![]() |
![]() |
Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bütün əmlakına həbs qoyub.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Ovanes Xudoyan bildirib: “Həbs Koçaryanın bütün əmlakına və pensiyadan başqa gəlirlərinə qoyulub. Əmlakın dəyəri hələlik ölçülməyib, amma qiymətləndirmə mütləqdir”.
Qeyd edək ki, həbsdə olan Koçaryan 2008-ci ilin martında Ermənistanda konstitusion quruluşu pozmaqda ititham edilir.
Çexiyanın paytaxtı Praqada məhbuslarla dolu avtobus II Dünya Müharibəsi dövrünə aid ABŞ tanklarını daşıyan qoşqulu yük maşını ilə toqquşub. Daha sonra avtobusda yanğın baş verib.
ONA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb. Penitensiar xidmətə məxsus avtobus isə tamamilə yanıb. Hadisədən sonra yolda 3 saatlıq tıxac yaranıb.
Bildirilir ki, tanklar Azadlıq Konvoyunda iştirak etmələri üçün gətirilib. Azadlıq Konvoyu ABŞ tərəfindən Avropada təşkil olunan bir aksiyadır.