Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ardını oxu...


Milli Məclisin deputatı Rəfael Cəbrayılovdan şikayətçi olan bir qrup iş adamı onun barəsində qəti ölçü götürülməsini istəyirlər. Yenicag.az-a daxil olan məlumata əsasən, deputat Rəfael Cəbrayılov tərəfindən dələduzluğa məruz qalaraq, maddi və mənəvi itkilərlə üzləşən bir qrup iş adamı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklər.
Məlumatda qeyd olunur ki, zərərçəkən iş adamları (bunların arasında xanımlar üstünlük təşkil edir) Rəfael Cəbrayılovun törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsinin təmin edilməsi üçün Oqtay Əsədova müraciət etmək məcburiyyətində qalıblar.
İş adamlarının Oqtay Əsədova göndərəcəkləri müraciətdə Rəfael Cəbrayılovun deputat toxunulmazlığının aradan qaldırılması və onun məsuliyyətə cəlb edilməsinə şərait yaradılması xahiş olunur. Zərərçəkən iş adamları bəyan ediblər ki, onların Oqtay Əsədova müraciətlərinin real nəticəsi olmasa, daha yüksək instansiyalara üz tutacaqlar: ”Prezidentin və Birinci Xanımın sabibkarlara olan münasibətinin Milli Məclis səviyyəsində də dəstəkləndiyini görmək istəyirik”.

Ənənəvi mədəniyyət bayramı öz işini Şamaxı şəhərində davam edib.
Festival Şamaxı şəhər, Heydər Əliyev Parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçilər və qonaqlar “Nağaraçalanlar”, “Piriqulu” instrumental ansamblın maraqlı ifaları ilə qarşılanıb. Festivalın zəngin yaradıcılıq proqramını xalq çalğı aləti orkestrı və xor kollektivinin maraqlı çıxışları, istedadlı şagirdlərin yaddaqalan təqdimatları maraqlı edib.

Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin öznəməxsus çıxışları ilə davam edib.
Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiyada hazırlayıblar. Şairin obrazı məktəblilərin ifasında canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib.

Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.


Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.
  1. Həyatın bütün sahələrində sürətlə inkişaf edən müstəqil Azərbaycan zamanın çağırışlarına da adekvat cavab verir. Bu inkişaf isə öz növbəsində ümummilli lider Heydər Əliyevin və onun strateji inkişaf xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətlərinin nəticəsidir. Ölkənin iqtisadiyyat, elm, təhsil və sosial sahələrinin inkişafı ilə bağlı ölkə rəhbərləri tərəfindən qəbul edilmiş strateji qərarların reallaşması Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxaracaq.
     

    Bu inkişafı şərtləndirən mühüm amillər sırasında təbii ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vardır. Ölkə iqtisadiyyatının qan damarları adlanan bu qurumun yaradılmasından isə 130 ildən artıq vaxt keçir. Sözügedən mühüm infrastruktur Azərbaycan SSR-i daxilində olan dövrdə inkişaf etsə belə, onun müasir dövrün tələblərinə cavab verərək sürətlə inkişaf etməsi ölkəmizin müstəqillik dövrünə düşür. Buna rəvac verən əsas prioritetlərdən biri isə Azərbaycanın yerləşdiyi coğrafi və mühüm strateji məkandır.
     Avrasiyanın dəmir, avtomobil və su yollarının qovşağında yerləşən ölkəmiz üçün məhz bu infrastruktur Tanrının xalqımıza bəxş etdiyi bir nemətdir. Xalqımız da öz növbəsində bu nemətin inkişaf və şaxələndirilməsi istiqamətində həqiqətən titanik addımlar atır. Azərbaycan dəmir yolunun texniki cəhətdən yenidən qurulması, şaxələndirilməsi vəbeynəlxalq nəqliyyat dəhlizlərinin açılması həmişə bir strateji məqsəd kimi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğının nəticəsi kimi Bakı-Tbilisi-Qars və Şimali Avropanı Cənub Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizlərinin işə salınması, Bakı-Yalama və Bakı-Astara dəmir yollarının yenidən qurulması, Bakı-Qəbələ və Bakı şəhərətrafı dəmir yolunun tikintisini göstərmək olar. Sözügedən obyektlərin istifadəyə verilməsi birmənalı olaraq həmçinin sərnişindaşımaların, yükdaşımaların, o cümlədən turizmin inkişafını da şərtləndirir.

    Azərbaycanda dəmir yolu sahəsində gedən bu məqsədyönlü quruculuq işləri Xəzəryanı akvatoriyada yerləşən qonşu dövlətləri də yaxın gələcəkdə intensiv beynəlxalq yükdaşımalara hazır olmağa səfərbər edir. Belə ki, bu məqsədlə hazırda Xəzərin şərq sahilində yerləşən Türkmənistanın Türkmənbaşı, Qazaxıstanın Kurık limanları sürətlə yenidən qurulur. Kurık limanının işə salınma mərasimində Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan, Çin, Rusiya, Özbəkistan, Tacikistanın dövlət orqanları, həmçinin nəqliyyat-logistika şirkətlərinin rəhbərləri iştirak etmişlər. Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə heyətinin sədri C.Qurbanov Kurık limanını 2 ölkə arasında texnoloji körpü adlandırmışdır.

