Türkiyəyə də hər tərəfdən həmlələr edilir, sanksiyalar elan olunur və xalq hakimiyyətini, Ərdoğanın səbrini yeni “qərb reseptləri” ilə sınağa çəkirlər! Regionda hər yer qaynayır, hər yerdə yanğın var...

Və bütün bu qeyri-sabit və yanan regionda yalnız sakit və tolerant oazis olan Azərbaycan çiçəklənir. Sanki biz heç indiki dövrdə yaşamırıq, sanki heç Qafqazda deyilik, hansısa başqa geosiyasi və zaman ölçüsündəyik. Bu, İlham Əliyevin nəhəng nailiyyəti deyilmi?!

                                                                   Hər alim bir şama bənzər  ki ,

                                                      ondan neçə- neçə şamlar yandırmaq mümkündür.

                                                                          Rəşid bəy Əfəndiyev.

  Tanrının bizə bəxş etdiyi ömrü hərə bir cür yaşayır.

   Bəzilərimiz fərqinə varmadan,  bəzilərimiz isə hər anın , hər dəqiqənin qədrini bilərək .  Şərəflə , ləyaqətlə , üzərinə düşən  vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək.  Haqqında danışacağım şəxsiyyət də zəmanəmizdə çox nadir təsadüf edilən  hamıya , böyükdən-kiçiyə , sıravi insandan  - dövlət məmuruna , fəhlədən- ziyalıya  nümunə olacaq insandır !.Əməlləri . əqidəsi , amalı ilə nümunə olacaq insan ! Xeyirxahlığı , dürüstlüyü , ləyaqəti özünə həyat kredosu seçən insan !

  Bu ad elm aləminə , təhsil sahəsinə yaxından tanışdır. Nurlana Əliyeva !

Müəllimlər müəllimi , alimlər alimi , görkəmli pedaqoq ,  publisist ,  tədqiqatçı səriştəli rəhbər və  mərd , əzmkar əsl Azərbaycan qadını!

 Hərdən düşünürəm ki , bir insanda bu qədər ali keyfiyyətlər , yüksək mənəviyyat , əxlaq, etika necə ehtiva oluna bilər. Lakin Nurlana xanımın dünyaya gəldiyi . doğulub boya-  başa çatdığı ailə , mühit belə bir şəxsiyyəti yetişdirməyə qabil idi. O ,  zəhmətkeş , fədakar müəllim  ailəsində doğulub , böyüyüb . Mayası halalıqla yoğrulub , damarlarından halal qan axır. Ona görə də müəllim adına , pedaqoq adına  bu qədər şərəf və hörmət gətirib , bu adı yüksəkliklərə ucaldıb.

 Saçlarını müqəddəs bir yolda ağardan ,illərini elmə , təhsilə maarifə sərf edən onlarla kitabın elmi monoqrafiyaların, publisitik məqalələrin , orta məktəblərdə ədəbiyyat dərsliklərini müəllifi olan Nurlana xanımın özünəməxsus və qeyri-adi xüsusiyyətlərindən biri də odur ki, o keçmişlə gələcək arasında vəhdət yarada bilir. Keçmişə , adət - ənənəyə , milli dəyərlərə sıx və qırılmaz tellərlə bağlı olan Nurlana xanım müasir dövrün elm-təhsil , mədəniyyət sahəsindəki  bütün üstünlüklərinə açıqdır , qəbul edir və əməli fəaliyyətində bunlardan istifadə edir.

  Rəhbər vəzifədə işləyən bir insanın xoşbəxt cəhəti ondadır ki, işlədiyi yerlə vidalaşdıqda onun haqqında xoş xatirələr qalsın, haqqında gözəl sözlər söylənilsin. Məlumdur ki, Nurlana xanım uzun illər pedaqoji texnikuma rəhbərlik etmişdir . Onu uzaqdan . yaxından tanıyanlar , məzunlar , pedaqoji heyət bu gün də haqqında xoş xatirələr söyləyir , o günlərin nostalji hissləri ilə yaşayırlar.

BDU-nun professoru, AMEA- nın Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvü YAP Siyasi Şurasının üzvü, eyni zamanda YAP Respublika Qadınlar Şurasının sədri ,  "Azərbaycan Respublikasının əməkdar müəllimi","Şöhrət" ordenli Nurlana xanım Əliyeva öz səmərəli fəaliyyətini  Bakı Slavyan Universitetində davam etdirir.

