Quba və Qusar rayonlarında qar yağmağa başlayıb.
"Ölkə.Az"ın Report-a istinadən verdiyi məlumata görə, şimal zonasında bir müddətdir ki, mülayim keçən hava şəraiti dəyişib və gecə saatlarından qar yağmağa başlayıb.
Hazırda hər iki rayonun ərazisində yağıntı davam edir.