    “Azərbaycan Dəmir Yolları” QSC-nın fəaliyyətində isə mühüm yeri onun tərkibinə daxil olan “Dəmiryolservis” Məhdud Məsuliyyətli Cəmiyyət tutur. Bu qurumun isə çoxsaylı struktur bölmələri, o cümlədən dəmiryollarının əsaslı

    təmir-tikinti işlərini yerinə yetirən ixtisaslaşdırılmış Dəmiryolu müəssisəsi, istehsalat bazaları və uzunölçülü rels pletlərini qaynaq üsulu ilə hazırlayan Rels-Qaynaqlama qatarı vardır. “Dəmiryolservis” MMC həm dövlət proqramları çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə 5 stansiya, dalan yolları və s. təmir etməklə yanaşı, həmçinin digər dövlət və kommersiya təşkilatlarının balanslarında olan yolların əsaslı təmir-tikinti işlərini kompleks şəkildə həyata keçirir.

    Bu baxımdan “Dəmiryolservis” MMC tərəfindən son 3 ildə reallaşdırılan tikinti-quruculuq işlərinin siyahısına nəzər salmaq kifayətdir.

    Görülən işlərin sırasında dövlət proqramı çərçivəsində Bakı-Böyükkəsik istiqamətində 76,9 km baş yolların; Bakı Sərnişin – Sabunçu – Zabrat – Pirşağı – Sumqayıt sərnişin stansiyası istiqamətində 107 km dairəvi dəmiryolu xətti əsaslı təmir edilir və 7 dəst yoldəyişən qurğu quraşdırılıb; Şimal – Cənub layihəsi çərçivəsindəƏlət – Osmanlı – Astara istiqamətində 42 km yol yenilənmişdir.

    1. Şirvan baş stansiyası – Şirvan çeşidləmə mənzilinin tək dəmiryolunun 3,75 km hissəsi, Şirvan baş stansiyasında 0,9 km tək dəmiryolu, Şirvan çeşidləmə stansiyasında 1,1 km tək dəmiryolu, Qaragünə - Şirvan çeşidləmə mənzili üzrə 6,7 km tək dəmiryolu, Xıdırlı – Qaragünə mənzilinin 13,9 km cüt dəmiryolu da əsaslı təmir olunmuşdur.

    “ADY Konteyner” MMC-nin sifarişi ilə Sumqayıtçayda yük həyəti yollarının 5,5 km və 19 dəst yolayırıcılarının əsaslı təmiri davam edir.

  2. Təchizat idarəsinin sifarişi ilə Biləcəri təchizat bazasının 2 km anbar yollarının əsaslı təmiri və 4 dəst yolayırıcının quraşdırılması yekunlaşıb.

  3. Böyükşor lokomativ deposunun 3,4 km dəmiryolu, 16 dəst yolayırıcı qurğu, Ləcət stansiyasının 1,2 km dəmiryolları , 3 dəst yolayırıcı qurğu təmir edilmiş və quraşdırılmışdır.


Qeyd edək ki, 2016-2017-2018-ci illərdə 24 nömrəli RQQ tərəfindən 1098474,2 metr yolqaynaqlama işləri həyata keçirilmişdir.

Vurğulandığı kimi respublika əhəmiyyətli dəmiryollarının əsaslı təmiri və yenilənməsi iləyanaşı Bakıətrafı qəsəbələrin də nəqliyyat infrastrukturu inkişaf etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2018-ci ilin mart ayında “Bakı şəhərətrafı dəmiryolu xəttinin layihə - smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən ümumi uzunluğu 107 km 56 dəst yolayırıcı, müxtəlif təyinatlı stansiya binaları və rabitə - işarəetmə infrastrukturunu özündə birləşdirən Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan – Biləcəri – Bakı sərnişin dairəvi dəmiryolunun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, “Dəmiryolservis” MMC baş podratçı təşkilat qismində həmçinin Ləki – Qəbələ istiqamətindəyeni dəmiryolu xəttinin çəkilişi layihəsini də reallaşdırır. Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, inkişafı və şaxələndirilməsi istiqamətində görülən bu işlər Azərbaycana yaxın gələcəkdəəlavə maliyyə resursları gətirməklə yanaşı, həmçinin ölkəmizin beynəlxalq aləmdə mühüm nəqliyyat dəhlizi kimi imicini yüksəldəcək ki, bu da öz növbəsindəqarşılaşdığımız Qarabağ probleminin həllindəəlavə dəstək deməkdir. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilsin”.


Ənənəvi mədəniyyət bayramı öz işini Kürdəmir rayonununda davam etdirib.
Festivalın proqramı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümünə həsr olunub.
Yaradıcılıq festivalında Ümummilli Lider, Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümü münasibəti ilə “Xalq Heydər söyləyəcək”, “Azərbaycan” mahnıları kimi digər vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib.

Bundan başqa, qiraət ustalarının təqdimatında “Sən elə bir zirvəsən” adlı kompozisiyada nümayiş olunub. 
Mədəniyyət bayramının zəngin proqramını aktyorların təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsimi obrazının canlandırılması, nağıl qərəmanlarının səhnələşdirilməsi maraqlı edib. 

Daha sonra festival Beyləqan Mədəniyyət Mərkəzinin “Yaylalar” folklor qrupunun biri-birindən maraqlı rəqs nümunələri ilə davam edib.

Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. 
Həmçinin, festivalda Beyləqan Rayon İdman Klubunun bir qrup idmançıları da öz məharətlərin nümayiş ediblər.

Bundan başqa, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. 
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.


Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü verilir:

Abdullayev Ağasəlim Sahib oğlu

Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

İslamzadə Akif Qədir oğlu

Quliyeva Səidə Əbülfəz qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Rəhimli İlham Əziz oğlu.


10:09

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Axar.az xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.

Prezidentlə xanımı Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezident İlham Əliyevin qarşısından keçib.

İlham Əliyev və Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər.

Sonra dövlət başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə günü münasibətilə onları təbrik ediblər.

Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.