Bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur. Milli.Az bildirir ki, sosial şəbəkənin işindən ən çox şikayətlənən ABŞ, Böyük Britaniya, İtaliya və Portuqaliya istifadəçiləridir. İstifadəçilərinin əksəriyyəti (53%) xəbərlər lentasının baxması porblemi ilə üzləşiblər, 31% -i isə sosial şəbəkəyə daxil ola bilməyəcəyindən şikayət edir, 14% -i isə sosial şəbəkə saytına daxil ola bilmir.
Çexiyada bir otel ruslara xidmət göstərməkdən imtina edib.
Otel onların qarşısında “Krım Ukraynanındır” deməyi şərt kimi qoyub. Bizimyol.info xəbər verir ki, hadisə 2014-cü ildə baş verib. “Brioni Boutique Hotel” belə bir tələb irəli sürmüşdü. Ostrava şəhərində otelin rus qonaqları xidmət üçün “Krım Ukraynanındır” şərti ilə üzləşmişdi. Sonra onlardan bəzisi yazılı formada yarımadanın Ukraynaya məxsus olmasını etiraf edərək, xidmət görmüşdü.
Aktuálně.cz portalının yazdığına görə, Çexiya Konstitusiya Məhkəməsi otelin sahibini haqlı tərəf sayıb. Bundan əvvəl məhkəmə “Brioni Boutique Hotel”in administrasiyasını 5000 kron (təxminən 230) cərimə etmişdi. Amma indi tamam əks qərar çıxarılıb. Konstitusiya Məhkəməsi hesab edir ki, otel heç bir nifrət nümunəsi göstərməyib, sadəcə, Rusiyanın haqsız siyasi addımına etiraz ifadə olunub.
Hakim Voytex Şimiçek deyib ki, Krımın Rusiyanın tərkibinə keçirilməsi beynəlxalq hüquq normalarının pozulmasıdır və otel sahibinin emosional davranışı Çexiyanın xarici siyasəti ilə üst-üstə düşür. Bundan başqa, onun neytral siyasi mövqedən imtina haqqı var.
Türkiyə mediasına istinadən bildirir ki, Facebook bu gün “F8 Developer Konfransı”nda bu sosial medianın tamamilə dəyişmiş yeni interfeysi təqdim edib. Mark Zukerberq çıxış etdiyi konfransda bu gündən etibarən sosial şəbəkənin görünüşünün aşağıdakı formada olacağını açıqlayıb:
Son 15 ilin ən böyük yeniliyini təqdim edən Facebook yeni görünüşü ilə əvvəlki dizaynından daha müasir və kreativ görünəcək. Yeni Facebook həm mobil, həm də kompyuter versiyasında yeni gecə rejimi (dark mode) funksiyasının da olacağı deyilib. Yenilənmiş Facebook bu gün ABŞ istifadəçiləri üçün yayımlanacağı bildirilsə də, digər ölkələrə nə zaman tətbiq ediləcəyi açıqlamada yer almayıb.
Azərbaycanlı jurnalist Günay Arda Bakıda yerləşən erməni kilsəsinin açılmasını təklif edib. O, şəxsi feysbuk profilində bununla bağlı paylaşım edib. Həmin statusu olduğu kimi təqdim edirik:
1869-cu ildə eston memar Otto Gippusun rəhbərliyi altnda , Bakının tən ortasında kilsənin tikintisi başa çatdı. 1888-cü ildə kilsənin zəng qülləsi tikildi.
Çox qısa vaxtdan sonra (1903,12 iyun) Qafqazın mülki işlər üzrə baş rəisi Q.Qolitsının vəsatəti əsasında kilsənin mülkiyyəti Rusiyanın Torpaq və Əmlak Nazirliyinin idarəetməsinə keçməsinə dair imperator qanun imzaladı. Bu da o demək idi ki, mülkiyyəti Çar Rusiyasında hər hansı bir nazirliyin ixtiyarına keçən kilsə avtomatik ortodoks idarəetməsinə keçirdi. Çar Rusiyasında PROVASLAVLIQ VƏ QEYRİLƏRİ anlayışı var idi. Qısaca, Bakının mərkəzində Müqəddəs Qriqori adı ilə tikilən kilsənin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli yox idi.
Kilsənin tarixçəsi erməni xəyanətinin əbədiliyinin əyani sübutudur. Necə oldu ki, Qolistın belə bir vəsatət qaldırmağa məcbur oldu? Çünki bura heç vaxt dini məbəd kimi fəaliyyət göstərməmişdi. Ermənilər kilsəni siyasi mərkəzə çevirmişdi. Kilsədə antirus təbliğatı aparır, Daşnaksütun ideyalarını inkişaf etdirirdilər. Çar Rusiyasına qarşı inqilabi hərəkatın formalaşması üçün burada pullar toplanırdı. Bu işi isə üzərinə götürən adam erməni katalikosu idi.
Dəyişilməz fakt odur ki, kilsə 1903 –cü il , 12 iyunda provaslav-ortodoks idatəetməsinə keçib. Erməni Daşnaksutyun Terror Qruplaşması üçün pul toplayan obyekt olmaqdan çıxıb.
Mülkiyyətini itirmiş kilsə isə idarəetməsini, hər şeyini itirmiş olur. Kilsə hazırda Prezident Kitabxanasının nəznindədir, qiymətli arxiv materialları ilə zəngindir. Bu kilsəniin muzey kimi Azərbaycan vətəndaşlarının ixtiyarına verilməsi vacibdir. Kilsə- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi “Azərbaycan tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib. Bir sözlə , bu kilsənin bizim üçün digər tarixi abidələrimizdən fərqi yoxdur. Bakıya gələn provokatorlara imkan yaratmamalıyıq. Tarix hamıya açıq olmalıdır.
Turistlər bu kilsənin vasitəsilə, muzey formatında ermənilərin Bakıdakı xəyanət planlarından xəbərdar olmalıdır.
Bura simvolik yer olmalıdır. Erməni cinayətlərinə aid stendlər, filmlər burda baxışa çıxarılmalıdır.
Türkiyənin Sakarya şəhərində dəhşətli qətl hadisəsi baş verib. Musavat.com xəbər verir ki,müdirini namaz qıldığı zaman öldürən İsmayıl Bozbay adlı şəxs hadisədən dərhal sonra evə gələrək ailəsini də qətlə yetirib.
Onu həbs etmək üçün evinə gələn polislər qorxunc mənzərə ilə qarşılaşıblar. İsmayıl Bozbay həyat yoldaşı Aycanı və balaca qızı Serranı qətlə yetirərək oradan da qaçıb. Aparılan araşdırmalar zamanı ilkin ehtimal olaraq İsmayıl Bozbayın bu qətlləri törətdikdən sonra intihar etdiyi düşünülüb.
İddialara görə iş adamı Ahmet Kuzgun ilə onun işçisi İsmayıl Bozbay arasında dünən ofisdə mübahisə yaranıb. Yaranan mübahisədən sonra iş adamı Ahmet Kuzgun namaz qılarkən işçisi İsmayıl Bozbay tərəfindən silahla vurularaq öldürülüb. Hadisə zamanı çevrədəki insanlar silah səsini eşidərək polisə və təcili tibbi yardıma xəbər veriblər. Təcili tibbi yardım işçiləri hadisə yerinə vaxtında gəlsələr də iş adamının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatını yaxından öyrənmək üçün hər 3 şəxsin cənazəsi tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı Sakarya baş polis idarəsinin cinayət şöbəsi geniş əməliyyat tədbirləri keçirməyə başlayıb.Qətl hadisəsini törədən şəxsin intihar etdiyi düşünülsə də onun axtarışları hələ də davam etdirilir.
Dünyanı idarə edən liderlərin ilk peşəsi nədir; ilginc dosye – Zelenski bu siyahıda tək deyil
Ukraynada şoumen-parodiyaçı Vladimir Zelenskinin hakimiyyətə gəlişi ilə yeni bir müzakirə obyekti yarandı. Daha doğrusu, bu ənənənin fərqli bir başlanğıca səbəb olacağı ilə bağlı müzakirələr başlandı. Əslində isə araşdırmalar göstərir ki, dünyada bir-birindən fərqli peşələri olan şəxslər sonradan prezident seçiliblər. Yəni siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayanlar illər sonra böyük dövlətlərin idarəçiliyində təmsil olunublar.
Fransanın eks-prezidenti Nikola Sarkozi qaçqın bir ailənin uşağı olub. Atası Macarıstandan, anası isə Selanikdən gələrək Fransaya yerləşib. Kiçik yaşlarında anasını tərk edən atası ucbatından uşaqlığını rahat bir şəkildə keçirə bilməyib, yoxsulluq çəkib. Təhsili üçün atasından pul istədiyi zaman “mənim sizə bir borcum yoxdur” cavabını almaq onun üçün bir dönüş nöqtəsi olub. Bundan sonra dondurma və çiyələk sataraq cibxərcliyini çıxarmağa çalışıb. Daha sonra hüquq diplomu alan Sarkozi 1977-ci ildə siyasətə atılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizedən köç edən bir ailənin uşağı olaraq dünyaya gəlib. Atası Əhməd bəy Şirketi Hayriyədə liman kapitanı olaraq çalışıb. O da iş həyatına ibtidai sinif dövrlərində atılıb, su, simit satıb. Yenə eyni dönəmdə futbol sahələrində su satması onu futbolla tanışlığa gətirib. Uzun bir dönəm futbol oynayıb. 1978-ci ildə Bəyoğlu Gənclik Şöbələri başqanlığı ilə siyasətə gəlib.
