Son xəbərlər

Paşinyanın Şuşa səfərinə XİN-dən reaksiya













Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına səfərini şərh edib.

XİN-dən daxil olan məlumatda bildirilir ki, Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir:

“Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.
CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) qərarı ilə İstanbulda Bələdiyyə başqanlığına seçkilər yenidən keçiriləcək.
YSK təkrar seçkini iyunun 23-nə təyin edib. Qalib gəlmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunu narahat edən əsas məqam odur ki, istirahətə gedənlər çox olacaq, seçkidə aktivlik aşağı düşəcək.

Bizimyol.info xəbər verir ki, CHP-nin qələbə qazandığı şəhər bələdiyyələri adamların təkrar seçkidə iştirakı üçün əlindən gələni edir. Həmin bələdiyyələr xeyli məzəli seçki çağırışları hazırlayıblar.

Ən məzəli reklam lövhələrindən birini Adana bələdiyyəsi ortaya çıxarıb. İyunun 23-də şəhərdə 150 dərəcə isti olacağını yazıblar.
CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Çeşme bələdiyyəsi insanları xəbərdar edib ki, həmin gün İstanbuldan fırtına gələcək, dənizə girmək məsləhət deyil.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Bozcaada bələdiyyəsi də məsələyə yaradıcı yanaşıb. Bu yay günündə sahillərə köpəkbalıqlarının hücum edəcəyini bildiriblər. Amma altda qeyd ediblər ki, İstanbulda səs verin, dəniz yırtıcısına yem olmayın.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Bodrum bələdiyyəsi iyunun 23-də qar yağacağını yazıb. Amma ertəsi gündən qonaqları gözləyəcəyini bildiriblər.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Muğla vilayətində yerləşən Datçada həmin gün çimərliklərin bağlı olacağını elan ediblər. Təbii ki, yenə zarafatla. Çünki orada da ertəsi gün tətilə çıxanların yolunu gözləyəcəklər

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Kəpəz bələdiyyəsi də təxminən belə bir şey yazıb. Çimərliklər bağlı olacaq, İstanbuldan fırtına gəlir.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Edremit bələdiyyəsi bütün istanbullu qonaqları üçün xüsusi elan yerləşdirib. Burada istirahət mərkəzlərində abadlıq işləri görüləcəyi bildirilib.
CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Mersin bələdiyyəsi yazıb ki, iyunun 23-də şəhərdə nəfəs almaq mümkün olmayacaq, rütubət 90 faizə çatacaq. Beləcə də yazılıb: “İstanbullular isti yerə gəlməz dedilər, biz də xəbərdarlıq edək dedik”.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Boluda da Edremitdəki xəbərdarlığa bənzər lövhə hazırlayıblar. Əlavə ediblər ki, İstanbuldakı doğan günəşi iyunun 24-də Boluda izləmək tövsiyə olunur.

Ermənistanda yeni siyasətçilər və müxalif partiyalar yaranır. Bu da güclü siyasi qüvvənin meydana gəlməsinə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, yeni müxalifətin işində iştiraka qatılmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, keçən il ölkədə baş verən etiraz aksiyaları cəmiyyətdə toplanan narazılıqlar və dəyişikliklərin olmaması ucbatından baş verib:

“Mən bunu inqilab adlandırmazdım. Ona görə də cəmiyyətdə aqressiyanın, hökumətdə isə diletantlıq və populizmin böyük pay sahibi olmasını istisna etsək, ölkədə heç bir dəyişiklik baş verməyib”.

ABŞ Venesuela sahillərinə tibbi gəmi göndərməyə qərar verib














Vaşinqtonda keçirilən konfransda çıxış edən ABŞ-ın vitse-prezidenti Mike Pens Ağ evin Venesuelada yaşanan böhranla əlaqədar hansı addımlar atacağı ilə əlaqədar açıqlama verib.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, o, ABŞ donanmasına məxsus tibb gəmisinin bölgəyə göndəriləcəyini qeyd edib.

Pensin sözlərinə görə, prezident Trampın tapşırığına əsasən, iyun ayında “Comfort” gəmisi tibbi yardıma ehtiyacı olanlara köməklik məqsədilə Mərkəzi və Cənubi Amerika sahilləri istiqamətinə yan alacaq.

ABŞ vitse-prezidenti çıxışı zamanı bir daha Nikolas Maduronu istefa verməyə çağırıb: “Hakimiyyət başında olan Nikolas Maduro heç bir qanuni hüququ olmayan diktatordur və getməlidir”.