     Ləyaqətlə , şərəflə . prinsipiallıqla üzərinə düşən vəzifənin öhdəsindən gəlir.

  Tanrı Sizi qorusun . Nurlana xanım !Min yaşayın!

Siz cəmiyyətimizə ləyaqət , mənəviyyat , əxlaq , zəka , insanlıq meyarısız!

MÜŞFİQ KİŞİYEV .

 

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq İlham Əliyevi nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə İlham Əliyev deyil, həm də "Azərbaycan digər baş həkimləri də hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan İlham Əliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. İlham Əliyevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.

“Qara mətbuat”da İlham Əliyevin tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, İlham Əliyevin dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli İlham müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirən, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında işlərin yüksək səviyyədə qurulmasına nail olub.

*********************

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevdir.

Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcəkdir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlham Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İlham Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İlham Əliyevdən danışdılar yaxşı ki, İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub… İlham Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlham Əliyev heç vaxt əqidəsindən döndərə bilməz.

İlham Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

İlham Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlham Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlham Əliyev özünü doğruldub. Bizdə hörmətli İlham Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


P.S. Millidestek.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.

İcra başçısı aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşir 

Azərbaycanın ən gözəl guşələrindən biri olan, ölkənin əlverişli fiziki coğrafi şəraitdə yerləşən, Biləsuvarda son illər genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılır. Belə ki, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda, şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb. 

Təbii, Biləsuvar rayonunda gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərin ən gözəl məkanlardan birinə çevrilməsi yerli əhali ilə yanaşı, bütün ölkə vətəndaşlarında qürur hissi doğurur. Çünki şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar insana olduqca xoş təəssürat bağışlayır. Onu da nəzərinizə çatdıraq ki, abadlıq işləri çərçivəsində şəhər daxilindəki mağazaların və digər sosial obyektlərin, binaların, fərdi evlərin fasadları və hasarları yenidən qurulub.



Rayonun bütün bina və küçələrində də işıqlandırma sistemi təkmilləşdirilib. Eyni zamanda, rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Belə ki, o, rayonda aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-sahman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Biləsuvarda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Biləsuvar inamla gələcəyə doğru addımlayır. 

Son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Biləsuvarın iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Məsələn, təkcə bu ildə Biləsuvar rayonunda bir çox işlər görülüb və ciddi nailiyyətlər əldə olunub. Aydın şəkildə görünür ki, ölkə başçısının Biləsuvara davamlı diqqəti və qayğısı nəticəsində bu il də rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli layihələrin icrası təmin olunub, yeni layihələrin icrasına başlanılıb. 

Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da Biləsuvar ölkənin cənub regionunun mərkəzinə çevrilməkdədir. Yazının əvvəlində də vurğuladığımız kimi, rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Ümid edirik ki, Biləsuvar bundan sonra da gözəlləşəcək, daim inkişafda olacaq. 

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və  ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev  görüş  zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki “Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik  məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.O, xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.”
Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri 2016-cı ilin  aprel ayındakı döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdilər.Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır
M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına  verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.Təhsil  müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən və digər qəhraman əsgərlərimizdən öyrənmələri təbliğ olunur.
Çıxış edənlər Mübariz ibrahimovun keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirərək, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində bundan sonra da böyük rol oynayacağını diqqətə çatdırıblar.
Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   Mübariz İbrahimovun ev muzeyinin qısa vaxt ərzində inşasına və  onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət  guşəyə və tamamlanmaq üzrə olan M.İbrahimov muzeyinə baxış keçirdilər.



Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu


Azərbaycanımızın qərb bölgəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir təhsil ocağı fəaliyyət göstərir. Azərbaycan Aqrar Universiteti.! Bu qocaman elm ocağına illərdir ki , çox hörmətli ziyalı , pedaqoq AMEA- nın müxbir üzvü , professor  İbrahim Cəfərov rəhbərlik edir. Məhz onun rəhbərliyi altında universitet inkişafının ən yüksək  mərhələsinə qədəm qoymuşdur. Hər zaman yenilikçi , islahatçı , obyektiv olan İbrahim müəllim universitetin şöhrətini qaldırmaq üçün bütün bilik və bacarıqlarını ortaya qoyur , əzmlə çalışır. Universitetdə istər respublika , istərsə də beynəlxalq əhəmiyyətli tədbirlər silsilə xarakter daşıyır , bir-birini əvəz edir.

Hər zaman dinamik olan universitet həyatı iyun ayında da bu ənənəni davam etdirmişdir. Belə ki ayın elə ilk günündə universitetdə Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilmişdir.  ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin  müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi dəstək, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat vermişdir.. İbrahim müəllim mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərildiyini, müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov da universitet haqqında xoş sözlərini belə bildirmişdir : “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.   


Iyun ayının 3-dən etibarən isə Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası açıq elan edilib. Qeyd etmək yerinə düşərdi ki, boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetdə bu semestrin imtahanları test və şifahi üsullarla keçirilir. Şəffaflığı tam təmin etmək məqsədilə sessiyadan  bir ay əvvəl  tələbələrin daha yaxşı hazırlığı üçün suallar verilib,  imtahanların test və ya şifahi keçirilməsi barədə tələbələrlə məsləhətləşmələr aparılıb, onların bütün arzuları nəzərə alınıb. Hər dəfə olduğu kimi yenə appelyasia və imtahanlara nəzarət komissiyaları yaradılıb. Son 15 gündə Kənd Təsərrüfatı naziri,  cənab İnam Kərimov 2 dəfə universitetdə olub,  müxtəlif tələbə qrupları ilə görüşlər keçirib,  tədbirlərdə iştirak edib.  Həmçinin onu da qeyd etmək lazımdır ki ,  imtahan prosesi hamı üçün açıqdır, valideynlər, KİV və  ictimaiyyətin nümayəndləri imtahan prosesini auditoriyalarda açıq izləyə bilər.

İmtahanlardan bir gün əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sosial şəbəkələrdə tələbələrə müraciət edib, onların bilik və bacarıqlarının nümayiş etdirmələri üçün heç bir əngəl olmadığını vurğulayıb. Onlara uğurlar arzulayıb.

Təbii ki , cənab rektorun bu jesti tələbələrə əlavə stimul verib.

 Həmçinin universitet bu ay qonaq-qaralı olub.İyunun 4- də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bolqarıstanın Plovdiv Aqrar Universiteti rektoru, professor Xristina Yançeva və Davamlı Təhsil Mərkəzinin direktoru, Bolqarıstanın sabiq Kənd Təsərrüfatı naziri və universitet rektoru, professor Dimitar Grekov ADAU-da qonaq olub. . Səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, təhsil proqramlarının  beynəlxalq akkreditasiyası məsələlərinin müzakirə edilməsi, habelə 2014-cü ildə bağlanan  müqavilənin yenilənməsi və imzalanmasıdır.  

ADAU-nun maddi-texniki bazası, tələbə evləri, laboratoriyaları, mərkəzləri, auditoriyaları, tədris-təcrübə təsərrüfatı, tikilməkdə olan tədris korpusları ilə yanaşı regionda yerləşən aqroparklar, innovativ texnologiyalı müəssisələrlə tanışlığı əhatə edən  səfər proqramı qonaqlarda ölkəmizdə aqrar sahəyə və aqrar təhsilə dövlət qayğısının yüksək səviyyədə olduğu təəssüratını  yaradıb.

Universitetlərarası yeni əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxış edən ADAU-nun rektoru, professor İbrahim Cəfərov Plovdiv Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişlən­məsinin zəruriliyi və perspektiv istiqamətləri, habelə aprel ayında bu ali təhsil müəssisəsinə səfəri çərçivəsində keçirdiyi görüşlər, əldə olunan razılıqlar barədə məlumat verib.

Plovdiv Aqrar Universitetinin rektoru, professor Xristina Yançeva rektor İbrahim Cəfərova dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, son illərdə ADAU-da dövlətin dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əməkdaşlıq əlaqələrinin və hər cür imkanların olduğunu, bu əlaqələrin genişlənməsinin hər iki ali təhsil müəssisəsində tədrisin, elmi-tədqiqat işlərinin, kadr hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, əsası 1945-ci ildə qoyulan Plovdiv Aqrar Universiteti aqronomluq, bağçılıq  və üzümçülük, bitki mühafizəsi və aqroekologiya, iqtisadiyyat fakültələrini özündə birləşdirməklə, burada bakalavriat səviyyəsində 20, magistratura səviyyəsidnə 28, doktorantura səviyyəsində 26 proqram üzrə mütəxəssis hazırlığı aparılır.