Leninqradda fabrik işçisi olan bir ana və donanmada işçi bir atanın uşağı olaraq dünyaya gəldi. Hüquq fakültəsini bitirib, KQB-yə girməsindən öncə rəsmi sənədlərdə heç bir məlumata rast gəlinməyən Putinin anasının həyatda olduğu anlaşıldı. KQB agentlərinin danışma yasağına baxmayaraq, məlumat verən anası Vera Putina kiçik yaşlarda uşağından ayrı qaldığını dedi. Oğlunun nənə və babasının xəstəliyinə görə kimsəsizlər evinə verildiyini bildirdi.
İspaniya qaçqını olan Angel Kastro Argizin aşbazı Ruzdan olan beş uşağından ikincisi olan Fidel Kastronun uşaqlığı yoxsul bir bölgə olan Mayaridə keçib. Oriente bölgəsinin mərkəzi San Dieqodakı katolik məktəblərində və Havanadakı Cizvit Liseyi İlahiyyat Məktəbində təhsil alan Kastro hüquq təhsilindən sonra siyasi karyerasına ilk addımını atdı. Yoxsul bir uşaqlıq keçirməsi onu ölkəsində sosial bir düzən qurmağa məcbur etdi.
28 iyul 1954-cü ildə ailənin altı oğlan uşağından biri olaraq dünyaya gəldi. Yerli irqlə qara irqin qarışığı olan, “zambo” deyə adlandırılan bir irqə mənsub olan Uqo Çavesin ana və atası müəllim idi. Orta təbəqəli bir ailənin uşağı olaraq oxumaq xaricində bir seçimi olmadığı üçün hərbi məktəbə yazıldı. Hərbi şagird olaraq getdiyi Peruda isə siyasətlə tanış oldu. Siyasətdə sol blokda yer alan Çaves dövlət rəhbərliyi vəzifəsində dünya solunun ümidi halına gəldi.
19 avqust 1946-cı ildə Arkanzasın Hope şəhərində dünyaya gələn Bill Klinton 3 ay sonra atasını itirib. 4 yaşında ikən anası ögey atası Roger Klintonla evləndi. Lisey dönəmində ögey atasının soyadını alan eks-Amerika prezidenti bir neçə dəfə məktəbini professional bir musiqiçi olmaq üçün atmağı düşünürdü. Amma “Boys Nation” adlı qrupu qurmuşkən, Ağ Evdə Con F.Kennedi ilə tanış oldu. Bu tanışlıq siyasətə ilk addımını da özü ilə paralel gətirdi.
Bank məmuru olan bir ata və ibtidai sinif müəlliməsi olan bir ananın uşağı olaraq dünyaya gələn Turqut Özal İstanbul Texniki Universitetində elektrik mühəndisliyi təhsili alıb. Dövlət Planlaşdırma Təşkilatındakı görəvi ilə bürokratiyaya, Ədalət Partiyası ilə də siyasətə qoşulan Özal siyasi karyerasını prezident vəzifəsi ilə nöqtələyib. Uşaqlığında bir dönəmdə isə pilot olmaq xəyalı qurub. Eşşəkdən düşərək qolunu qırınca isə bir qolu daha qısa qalan Özalın pilotluq həvəsi qısa müddətdə sona çatıb.
1950-ci ildə Kayseridə dünyaya gələn Abdulla Gük İstanbul Uniersitetində iqtisadiyyat üzrə təhsil alıb. O, 1991-ci ildə Kayseridən millət vəkili seçildi. Gəncliyində babasının limonat satdırmaq istədiyi Gül yüksək səslə qışqırıb müştəri toplaya bilmədiyi üçün limonatları sata bilməyib. Beləcə, ticarəti, yoxsa təhsil həyatını seçəcəyi bəlli olub. Gənclik illərində başlayan siyasi həyatı onu prezident postuna qədər gətirib.
Siyahıda daha ilginc namizədlər də var:
Adam Barrou: Qambiya prezidenti: təhlükəsizlik xidməti əməkdaşı: siyasətə atılmadan öncə İngiltərədə bir marketdə təhlükəsizlik xidməti əməkdaşı olaraq çalışıb.
