Son xəbərlər

 

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik ediblər.


Son günlər içində uşaqlar üçün ziyanlı ola biləcək yad cisim çıxmasıyla müzakirələrə səbəb olan “Malyutka-2 uşaq qidalarının laborator müayinəsi yekunlaşıb.

Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb. Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub. 

“Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün  yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib.

Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb. 

Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi  “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmamışdır.

Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır. 

İstehlakçılardan oxşar hallarla qarşılaşdıqları zaman Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Culfa Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İcra Başçısıdır. Bu şəxs kimidir? Bu şəxs azərbaycanlı Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Tofiq müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir. 

Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovun adı, Ağdaş ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Tofiq İbrahimov yüksək insanlığı ilə seçilən bir insan və Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısıdır!

Tofiq İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağdaş şəhərinindən keçən magistral yolun sağ tərəfində son illərdə yaradılmış müasir inzibati mərkəzə, şəhərin xəritəsinə əlavə olunmuş bu abad və yaraşıqlı əraziyə yerli əhali, haqlı olaraq, “Yeni Ağdaş” adı vermişdir. Bu möhtəşəm layihə, ümumiyyətlə, son dövrdə rayonda aparılmış genişmiqyaslı quruculuq işləri, Prezident İlham Əliyevin də vurğuladığı kimi, həqiqətən, Ağdaşın köhnə simasını dəyişdirmişdir. Bütün bunlar artıq, təbii olaraq, “dünənin” və “bugünün” Ağdaşından söhbət açmağa əsas verir.

Həqiqətən, ən müasir üslubda inşa olunmuş Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binası bir memarlıq nümunəsi kimi də diqqəti çəkir. Binada müasir idarəetmənin metodlarından istifadə olunması üçün bütün texniki imkanlar yaradılıb. Rayon sakinlərinə müraciət xidməti, sakinlər və yerli icra nümayəndəlikləri ilə video-konfrans zalı fəaliyyətin səmərəliliyini artırır. Qeyd edək ki, ölkə rəhbəri Ağdaşa səfəri zamanı son illərdə tikilmiş Heydər Əliyev Mərkəzinin, YAP-ın Ağdaş rayon təşkilatının inzibati binasının, Bayraq meydanının, Ağdaş Meyvə Emalı Zavodunun, Ağdaş Yem Emalı Fabrikinin, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, Ləki dəmir yolu vağzalının, Ağdaş regional elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş və Heydər parkında həyata keçirilmiş yenidənqurma işləri ilə də tanış olmuşdur.

Rayon rəhbərliyi qarşıda duran problemləri yerlərdə əhali ilə keçirilən görüşlərdə, ümumrayon toplantılarında vaxtaşırı müzakirə edir, konkret tədbirlər hazırlayıb həyata keçirir. Hazırda rayon ərazisində bir sıra həlli vacib problemlər qalmaqdadır. Bunların da vaxtında və yüksək səviyyədə həll olunması üçün aşağıdakı məsələlər təxirəzalınmaz hədəf kimi seçilmişdir: Ağdaş şəhərinin küçələrinin asfaltlaşdırılmasının davam etdirilməsi; mərkəzi küçələrin işıqlandırma sisteminin bərpa olunması, kəndlərarası yolların asfaltlaşdırılması; Ağdaş şəhərinin qaz istismar şəbəkəsinin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması; istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, elektrik xətlərinin SİP-kabellərlə əvəz olunması; əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə qəsəbə və kəndlərdə artezian su quyularının qazılması və sutəmizləyici qurğuların quraşdırılması; əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və s. Bu problemlərin aradan qaldırılması məqsədilə hazırda rayonda ardıcıl və sistemli iş aparılmaqdadır.

Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovun rayon camaatına göstərdiyi münasibət və atdığı addımların sayəsində Ağdaş Rayonunda camaat məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran icra başçısıdır.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.

Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL
Tofiq İbrahimovun olduğu rayon hər bir vətəndaşın qayğısına qalır - ÖZƏL

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

"Qafqazinfo"nun görüşdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyin Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.

***

A. Qasımov çıxış edərək deyib ki, müraciətlər dövlət başçısına çatdırıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

H. Mövsümov çıxış edərək deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır.


Respublikanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, bayram şənliyi bu gün Heydər bağı – park bulvarda keçirilib. Tədbirdə rayonun təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.

Bayram tonqalını alovlandıran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbə münasibətilə təbrik edib, dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.

Bayram tədbirində Novruz personajları – Bahar qızının könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.