Amerikalı politoloq müxalifət lideri Juan Guaidonu dəstəkləyən, hazırda həbsdə olan general Manuel Kristof Fieqerin də tez bir zamanda azad olunması tələbini dilə gətirib.

Əlavə edib ki, rəsmi Vaşinqton əks halda Venesuelanın Ali Məhkəməsinə qarşı müvafiq sanksiyalar həyata keçirəcək.

“Əgər Venesuela Ali Məhkəməsi konstitusiyada təsbit olunmuş qanunun aliliyini təmin etməsə, ABŞ ədaləti bərpa etmək üçün müvafiq tədbirlər görəcək”, – vitse-prezident bildirib.

Amerikalı siyasətçi bir daha ABŞ-ın Venesuelaya qarşı bütün zəruri variantları nəzərdən keçirəcəyini təkrarlayıb.
İŞİD gizli fəaliyyətə keçir













Bu günə qədər bir neçə dəfə üzərində qalibiyyət elan edilən terror təşkilatı hələ də aktivdir; İŞİD niyə “Əl-Qaidə” yolu gedir?

2017-ci ilin noyabrında İraq, bu ilin 23 martında ABŞ, ötən gün Türkiyə dövlət başçısı, eləcə də İran, Suriya və daha bir neçə dövlət fərqli vaxtlarda İŞİD üzərində qələbə elan edib. Ancaq İŞİD hələ də fəaliyyətini davam etdirir.

Aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 5 ildən sonra videosunu yaydı. Ötən müddətdə 5 dəfə “öldü” xəbəri yayılan Bağdadi həm də düşmənlərinə hələ sağ olduğu və güclü olduğu mesajını verdi.

Qeyd edək ki, Suriyanın şimalında fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri” koalisiyası və ABŞ koalisiyası bu ölkədəki İŞİD-in sonuncu iri yaşayış məntəqəsi olan Bağuz kəndini martın 23-də ələ keçirib. Bununla da İŞİD-in Suriyada sonuncu böyük yaşayış məntəqəsini itirdiyi və bununla da Suriyada müharibənin başa çatdığı elan olunub. Elə həmin gün ABŞ prezidenti İŞİD-in məğlub edildiyini bəyan edib.
İŞİD gizli fəaliyyətə keçir


Ələ keçirilən sonuncu yaşayış məntəqəsində 470 İŞİD terrorçusu olub. Ümumilikdə isə Bağuzdan 5 minə yaxın insan köçüb və bunların 3500 nəfərə yaxını SDQ qüvvələrinə təslim olub. Təslim olanlar koalisiyaya məxsus maşınlarla savaş bölgəsindən çıxarılır. O da bildirilir ki, sonuncu iki kəndin ələ keçirilməsindən sonra Suriyanın şərqində, daha dəqiqi, Fərat çayının şərq sahilində İŞİD-ə məxsus ərazi qalmayacaq.
İŞİD gizli fəaliyyətə keçir


İraq hökuməti 2017-ci ilin 22 noyabrında İŞİD-in bu ölkədə məğlubiyyətə uğradığını bəyan edib. Ancaq buna baxmayaraq, terror təşkilatı Anbar əyaləti və ölkənin şimal rayonlarında, eləcə də Bağdadda gizli şəkildə fəaliyyətini davam etdirir. Vaxtaşırı olaraq terrorçular əsasən hökumət qüvvələrinə qəfil hücumlar təşkil edirlər.

Ancaq məğlub edildiyi elan olunan İŞİD aprelin 21-də Şri-Lankada baş vermiş terrorun məsuliyyətini öz üzərinə götürdü. Aprelin sonuncu həftəsində isə İŞİD gözlənilmədən Suriya ordusuna hücum edərək 35 hərbçini qətlə yetirdi.Aprelin sonuncu günü isə İŞİD təşkilatın liderinin videosunu yayaraq həm ölüm xəbərlərinə cavab verdi, həm də məğlub olmadığını, hələ fəaliyyət göstərdiyi mesajını verdi. İŞİD indi 2014 və ya sonrakı illərdə olduğu kimi hansısa torpaq üzərində hakimiyyəti olmasa da, indi o, klassik terror təşkilatı kimi gizli fəaliyyət göstərir. 2018-ci ildə İŞİD-ə məxsus təbliğat səhifələri müxtəlif ölkələrdə həyata keçirilən 3670 terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

1767 terror aktı, yəni ümumi terror hadisələrinin 48 faizi İraqda, 1124 hücum, yəni 31 faizi Suriyada həyata keçirilib. Yerdə qalan terror hücumlarının əksəriyyəti Əfqanıstan, Misir, Somali və Nigeriyada baş verib. Təbii ki, siyahıda Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələri də var.