Johanna Sigurdardottir, eks İslandiya baş naziri – kabin xidmətçisi: bir hava yolu şirkətində kabin xidmətçisi olaraq işləyib.
Maykl Higgins, İrlandiya prezidenti, qarson: şair kimliyi ilə də tanınan Higgins kasıb bir ailədə doğulub. Həyatını təmin etmək üçün qarsonluq edən lider indiyə qədər yazarlığa da davam edir.
Dmitri Medvedyev: Rusiyanın eks prezidenti, təmizlikçi: Medvedyev heç bir zaman böyük işlərin insanı olmayıb. O, keçmişdə küçələri təmizləyirdi. Həm də gündəlik 120 rubla (1,5 dollar).
Papa Francis, katolik kilsəsinin lideri, Roma papası, gecə klubu işçisi: yanlış oxumursuz. Katoliklərin hazırkı ruhani lideri bir zamanlar məmləkəti Argentinada gecə klublarında təhlükəsizlik işçisi olaraq çalışıb. Rəqs etməyi çox sevdiyi də bilinən dini lider verdiyi bəzi açıqlamalarla bəzi xristianlar tərəfindən də tənqid edilir.
Edi Rama, Albaniya lideri, rəssam: bir zamanlar gözəl tablolar, rəsm əsərləri yaradan Rama Albaniyaya rəhbərlik edib.
Borut Pahor, Sloveniya prezidenti, model: tələbəlik illərində yaşamını təmin etmək üçün modellik eləmiş sloveniyalı lider keçmiş peşəsinə görə hər zaman gülüş hədəfinə tuş gəlib. Sloveniya müxalifəti onu Barbie Doll (Barbi oyuncaq) deyərək, aşağılayıb.
Andri Rajoelina, Eks Madaqaskar prezidenti, DJ: siyasətə girməzdən öncə olduqca rəngli bir həyata sahib olan madaqaskarlı lider bir radio kanalında DJ idi.
Corc Veah, Liberiya prezidenti, futbolçu: özü də elə-belə futbolçu deyil. Karyerasında “Paris Saint-Germain”, AC Milan və “Manchester City” kimi böyük futbol komandaları olub.
Yunanistanın baş naziri olan Çipras, Atina Beynəlxalq Texniki Universitetin inşaat mühəndisliyi fakültəsində oxuyub.
Almanyanın kansleri Angela Merkel Leipzing Universitetində fizika üzrə təhsil alıb.
Donald Tramp “Forbes”in 2016-cı ildə dünyanın ən varlı 400 nəfəri siyahısında yer alan dünya miqyaslı bir iş adamıdır. 1968-ci ildə Pensilvanya Universiteti Vharton Məktəbi iqtisadiyyat fakültəsindən məzun olub.
Emmanuel Makron: Fransa prezidenti Paris Ouest Nanterre La Defense Universitetində fəlsəfə fakültəsini bitirib.
Paolo Gentiloni: İtalya baş naziri Roma La Sapienza Universitetində Siyasət Elmi məzunudur.(musavat.com)
Rusiya paytaxtında baş verən atışma nəticəsində iki nəfər azərbaycanlı ölüb.
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında “Novıye Çeryomuşki” metrostansiyasının yaxınlığında baş verib.
İlkin məlumatlara görə, hadisəni azərbaycanlı əsilli Gürcüstan vətəndaşı 60 yaşlı Rəsul Abdullayev törədib.
Onun açdığı atəş nəticəsində 50 yaşlı digər azərbaycanlı Vaqif Hümbətov ölüb. Daha sonra R. Abdullayev həmin odlu silahla özünü öldürüb.
Qətl hadisəsinin qisas üstündə baş verdiyi məlum olub. Belə ki, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan Rəsul Abdullayevin oğlunun azart oyunlar həvəskarı olduğu və nəticədə külli miqdarda borcunun yığıldığı və bu səbəbdən öldürüldüyü bildirilib.
Qeyd edək ki, ölənlərdən birinin, Vaqif Hümətovun üstündən “The Moscow times” qəzetinə məxsus jurnalist vəsiqəsi tapılıb. Bir müddət sonra “The Moscow times”-in redaksiyasından ştatlarında belə bir əməkdaşın olmadığı bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Rusiyanın Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen İnlə görüşü başlayıb. Dövlət başçıları hazırda təkbətək görüş keçirir.
