Son xəbərlər

 

Bu gün böyük Azərbaycan şairi Səməd Vurğunun anım günüdür.

 

Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini buradakı rus-tatar məktəbində alıb.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunanlardan biri də Səməd Vurğun olur.

Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Zəngin həyat və yaradıcılıq yolu keçən Səməd Vurğun “İnsan”, “Vaqif”, “Xanlar” kimi bir-birindən maraqlı dram əsərlərinin, “Muğan” (1948), “Aygün” (1950-1951) və “Zamanın bayraqdarı” (1952) poemalarının müəllifidir.

Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib, sovet xalqlarının sevimli şairi olub.

1954-cü ildə Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 milyonluq SSRİ xalqları arasından azərbaycanlı şairin qurultayda “Sovet poeziyası haqqında” məruzə etməsi bütövlüklə Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən Səməd Vurğuna verilən böyük qiymət idi.

1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.

May ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra - 1956-cı il may ayının 27-də, saat 19:30-da Səməd Vurğun vəfat edir.

May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.

Kult.az Səməd Vurğunla vida mərasiminin görüntülərini təqdim edir:

28 Oktyabr 2024 Şah İsmayılın portretinin orijinalı - Video
24 Oktyabr 2024 Sabir Rüstəmxanlı bu akademiyanın üzvü seçildi
11 Oktyabr 2024 Şeyx İbrahim Əmir Teymura “40-cı qul mənəm” deyibmi?
10 Oktyabr 2024 Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu
14 Sentyabr 2024 Anardan Elza Seyidcahanın qalmaqallı şeirinə reaksiya
26 İyul 2024 Şah İsmayıl barədə kitabın nəşrinə icazə verilmədi
25 İyul 2024 Pakayin Qarabağla bağlı kitab yazdı
21 İyun 2024 Sübhədək ulayan, şeir yaza bilməyən Şəhriyar...
15 İyun 2024 Hüseyn Kürdoğlunun 90 illik yubileyidir
08 İyun 2024 Nazirlikdə işdən buna görə çıxdım – Şərif Ağayar
06 İyun 2024 Səməd Vurğun özünü öldürmək üçün damarını kəsib – Səbəb
04 İyun 2024 Anasının sevgilisinə görə qaçaq düşən şair
18 May 2024 AYB sədri deputat olmağa hazırlaşır? - Açıqlama
03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir