Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət xanım Misirxanova - Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”.

                      Image

15 iyun-Azərbaycanın Milli Qurtuluş Günüdür. 1991-ci ilin oktyabrında Azərbaycan

Ardını oxu...


Heydər Əliyev şəxsiyyəti Azərbaycan Şərqdə ilk dəfə olaraq 1918-ci ilin may ayında müstəqil Azərbaycan Demokratik Respublikasını yaratmağa nail oldu. Lakin çirkin əməllər sahibi, daim işğalçılıq siyasəti yürüdən rus imperiyası zəngin təbii resurslara, xüsusən də yeraltı sərvətimiz olan neftə görə Azərbaycanı əldən buraxmaq istəmirdi. Elə bu məqsədlə də imperiya XI Qızıl Ordunun iştirakı ilə cəmi 23 ay hökm sürən müstəqil Azərbaycanı işğal edərək keçmiş SSRİ-nin tərkibinə qatdı. Beləliklə də 70 ildən çox xalqımız rus imperiyasının əsarətində qaldı. Lakin bu illər ərzində xalqımız daim müstəqilliyə can atır, yenidən azad olmağı arzulayırdı. Nəhayət, Azərbaycan Respublikası hələ ötən əsrin sonlarında illərdən bəri həsrətlə gözlədiyi müstəqilliyini bərpa edə bildi. Ancaq bu yolda xalqımız çoxsaylı qurbunlar verdi. Belə ki, 1988-ci ildən başlamış ümumxalq hərəkatının qarşısını almaq üçün keçmiş SSRİ-nin Silahlı Qüvvələri Bakıya yeridildi və əliyalın xalqımıza qarşı misli görünməyən vəhşiliklər törətməyə başladılar. Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 yanvar faciəsi zamanı yüzlərlə insanlarımız ağır və zirehli texnikanın hədəfinə çevrildi. Xarici təcavüzün qarşısını almaq üçün nəzərdə tutulmuş "şanlı ordumuz" ağır texnikanı Bakı şəhərinə və bir çox bölgələrimizə yeridərək əliyalın xalqımıza qarşı amansız, dünyada misli-bərabəri olmayan vəhşiliklər törətdi. Xalqımızın haqq səsini boğmaq, beynəlxalq aləmdən təcrid etmək məqsədilə televiziyanın enerji blokunu partlatdılar. Yüzlərlə insanlarımız yaralandı, şəhidlik zirvəsinə qədər yüksəldi. Xalqımızın bu kimi ağır günlərində Azərbaycanda o zamanlar Dövlət Təhlükəsizlik Komitəsi adlanan qurumun, Daxil İşlər Nazirliyinin vicdanlı əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində siyasi səbitlik qorunub saxlandı, xalqımızın ağır günlərində öz vəzifə borclarını layiqincə yerinə yetirərək axıra qədər mübariz dayandılar. 1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətə gəlsə də onu qoruyub saxlaya bilmədi. Hakimiyyətə isə o dövrdə ölkədə gedən siyasi proseslərin fəal iştirakçısı olmuş xal cəbhəsi gəldi. Lakin cəbhəçilər də hakimiyyətdə duruş gətirə bilmədilər. İdarəçilikdə heç bir təcrübəyə, bacarığa malik olmadığından Əbülfəz Əliyev Naxçıvana qaçmışdı ki, respublikanı oradan idarə etsin. Respublikamız bir neçə yerə parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Qarabağ və ətraf rayonlarda erməni işğalçılarına qarşı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qızğın döyüşlər gedir, digər tərəfdən isə Surət Hüseynov özünün silahlı birləşmələri respublikamızın qərb rayonlarında hakimiyyəti devirə-devirə Bakıya doğru irəliləyirdi. Ölkəmizdə hər an vətəndaş müharibəsi başlana bilərdi. Hakimiyyətdə yaranan boşluqdan istifadə edən Əlikram Hümbətov isə respublikanın cənub bölgəsində Talış-Muğan respublikası yaratmaq xülyasına düşmüşdü. Nə yaxşı ki, Azərbaycan xalqının Heydər Əlirza oğlu Əliyev kimi müdrik oğlu, uzaqgörən siyasətçisi var imiş. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında Ali Sovetin sədri vəzifəsində çalışan Heydər Əliyev xalqın xahişi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəldi. Yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan Heydər Əliyev ilk öncə Gəncə şəhərinə gedərək hadisələri yerindəcə araşdırdı və özünün geniş təcrübəsinə arxalanaraq az bir müddət ərzində xalqımızı düşdüyü ağır vəziyyətdən çıxarmağa nail oldu və bunula da hər an başlanması gündəmdə olan vətəndaş müharibəsi sovuşdu. Heydər Əliyev Azərbaycan xalqının qabiliyyətini yaxşı bilirdi. Onun xalqımızla sıx birliyi nəticəsində qısa müddət ərzində respublikamızın iqtisadiyyatı inkişaf etməyə başladı. O, yaxşı bilirdi ki, müstəqil ölkənin güclü, qüdrətli, yenilməz ordusu, xalqın asayişişini, əmin amanlığını təmin etmək üçün Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi olmalıdır. Ona görə də ilk növbədə adı çəkilən qurumlara səriştəli, yüksək peşəkarlığa malik kadrlar yerləşdirdi. Bu gün xalqmızın əmin-amanlığına baxmayaraq, yenə də ölkəmizdə müstəqilliyimizə və dövlətçliyimizə xələl gətirmək istəyən, terror törətmək istəyən şəxslərə rast gəlmək olur. Qonşu İran İslam Respublikasının bəzi əliəyri insanları ilə əlbir olub Vətənimizə xəyanət etmək istəyən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması və son yaxın günlərdə Gəncə, Bakı, Zaqatalada terror törətmək istəyən şəxslərin aşkar olunması bir daha sübut etdi ki, respublikamızın güc nazirlikləri daim mübarizdirlər. Güclü dövlət hər şeyə qadirdir deyən Heydər Əliyev ordu quruculuğuna böyük önəm verirdi. Bu gün birbaşa demək olar ki, həqiqətən Azərbaycan güclü və qüdrətli orduya malik olan bir ölkədir. Bu istiqamətdə bir neçə il öncə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu gün Azərbaycan müstəqil olaraq müxtəlif hərbi texnika və silah növləri istesal edir. Dünyanın müxtəlif ölkələrində keçirilən hərbi sənaye sərgisində Azərbaycanda istehsal olunan silah və texnika mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Dahi siyasətçimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə sülhə, əmin-amanlığa böyük önəm verirdi. O, həmişə terrorun əleyhinə idi. Ona görə də hakimiyyəti dövründə beynəlxalq terrorla mübarizə konvensiyasına qoşuldu. Bu gün də onun sülhə, əmin-amanlığa xidmət edən ideyaları yaşayır. Böyük qürur hissi ilə qeyd etmək olar ki, ölkəmizin Prezidenti İlham Əliyev cənabları Heydər Əliyev siyasi məktəbinin layiq davamçısı kimi terrorizmə qarşı barışmaz mövqedə durur. Bunun bariz nümunəsi kimi onun Qarabağ və ətraf rayonların erməni işğalçılarından azad olunması istiqamətində ilk növbədə sülh yoluna üstünlük verir. Əgər sülh yolu ilə, beynəlxalq təşkilatların bilavasitə müdaxiləsi ilə işğal atında olan ərazilərimiz azad olunmasa, onda daha sərt addımlar
atmağa üstünlük veriləcək. Bu gün Azərbaycan dünya ölkələri arasında önəmli yerlərdən birini tutur və yaxın gələcəkdə daha güclü potensiala malik olacaq. Heydər Əliyev səxsiyyəti hələ öyrənilməmiş bir dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü, el-oba üçün hər kəsin görmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı ulu Tanrının ona bəxs etdiyi vergi idi. Bütün bunların hamısı bir keyfiyyət altında birləşdi: Heydər Əliyev Böyük Azərbaycanlı idi. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətciliyimizin xilaskarı idi. Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi bir möcüzə idi. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizi və xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edirəm.
   
