Azərbaycanda kollec rəhbərliyi tutulub. “Report”un Qarabağ Mərkəzinin məlumatına görə, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.