Putin Kim Çen İni yüksək posta seçilməsi münasibətiə şəxsən təbrik edib və görüşə şad olduğunu bildirib. Rusiya liderinin sözlərinə görə, bu səfər ikitərəfli münasibətlərin inkişafına və nüvə probleminin nizamlanması prosesinə töhfə verəcək. Putin Kim Çen İnin Şimali Koreyanın nüvə probleminin həlli və ABŞ ilə dialoqu normallaşdırmaq üçün sərf etdiyi cəhdləri alqışlayıb. Kim Çen İn də öz növbəsində bildirib ki, Koreya yarımadasındakı vəziyyət barədə fikir mübadiləsinə ümid edir. O, bildirib ki, Rusiya prezidenti ilə görüş səmərəli olacaq. Təkbətək görüşdən sonra hər iki ölkənin nümayəndə heyəti arasında görüş keçiriləcək.
Günəşin ultrabənövşəyi A və B şüaları ilə yanaşı, infraqırmızı şüa buraxan Floresan işığı və kompüter, mobil telefon kimi cihazlar da insan dərisinə ciddi zərər verir. Bu səbəbdən, sadəcə yay aylarında çölə çıxarkən deyil, qapalı məkanlarda da Günəş şüalarından qoruyan kremlərdən istifadə etmək lazımdır. Milli.Az xəbər verir ki, Günəş dərinin qocalmasının ən əsas səbəblərindəndir. İnsan dərisi zamana uduzduğu kimi, Günəş şüalarına məruz qaldıqca da illərlə toplanan zərərlər gözlə görünən təsirə malik olur.
Aparılan araşdırmalar göstərir ki, bir insanın dünyaya gəlməsindən etibarən ilk 20 ilində qəbul etdiyi Günəş şüası həyatı boyunca aldığı Günəş şüasının 80%-ni təşkil edir. Bu səbəbdən, xüsusilə, körpə çağlarından etibarən Günəşdən qorunmağın əhəmiyyəti vurğulanır.
Günəş işıqlarından qorunmaq sadəcə dərinin yaşlanmasının qarşısını almaq məqsədilə deyil, digər dəri xəstəliklərinin yaranmasını əngəlləmək üçün də vacibdir. Günəş bəzi dəri xəstəliklərini və sızanaq kimi problemlərin böyüməsində təsirlidir. Günəşdən yetəri qədər qorunmamaq dərinin rəng tonunun müxtəliflərşməsinə, ləkələrin yaranmasına və kapilyar damarların genişlənməsinə gətirib çıxarır.
Hər şəhərin Günəş işığının maksimum olduğu bəlli saatlar vardır. Məsələn, Bakı üçün bu saat 11:00-dır. Bu zaman insan dərisinin 10-15 dəqiqə Günəş şüası qəbul etməsi gündəlik D vitamininin təmin olunmasına kifayət edir. Bundan sonra gün ərzində istifadə olunan Günəş kremləri D vitamini çatışmazlığı yaratmaz. Uşaqlarda mütləq 6 aylığından sonra Günəş kremindən istifadə edilməlidir. Krem açıq havaya çıxmadan 20 dəqiqə öncə çəkilməlidir. Təsiri bir müddət sonra keçdiyi üçün 3 saatdan sonra yenilənməlidir.
Günəş kremləri üzün bütün nahiyələrinə, həmçinin, qulaq, ənsə, dodaqlar və boğaz bölgələrinə eyni qaydada çəkilməlidir. Saç tökülməsindən əziyyət çəkən insanlar da saçların çıxmadığı yerə mütləq Günəş kremi çəkməlidir. Mütəxəssislər Günəş kremindən istifadə zamanı qulaq-burun-dodaq faktorunu xüsusilə vurğulayır. Çünki dəri xərçənginin yaranmasının ən çox risk daşıdığı yerlər məhz bu bölgələrdir.
Günəş kremlərinin xərçəng riskini artırması məsələsi də insanları narahat edən problemlərdən biridir. Lakin Günəş şüalarından qoruyan kremlər satışa çıxarılmadan öncə dəfələrlə dermo-kosmetik testlərdən keçirilir. Buna görə də bu riskin olması aşağı faizlə qiymətləndirilir.
Məşhur modelyer İvana Sərt bu yaxınlarda keçirilən bir hicab geyimləri dəfiləsində podiuma çıxıb. Türkiyə mediasın xəbər verir ki, tanınmış modelin hicablı fotoları böyük qalmaqala səbəb olub.
Sözügedən fotoları sosial media hesabında paylaşan İvana izləyicilərinin tənqidinə məruz qalıb. Bir çoxları modelin hicabla oyun oynadığını deyiblər.