   Eldar Yunusov- BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələrinin və Uşaq Evləri İdarəsinin rəisi





























 


Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müasir tariximizin yaradıcısı Biz heç vaxt onu Azərbaycansız, Azərbaycanı onsuz təsəvvür etməmişik. Şəxsən mən həmişə "Heydər-xalq, xalq-Heydər birliyi əbədidir" deyiminə məhz adı şüar kimi yox, xalqımızın, Vətənimizin və onun əvəzedilməz liderinin birgəliyini, ayrılmazlığını özündə ehtiva edən düstur kimi baxmışam. Heydər Əliyev bizim ümummilli liderimizdir və mən inanmıram dünyada öz xalqı üçün bu qədər çalışmış, öz xalqını bu qədər sevən ikinci bir rəhbər olsun. O, bütün həyatını canından çox istədiyi xalqının yolunda şam kimi əritdi. O, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" deyə, ötkəm və qətiyyətli səsi ilə dünyanın xəritəsi cızılan və siyasi düzəni müəyyənləşən iclas salonlarını titrətdi. Mən, "Heydər Əliyev Azərbaycan xalqı üçün kim idi" sualını verib, sonra bu suala cavab axtarmağa çalışanları həmişə qınamışam. "Heydər Əliyev Azərbaycan xalqının özüdür" kəlməsi aksioma kimi hər birimizin şüurunda yer almalıdır. Böyük liderdə xalqımızın bütün mənəvi-əxlaqi keyfiyyətləri birləşib. O dahi şəxsiyyət sitəmlər içində yaşamış xalqımızı firəvan günlərə gətirib çıxardı. Dünyada elə bir dövlət xadimi, tanınmış siyasətçi yoxdur ki, onun siyasi nəhəngliyini, liderlik qüdrətini etiraf etməsin. Bu, onun ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir. Amma "Heydər Əliyev sadəliyi", "Heydər Əliyev səmimiyyəti" deyilən məqamlar da var ki, bunlarsız böyük liderin tam portretini tamamlamaq qeyri-mümkündür. Heydər Əliyevin xalqla görüşlərini, sadə insanlarla təmaslarını yada salın. Bu gün də çox insanlar həmin görüşlərin təsiri altındadır. Heydər Əliyevlə bircə anlıq ünsiyyətdə olub, onu sevməmək, onun cazibəsinə düşməmək mümkünsüz işdir. Heydər Əliyev kimi liderlər üçün zaman məfhumu yoxdur, belə bir fəlsəfi kateqoriya onlar üçün mövcud deyil. Mövcud və real olan Heydər Əliyev əzəməti, Heydər Əliyev böyüklüyü və Heydər Əliyev dühasıdır ki, onu nə zaman, nə də məkan çərçivəsinə sığışdırmaq mümkündür. Təbii, biz onun fiziki yoxluğunu hər an hiss edrik, səsindən, yerişindən, oturuşundan, duruşundan, ən əsası qayğısından ötrü qəribsəmişik. Amma şükürlər olsun ki, Uca Tanrı xalqımız üçün bir işıq mənbəyi aşkarlayıb. İndi bizim Heydər Əliyev siyasi kursunun, Heydər Əliyev məktəbinin dönməz davamsısı olan İlham Əliyev kimi liderimiz var. Elə xalqımızın da ürəyində nikbinlik toxumu cücərdən budur. Azərbaycan xalqı inanır ki, H.Əliyevin həyata keçməmiş arzularını məhz İlham Əliyev reallaşdıracaq. H.Əliyev dünənin və bu günün adamı deyil. O, daha çox gələcəyin adamıdır. Çünki gördüyü işlər firəvan gələcək üçün hesablanmış binanın təməlidir. Bu səbəbdən "Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır" ifadəsi çox dəqiqdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev qayğısını, Heydər Əliyev nəfəsini hiss etməyəsən. Mən H.Əliyevi kiminləsə müqayisə etmək, yaxud kiməsə bənzətmək fikrində olanları həmişə qınamışam. O, bənzərsiz və müqayisəedilməz bir şəxsiyyət idi. Heydər Əliyev bir çox liderlər kimi təkcə dövrünün, zəmanəsinin oğlu deyil. O. yuxarıda qeyd etdiyim kimi, həm də gələcəyin adamıdır. Heydər Əliyev bütün zahiri görkəm, əzəməti ilə bütöv bir xalqın simasıdır. O, təkcə Quzey Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının lideridir… Heydər Əliyev sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi mühüm qərarlar, verdiyi fərman və sərəncamlarla yanaşı, yeri gəldikcə iş adamlarına məsləhət və tövsiyələrini əsirgəmir, iqtisadiyyatın ən müxtəlif sahələrində nəyi və necə inkişaf etdirməyi nəzərə çarpdırırdı. Bu isə şübhəsiz ki, iş adamlarının, sahibkarların fəaliyyətinə müsbət təsir göstərir, onların xalq və dövlət qarşısındakı məsuliyyətlərini birə-beş artırırdı. Heydər Əliyev şəxsiyyəti xalqımızın qəlbində əbədiyaşarlıq qazanan dahidir.
O , sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!


Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Bu barədə birinci vitse-prezident özünün instagram hesabında yazıb:

“Əziz həmvətənlər, 

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin”.

Yaranmışların ən alisi insandır. Ulu Tanrı bəşər övladını yaradarkən ondan heç bir lütfünü əsirgəməmişdir. Ona ən ali hisslər əta etmiş və belə də davam etməsini buyurmuşdur. Bu ali keyfiyyətlər xeyirxahlıq , mərhəmət , alicənablıq , sadəlik,bütünlükdə yüksək mənəvi dəyərlərdir. Lakin zaman keçdikcə bu dəyərlər də sanki dəyişmiş , bir sözlə insanlıq mənəvi erroziyaya  uğramağa başlamıdır. Günümüzün reallığında  yüksək dəyərlərə sadiq qalan , insanlıq adına şərəf gətirən, Ulu Yaradanın buyruğunu ləyaqətlə yerinə yetirən insanlar az da olsa var. Çox şükür ki , var.  Elə qəhrəmanım   " Bakı Tekstil  Fabriki " MMC -nin sədri Səkinə Babayeva  də belə nadir şəxsiyyətlərdəndir. O , alicənablığı , ləyaqəti , mənəvi dəyərləri yüksək tutan , qiymət verən bir insandır. Bütün həyatını, əməli fəaliyyətini də belə yüksək amala kökləmişdir.

 Yaşadığımız günlər ən müqəddəs günlər hesab edilir. Bütün müsəlman aləmi Müqəddəs Ramazan ayının pak işığına toplaşır, daxilən saflaşır , arınır , təmizlənir.Saflığı , təmizliyi, şərəf və ləyaqəti həyat kredosu edənlərə isə bu günlərin bərəkətindən daha çox pay düşür. Təbii ki , Səkinə xanım də bu sıradandır.

   Səkinə xanım  öz adından qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə başda möhtərəm prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımzı təbrik edir. Cənab prezidentə,  ailəsinə hər zaman Tanrının pənahında olmasını diləyir.

  Biz də öz növbəmizdə Səkinə xanımı təbrik edirik . Mərhəmət qapılarının açıq olduğu , bütün duaların qəbul olunduğu  bu günlərdə bütün dualarının , arzu və istəklərinin həyata keçməsini diləyirik . Bayramınız mübarək !


Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”


Prezident İlham Əliyev Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında sərəncam verib. 
Sərəncama əsasən, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.