Son xəbərlər

Nizami rayonunda səhər saatlarından təşkil edilən yarmarkalarda Sabirabad, Hacıqabul, Ağsu, Oğuz, Göyçay və Astara rayonlarından olan fermerlər, ailə təsərrüfatları geniş çeşiddə kənd təsərrüfatı məhsullarını əhaliyə ucuz qiymətlərə təklif edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti ilə birgə əhalinin tələbatı nəzərə alınaraq rayon ərazisində C.Naxçıvanski küçəsi 74 və Q.Qarayev prospekti 36 ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

Həmçinin yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur və rayon sakinləri yarmarkalara dəvət edilir. 


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var. 

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya Nizami Rayonunda Binaların tikilməsi üçün qırılmış ağacları Arif Qasımov əmr edib. Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovhaqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Bakı şəhəri Nizami rayonu həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Nizami rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL







Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Nizami rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.


 Bəşəriyyətin ən ali varlığı olan insan
çox şeyə qadirdir. Çoxumuz potensialımızı dəyərləndirib ondan istifadə etməyi bacarmadığımız halda,çox az insan var ki, Tanrının bəxş etdiyi idrak və istedaddan yetərincə bəhrələnir.Bir ömür boyu yaşam tərzi , səmərəli , dəyərli fəaliyyəti ilə örnək nümunəsi olur. Üzərinə düşən vəzifənin öhdəsindən  ləyaqətlə gələrək adını insanlığın ən uca zirvəsinə yazdırır.

 Bəli , haqqında danışacağımız şəxs məhz belə bir  insan  , belə bir şəxsiyyətdir.

  Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev .
 Günümüzün reallığında mədəniyyət sahəsində çalışmaq  , işləmək bir fədakarlıqdır , bir cəsarətdir. Nazim  müəllim  çalışdığı sahəni dərindən bilən , səriştəli , bacarıqlı bir mədəniyyət işçisidir.Şimal bölgəmizin ictimai- mədəni həyatda mühüm rol oynayan idarəyə rəhbərlik edir.  Həm də ləyaqətlə , şərəflə , bütün imkanlarını ortaya qoyaraq. Bu bölgədə  keçirilən ictimai, mədəni tədbirlərin demək olar ki , hamsı Nazim müəllimin rəhbərliyi altında baş tutur.

 Məsəl var: Çox gəzən çox bilər. Düşünürəm ki , çox , özü də lap çox oxuyan çox bilər.  Elə Nazim müəllimin də kamil bir insan , mükəmməl bir şəxsiyyət və səriştəli bir rəhbər kimi formalaşmasında aldığı biliklər , güclü mütailə , sözün həqiqi mənasında ziyalılıq mühüm rol oynamışdır. Bir də genlə gələn , insanın soykökündə olan nəsnələr var. Nazim müəlimin da xəmiri halallıqla yoğrulub , damarlarından halal qan axır .

Bütün bunların nəticəsidir ki , adı keçən müəssisəyə ləyaqətlə rəhbərlik edir. Üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. Dövlətimizə , dövlətçiliyimizə sözün həqiqi mənasında xidmət edir.

 Qarşıdan elimizin , obamızın gözəl bayramı – Novruz gəlir. Bu münasibətlə Nazim müəllimi , onun yaxınlarını , doğmalarını və rəhbərlik etdiyi idarənin bütün işçilərini ürəkdən təbrik edirik , cansağlığı , yeni –yeni nailyyətlər diləyirik. Hər zaman mədəniyyətimizin , dövlətimizin , dövlətçiliyimizin keşiyində belə mətin və ləyaqətlə durmağı arzulayırıq.

  

 Müşfiq Kişiyev .

 


Naxçıvandakı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 449 min manat ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev “Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 min manat ayrılıb.

Prezidentin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə  2 206 000 (iki milyon iki yüz altı min) manat ayrılıb. 