 İyun ayının 12- də isə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Duması qəbul edib .

Qonaqları universitetdə görməkdən məmnunluğunu deyən rektor  İbrahim Cəfərov  dəvəti qəbul edib, ADAU-ya gəldikləri üçün onlara təşəkkürünü bildirib. ADAU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı məlumat verib. Rektor İbrahim Cəfərov Fransa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Fransa universitetləri ilə daha geniş əməkdaşlıq arzusunu söyləyib. İbrahim Cəfərov Tuluz universiteti ilə ikili diplomlar və  tələbə mübadiləsi istiqamətində əməkdaşlığn səmərə verəcəyinə əminliyini də diqqətə çatdırıb, elmi araşdırmalar və doktorantura üzrə  əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu vurğulayıb. Deyib ki,  ADAU indi mükəmməl bir universitetdir və beynəlxalq səviyyədə kifayət qədər tanınır. Burada təhsil alan gənclər ən müasir tələbə evlərində yaşayırlar. Dövlət, eləcə də Kənd Təsərrüfatı naziri hər an bizim yanımızdadır və aqrar təhsilin inkişafına böyük dəstək verilir. Əslində ADAU bu gün ən şanlı dövrünü yaşayır.

ADAU-ya səfərindən məmnun olduğunu bildirən, hər iki ölkənin  təhsildə bir çox ümumi maraqlarını qeyd edən Fransanın Tuluz universitetinin prezidenti, professor Jean Pierre Vinel rəhbərlik etdiyi universitetdə əməkdaşlığa daim yüksək dəyər verildiyini deyib və ADAU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğunu vurğulayan  professor Jean Pierre Vinel  birgə daha böyük işlər görülə biləcəyini qeyd edib. Qonaq onu da əlavə edib ki: “biz bilirik Azərbaycan Dövləti sizə böyük dəstək verir və əməkdaşlıqda 1-ci olmaq istəyirik. Sizin də dediyiniz kimi birgə tədqiqatlar apara bilərik, tələbə-müəllim mübadiləsi edərik.”

Sonda Jean Pierre Vinelə xatirə hədiyyəsi təqdim edilib və qonaqlar universitetin maddi-texniki bazası ilə ətraflı tanış olublar.

Univesitetdə həyat keçirilən silsilə tədbirlərdən biri də “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsidir. Bu məqsədlə rektor İbrahim müəllim mütəmadi olaraq  ayrı – ayrı rayonlara   səfər edir. Universitet , oradakı təhsil , maddi – texniki baza, xarici əlaqələr , gələcək perspektivlər barədə ətraflı məlumat verir. Respublikamızın sosial -iqtisadi inkişafında mühüm rol oynayacaq kadrlar yetişdirən bu ali təhsil ocağının  mühüm rolunu orta məktəb məzunlarına , abituriyentlərə yetərincə izah edir. Bu ali təhsil ocağını seçməklə gələcəkdə respublikamıza müstəsna xidmət edəcəklərini çatdırır.

 Bu silsilə tədbirlər iyun ayı boyunca da davam etmişdir. Belə ki İbrahim müəllim Qazax rayonunda, Quba və Xaçmaz rayonlarında olmuş ,orta məktəb məzunları , abituriyentlərlə görüşmüş , öz gözəl və mütərəqqi missiyasını həyata keçirmişdir.

  İyun ayının 19-da Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində AMEA-nın aqrar məsələlər üzrə müşaviri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov universitetin professor-müəllim heyəti ilə “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqi” haqqında seminar keçirib.

Tədbirdə giriş sözüylə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə alimlərlə görüşlərin mütəmadi olduğunu bildirib.  O, həmçinin akademik Qərib Məmmədovla olan seminarın  professor-müəllim heyəti üçün xüsusi bir fürsət olduğunu da vurğulayıb.

Daha sonra akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib.  Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib  prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin  hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş edib. Həmçinin torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası nümayiş olunub.

Sonda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 Universitet rəhbərliyi təkcə elmlə, təhsillə bağlı tədirlərlə kifayətlənmir, respublika əhəmiyyətli bütün əlamətdar günlər, anım günləri, bayramlar, ayrı-ayrı görkəmli şəxsiyyətlərin doğum və anım günləri yüksək səviyyədə qeyd olunur.