Bayram şənliyində rayon ərazisində yerləşən məktəblər, bağçalar, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub, idmançıların nümunəvi çıxışları göstərilib. Həmçinin şənlikdə ümumtəhsil məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər, Azərbaycan xalq nağılları əsasında təşkil edilmiş səhnəciklər, folklor nümunələri nümayiş etdiriblər, bahara həsr olunmuş şeirlər söyləyiblər.

Bayram tədbirində iştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və bayram şirniyyatları təqdim edilib.

Bayram şənliyi Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdiriləcək.




 


Azərbaycan Prezidenti İlham Əliyev Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ardını oxu...

                   Paytaxtımıza yaxın , mavi Xəzərin qoynunda , rayonlar içərisində öz xüsusi yeri və çəkisi olan bor rayon var – Abşeron rayonu ! Ölkə rəhbəri Cənab İlham Əliyevin regionların sosial- iqtisadi inkişafına yönəlik bütün sərəncam və tapşırıqları  bu rayonda ən yüksək səviyyədə yerinə yetirilir.Məhz bu səbəbdəndir ki ,başda Xırdalan şəhəri olmaqla , rayonun bütün qəsəbə və kəndləri böyüyür . gözəlləşir , yeni simasına qovuşur.

   Tikinti- quruculuq . abadlaşdırma , infrastrukturun yenilənməsi hər yerdə , hər addımbaşə nəzərə çarpır.Rayon mərkəzi olmaqla , bütün kənd və qəsəbələrdə yeni yollar salınır , səkilər , yol kənarları abadlaşdırılır. Kanalizasiya  , içməli su xətləri , mavi yanacaq və elektrik enerjisi ilə ən yüksək səviyyədə təminat rayonun demək olar ki , bütün ərzisini əhatə edir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə həyata  keçirilən ətraf aləmin mühafizəsinə yönələn silsilə tədbirlər , ağacəkimi aksiyaları artıq gözəl  bir ənənə halını almışdır. Belə ağacəkmə aksiyalarından biri də bu yaxınlarda Digah yolu üzərində baş tutmuşdur. İcra Hakimiyyəti işçiləri , ayrı- ayrı müəssisə , təşkilat rəhbərləri və işçilərinin iştirakı ilə həyata keçirilən bu aksiyada yüzlərlə ağac əkilmiş və aqrotexniki qaydalarla qulluq edilmişdir.

       
   Abşeron rayonunda diqqəti cəlb edən məsələlərdən biri respublika əhəmiyyətli tədbirlərin , bayramların , əlamətdar günlərin , anım günlərini özünəməxsus , fərqli . qeyri- adi və ən yüksək səviyyədə həyata keçirilməsidir.

Təbii ki .   Abşeron rayonunda gedən və günü-gündən  daha da  yüksələn  inkişafın   , ümumiyyətlə görülən bütün məqsədyönlü tədbirlərin altında bir imza durur.

                
  İcra başçısı İradə xanım Gülməmmədovanın imzası ! Məhz bu mətanətli və əzmkar xanımın , zəhmətkeş , səriştəli dövlət məmurunun danılmaz fəaliyyətini nəticəsi olaraq gözəl , təqdirəlayiq əməli işlər meydana çıxır. O işlər ki  dövlətimzə , dövlətçiliyimizə , ölkəmizin sosial- iqtisadi inkişafına xidmətin ən bariz nümunəsidir.

  İradə xanım çətin və məsuliyyətli bir vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Çünki səmimiyyət , alicənablıq   , yüksək insani keyfiyyətlər bu xanımı bir mükəmməl şəxsiyyət kimi təcəssüm etdirən xüsusiyyətlərdir.

   
      
 İradə xanım insanları dinləməyi , onların vəziyyətindən hali olmağa bacaran rəhbərdir. O , bunu dəfələrlə sübut edib. Belə ki , rayon ərazisində ayrı- ayrı qəsəbə və kəndlərdə həyata keçirilən görüşlərdə fərdi qaydada insanları dinləyir ,onların problemlərini  sözün həqiq mənasında həll edir.  Bu ali  əməli ilə İradə xanım digər məsul vəzifə sahiblərinə gözəl  bir nümunədir.

       Elimiz , obamız gözəl Novruz bayramımızı qeyd etməyə hazırlaşır. Abşeron rayonu da bu bayramı ən yüksək səviyyədə və özünəməxsus qeyd edəcək .

  Bayram münasibəti ilə başda İcra Hakimiyyəti başçısı İradə xanım oimaqla bütün kollektivini və abşeronluları təbrik edirik .Neçə belə gözəl bayramları  cansağlığı , könül fərahlığı və bol – ruzi bərəkətlə qeyd edəsiniz – deyirik.
  Bayramınız mübarək !

   Müşfiq Sabiroğlu.


Dünən Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən 431 nəfər bu gün azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, onlardan 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.