              
  Müasir dövrdə respublikamız üçün prioritet məsələlərdən biri də təhsildir. Ulu Öndər nahaq yerə deməyib ki , təhsil millətin gələcəyidir. Doğurda da bir millətin rifahı , yüksələn xətlə inkişafı birbaşa təhsillə bağlıdır. Hal- hazırda respublikamızda bir sıra  istər özəl , istərsə də dövlət universitetləri fəaliyyət göstərir . Çoxsaylı bu ali təhsil müəssisələri içərisində sayılıb – seçilmək ,öz sözünü demək , xüsusi dəst- xəttə malik olmaq heç də hər təhsil ocağına qismət olmur.

 Qərb zonasında yerləşən , təkcə ətraf əraziləri deyil , bütün ölkəni ixtisaslı kənd təsərrüfatı kadrları ilə təmin edən Azərbaycan Dövlət  Aqrar Universiteti yuxarıda sadaladıqlarımızı özündə təcəssüm etdirən elm ocağıdır. Həmçinin onu da qeyd etmək yerinə düşər ki , bu qocaman təhsil ocağı aqrar sektor üçün yüksək ixtisaslı kadrlar yetişdirən yeganə təhsil ocağdır.

                
 Məlumdur ki , ölkə rəhbərliyi qeyri- neft sektounun inkişafına xüsusi qayğı və diqqət göstərir. Bu məqsədlə aqrar sahəyə  və aqrar təhsilə göstərilən xüsusi diqqət göz önündədir. Belə ki , Aqrar Universitetin  ən müasir standartlra uyğun və zəngin  maddi - texniki bazası  fəaliyyət göstərir. Müasir laboratoriyalar . zəngin kitabxana tələbələrə xidmət edir. Həmçinin tələblərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə iki tələbə evi  tikilib istifadəyə verilib .

   Universitetdə aqrar yönümlü ixtisasların hamsı dövlət sifarişlidir.  Sevindirici və qürurverici hallardan biri də odur ki ,  500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Meşəçilik, Zootexniklik,  Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Aqromühəndislik,  Meliorasiya və su təsərrüfatı,  tikintisi mühəndisliyi, Şərabçılıq, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvabitkilər, Ekologiya, Baytarlıq və Əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd nəzərdə tutulub..

   Universitetə illərdir ki , kənd təsərrüfatı elmləri doktoru , professor , AMEA- nın müxbir üzvü , 3- dərəcəli “Vətənə xidmətə görə “ ordeninə layiq görülmüş İbrahim Həsən oğlu Cəfərov rəhbərlik edir.

                  
     Ləyaqətli  insan , səriştəli rəhbər , yüksək ixtisalı mütəxəssis –budur İbrahim müəllimi xarakterizə edən xüsussiyyətlər. Onun rəhbərlik etdiyi ali təhsil ocağına , o cümlədən tələbələrə xüsusi qayğı və diqqəti , isti münasibəti danılmaz faktdır. Universitetdə yaradılan şəffaflıq , obyektivlik yüksək və hərtərəfli təhsilverməyə ,əsl peşəkarlar hazırlamağa imkan verir. Təbii ki , bütün bunlar İbrahim müəllimin müstəsna əməyinin , gərgin zəhmətinin nəticəsidir. O , hər zaman yeniliklər axtarmaqda ,  rəhbərlik etdiyi ali təhsil ocağının adını yüksəltməkdə qərarlıdır. Bunun üçün var qüvvəsini sərf edir , bütün imkanları ortaya qoyur.  
              
   Nahaq yerə deyil ki , Facebook səhifəsi  “Azərbaycan Universitetleri” tərəfindən keçirilən “2017-2018-ci tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda tələbələr ən çox səsi İbrahim  müəllimə verərək onu beşinci dəfə qalib etmişlər. Bu da bir daha  onun tələbələrin əsl dostu olduğunu göstərir . Həmçinin “Məktəbguşəsi.az” saytının “Hansı Universitetdə payız imtahan sessiyası şəffaf keçirilir” nominasiyalı sorğuda da Aqrara Universitete birinci yerə sahib olmuşdur.

     Bütün bunlar və deyə bilmədiklərimiz bir sıra uğurlar universitettin doğurdan da etibarlı əllərdə olduğuna , gələcəyə inamla addımladığını , üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetiridiyini bir daha sübut edir.