 Belə tədbirlərdən biri də iyun ayının 19-da  Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat fakültəsinin İctimai elmlər və Multikulturalizm kafedrasının təşkilatçılığı ilə  baş tutan qəhrəman şəhidimiz  Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş  “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı elmi-nəzəri konfransdır.  Əvvəlcə şəhidlərin ruhu bir  dəqiqəlik sükutla yad edilib.
Sonra Tədris işləri üzrə prorektor Anar Hətəmov çıxış edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli həyat yoluna nəzər salıb. Bildirilib ki, Mübariz qürurlu Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub. 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib.
Daha sonra İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov deyib ki, Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Mübariz də ona qoyulan adı doğrultdu. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Canından çox sevdiyi vətəni üçün də qəhrəmanca şəhid oldu.
Sonda İctimai elmlər və Multikulturalizm kafedrasının dosenti Əbdürəhman Kazımov, İctimai elmlər və Multikulturalizm kafedrasının  dosent  əvəzi Elgün Aslanov və İctimai elmlər və Multikulturalizm kafedrasının müəllimi Türkan Əhmədova çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimov haqda fikirlər söylədilər.

  İşıqlandırdıqlarımız Universitetin həyatında baş verənlərdən yalnız bir hissə idi. Həqiqətən AMEA- nın müxbir üzvü professor İbrahim müəllimin rəhbərliyi  , gərgin zəhməti , sonsuz əməyi sahəsində həyata keçrilən mütərəqqi işlər , saysız – hesabsiz tədbirlər   bir məqaləyə sığacaq həcmdə deyil. Bir rəhbər olaraq İbrahim müəllimin məqsədi bu qocaman təhsil ocağnı layiq olduğu ən yüksək zirvələrə daşımaqdır.

 Nə deyək, uğurlar olsun !

 


“Minumum əməkhaqqının artması nəticəsində 950 min insanın əməkhaqqısı artacaq. Bunun 350 min nəfəri özəl sektorda, qalan 600 min nəfərə yaxını isə dövlət sektorunda çalışanlardır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O, qeyd edib ki, dövlət sektrorunda çalışan və Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanlarından da orta əməkhaqqısı təxminən 270 manatdan 350 manata qədər artacaq: “Bütövlükdə minumum əməkhaqqının artırılması dövlət büdcəsində 780 milyon manata başa gələcək.

Azərbaycanda minumum əməkhaqqı yaşayış minumumdan 40 faiz yuxarıdır. Bu da o deməkdir ki, minumum əməkhaqqı almaqla insan yoxsulluq həddindən uzaqlaşır. Bu əhali arasında bərabərsizliyin qarşısını alır və sosial ədaləti daha da gücləndirir. Minumum əməkhaqqı artanda azgəlirli insanların maaşları artır. Qeyd edim ki, sonuncu sosial paket 2 milyon insanı əhatə edir. Ümumilikdə isə, cənab prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paket 3 milyard manatdan artıqdır"

 


Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.


S
ərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.



Bəşəriyyətin ən ali varlığı olan insan çox şeyə qadirdir. Çoxumuz potensialımızı  dəyərləndirib ondan istifadə etməyi bacarmadığımız halda , çox az insan var ki, Tanrının bəxş etdiyi idrak və istedaddan yetərincə bəhrələnir. Bir ömür boyu yaşam tərzi , səmərəli , dəyərli fəaliyyəti ilə örnək nümunəsi olur. Üzərinə düşən vəzifənin öhdəsindən  ləyaqətlə gələrək adını insanlığın ən uca zirvəsinə yazdırır.

 Yaşadığımız dövr imkan verir ki , görülən hər bir işə , hadisəyə real qiymət verək. Həmçinin  ləyaqətlə yaşayıb , insanlıq adına , xüsusən daşıdıqları peşəyə , sənətə şöhrət gətirənləri dəyərləndirək, qiymətləndirək .

  Haqqında danışmaq istədiyim şəxsiyyət də belələrindəndir. Riyaziyyat üzrə elmlər doktoru, professor  Azərbaycan Texniki Universitetinin Elm və texnika  üzrə prorektoru  İlham Teymur oğlu Pirməmmədov.

 İlham  müəllim orta məktəbi bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini mexanika ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. İş fəaliyyətinə  təyinatla Dənizneftqazlayihə Elmi-tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İlham  1977-1980-ci illərdə həmin İnstitutda mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. 1980-84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında “Nəzəri mexanika” kafedrasında “Deformasiya olunan bərk cismlər mexanikası” ixtisası üzrə təhsil almışdır.