  Biz də , öz növbəmizdə başda İbrahim müəllim olmaqa universitetin bütün tələbə- müəllim heyətinə uğurlar diləyir , hər zaman favorit olmağı arzulayırıq. Həmçinin qarşıdan gələn elimizin , obamızın  əziz bayramı – Novruz münasibəti ilə ürəkdən təbrik edir , şərəfli və çətin işlərində cansağlığı və yüksək naliyyətlər diləyirik .

 

     Müşfiq Kişiyev.

 

                       
 Bəşəriyyətin ən ali varlığı insandır. Bu həqiqəti dərk edənlər , sözün tam mənasında anlayanlar bir yaşam boyu həqiqi insan olmağı , ona verilən bu şansdan dəyərlənməyə çalışır. Ömürləri boyunca insanlıq adına , bəşəriyyət adına ləyaqətlə xidmət edir, dünyamızı gözəlləşdirməyə çalışırlar.

   Haqqında danışmaq istədiyim qəhrəmanım da müasir dövrümüzdə çox az təsadüf edilən belə şəxsiyyətlərdəndir. Cəmiyyətimizə yaxından tanış olan Cavid Qənbər oğlu Qurbanov! Cavid müəllim 1958 – ci ildə Azərbaycanımızın dilbər guşəsi Kəlbəcər rayonun Ağdaban kəndində  əsilli- nəsilli bir ailədə dünyaya gəlib.Orta əslərdə yaşamış əsrarəngiz möcüzələrə malik , müqəddəs övliyalarımızdan olan Miskin Abdal ocağının nümayəndəsi , Aşıq Qurbanın nəticəsi , Dədə Şəmşirin nəvəsi Cavid müəllim! Təbii ki , belə bir   qüdrətli  nəslin   nümayəndəsi bu qədər alicənab , bu qədər yüksək mənəviyyatlı ola bilərdi. Çünki halallıq , insanpərvərlik , ziyalılıq onun canında , qanında ,  genindədir.

   Cavid müəllim səciyyələndirən xüsusiyyət təkcə yüksək ali keyfiyyətlə malik insan olmağı deyil , həmçinin gözəl mütəxəssis , sənətinin əsl bilicisi , yüksək idarəçiik qabiliyyətinə malik rəhbər olmasıdır. Bu isə təsadüfi deyil , çünki gənc yaşlarında əməyə , zəhmətə alışıb.  Orta məktəbi bitirdikdən sonra   1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub.  1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışib. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləyib.  1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışib.  2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. . 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutub.  Texniki elmləri namizədidir.
9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

 Göründüyü kimi bu günkü günlərə əzmkar zəhmətin , əməyin nəticəsində gəlib Cavid müəllim . Zəngin təcrübə , yüksək idarəçilik qabiliyyəti  təbii ki , öz sözünü deyir. Bunun bariz nümunəsi bu gün Cavid müəllimin rəhbərlik etdiyi qurumun respublikamızın infrastrukturunda gördüyü genişmiqyaslı işlər ,qazandığı uğurlar , naliyyətlərdir.

 Cavid müəllim , həmçinin fəal ictimai xadimdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Voleybol Federasiyasının sədridir.

  Cavid müəllim millət vəkilidir. Seçicilərinin  hüququnu  ən ali kürsüdən  müdafiə edir.

  Sentaybın 19 Cavid müəllimin 60 yaşı tamam olur. Şərəflə və ləyaqətlə keçən 60 il ! Qüdrətli nəslə ,  sələflərinə layiq 60 il.! 60 ilin işığında budur səciyyələndirən Cavid müəllimi !

   Doğum gününüz mübarək Cavid müəllim . Neçə belə on illkləri qeyd edəsiniz . İnşallah . Yaşınızın üzərinə gələn hər bir il sizə naliyyətlər , uğurlar , xoşbəxtlik gətirsin , ömür kitabınıza qızıl hərflərlə yazılsın!

  Müşfiq Kişiyev.