   İlham müəllimin səmərəli və müstəsna   fəaliyyətinin əsas hissəsi Təhsil Nazirliyində işlədiyi dövrü əhatə edir. Belə ki  1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi-tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmış , 1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Ali Təhsil müəssisələrinin rektorlar Şurası”nda məsul katib vəzifəsini də aparmışdır. Əsasnaməyə görə bu Şuranın sədri vəzifəsini Təhsil Naziri yerinə yetirmişdir. Eyni zamanda Respublikada tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri bu Şuranın tərkibinə daxil edilmişdir. Şuranın fəaliyyət göstərdiyi 5 il ərzində İlham müəllim zəngin təcrübəsindən, çoxşaxəli biliyindən çıxış edərək   təhsil sistemində mövcud olan problemlərlərlə dərindən məşğul olmuş, bir çox problemlərin həlli üçün dəyərli tövsiyələr vermişdir.

 İlham müəllim Təhsil Nazirliyində bir çox mühüm vəzifələri icra edərək respublikamızın prioritet məsələlərindən biri olan təhsilə öz dəyərli tövsiyələri , səmərəli fəaliyəti ilə əvəzsiz xidmətlər göstərmişdir. Belə ki , 2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və bu vəzifəyə keçirilmişdir. Bu müddətlərdə Təhsil haqqında Qanunun (1992-ci il, 2010-cu il) işlənib hazırlanmasında və bu qanunlara uyğun olaraq bütün pillələr üzrə təhsilin təşkili ilə bağlı zəruri normativ hüquqi sənədlərin hazırlanmasında, müzakirəsində, nazirliyin kollegiya səviyyəsində təsdiq olunmasında bilavasitə işçi qrupun üzvü və ya rəhbəri kimi yaxından iştirak etmişdir.

 Həmçinin 1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.

1998-ci ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin, 2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin sərəncamları ilə Təhsil sisteminin inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət proqramlarını hazırlayan işçi qruplarının üzvü olmuş, sonradan bu proqramların həyata keçirilməsi ilə bağlı görülən işlərə nəzarət edilməsində və bu işlərlə bağlı hesabatlar hazırlayıb hökumətə təqdim olunmasına məsul olmuşdur.

 İlham müəllim 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. Bu müddətdə o, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı ölkəmizi bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda və digər mötəbər tədbirlərdə uğurla təmsil etmişdir.

50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifi, Əməkdar müəllim , Qabaqcıl təhsil işçisi adını ləyaqətlə daşıyan İlham müəllim bu gün öz əzmkar , səmərəli fəaliyyətini Azərbaycan Texniki Universitetində davam etdirir.

  Göründüyü kimi İlham müəllimin mənalı və dəyərli  ömür yolu gərgin əməkdən , ağır zəhmətdən keçib . Yüksək peşəkarlıq , ziyalılıq , gözəl idarəetmə bacarığı , zəngin mənəviyyat ! Budur İlham müəllimi xarakterizə edən xüsusiyyətlər. Təbii ki , bütün bunlar gərgin əmək , sonsuz zəhmətlə bağlıdır.

 Lakin bütün bu ali keyfiyyətləri birləşdirən başqa nəsnələr də var. Doğulduğun torpaq , havasını udub suyunu içdiyin yurd! İlham müəllim də söz-sənət ocağı , ziyalılar beşiyi qədim Qazax torpağında dünyaya gəlib.   Bir də damarlarından axan halal qan İlham müəllimin timsalında bu cür kamil insan , mükəmməl ziyalı nümunəsi yaradıb. Hər kəsə- elm xadiminə , vəzifə sahibinə , dövlət məmuruna , və yaxud sıradan br insana örnək olacaq nümunə.

Damarlarından axan halal qan , bir də dərin zəhmət , güclü mütailə kamil bir insan nümunəsi ortaya çıxarıb Saleh müəllimin timsalında. Hər kəsə , elm xadiminə , vəzifə sahibinə , dövlət məmuruna , sıradan bir insana örnək olacaq nümunə!

Tanrı Sizi qorusun , İlham müəllim!


Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət xanım Misirxanova - Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”.

                      Image

15 iyun-Azərbaycanın Milli Qurtuluş Günüdür. 1991-ci ilin oktyabrında Azərbaycan

Ardını oxu...