Belə ki, 2018-ci ildə:

Əfqanıstanda – 316

Misir (Sinay yarımadasında) – 181

Somali – 73

Nigeriya – 44

Yəmən – 41

Filippin – 27 terror hücumu baş verib.

İndi ekspertlərə görə, İŞİD artıq torpaq üzərində hakimiyyəti olmayan terror təşkilatı kimi fəaliyyət göstərir, yəni 5 il əvvəl olduğu kimi ərazilər tutub dövlət elan etmir, “Əl-Qaidə” nin etdiyi kimi qəfil hücumlar həyata keçirir. Eyni zamanda bir sıra ölkələrdə yenidən təşkilatlanmağa çalışır. Bu, daha çox İraq və Suriyada müşahidə olunur. Məlum olduğu kimi, İŞİD 5 il əvvəl İraq və Suriyada 88 min kv.km əraziyə sahib idi, onun nəzarət etdiyi məntəqələrdə 8 milyona yaxın insan yaşayırdı.

Əbu Bəkr əl-Bağdadinin sonuncu videosu da göstərdi ki, İŞİD “Əl-Qaidə” kimi gizli terror təşkilatı fəaliyyətini davam etdirəcək. Bunu onun yaydığı videokadrlardan da görmək mümkün idi. Əl-Bağdadi Üsəma bin Laden kimi gizli otağında tərəfdarlarını toplayıb iclas keçirir, strategiyanı elan edir. Və bütün bunlar qapalı məkanda baş verir. Təbii ki, liderin arxasında bir də rus avtomatı var. Eynilə bin Laden və Zəvahiridə olduğu kimi. Bunun isə bir sadə izahı var: İŞİD “hekayəsi” hələ davam edəcək.(musavat.com)
 
“Boeing” şirkəti qəzalardan əvvəl problemlərdən xəbərdar olub














“Boeing” şirkəti “737 MAX” modellərinin proqram təminatında olan problemdən daha əvvəl xəbərdar olduğunu etiraf edib.

Modelin ilk satışı ediləndən sonra problem barədə məlumat əldə edilib, lakin bununla bağlı addım atılmayıb. Məsələnin təhlükəsizlik problemi yaratmadığı əsas gətirilib və həlli növbəti proqram təminatı yeniləməsi ilə həyata keçirmək planlaşdırılıb. Şirkət daha əvvəl “737 MAX” modelindəki siqnal sisteminin bütün təyyarələrdə işlək olmadığını açıqlamışdı.

2018-ci ildə “Lion Air” və bu ilin martında “Ethiopian Airlines”a məxsus “737 MAX” model təyyarəsi qəzaya uğrayıb və 346 nəfər həyatını itirib. Hər iki faciənin əsas səbəbi kimi siqnal sistemindəki problem göstərilib. (Qaynarinfo.az)
İstanbulda etiraz: İmamoğlu ilk açıqlamasını verib















Türkiyə Ali Seçki Qurumu (YSK) qərarı İstanbulda etirazla qarşılanıb. YSK-nın 11 üzvündən yeddisinin dəstəyi ilə verilmiş qərara əsasən, İstanbul bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv olunub.

ONA Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərara etiraz olaraq yüzlərlə şəhər sakini gecə yarısı küçələrə çıxıb.

Qərarla bağlı münasibət bildirən CHP-nin İstanbul bələdiyyəsi üzrə seçkilərdə qalib gəlmiş namizədi Əkrəm İmamoğlu iftar süfrəsi üçün qonaq olduğu bir məclisdə “YSK-nın qərarını, rəsmi açıqlamanı gözləyəcəm, ondan sonra məni gözləyin” – deyə açıqlamasını verib.

Onun sözlərinə görə, yalnız bundan sonra məsələ ilə bağlı ətraflı danışacaq.

“Mən lap əvvəldən ən gözəl anlarımı şəhərin gözəl insanları ilə paylaşacağıma söz vermişəm. İstanbulun ən gözəl nöqtəsində sizlərə fikirlərimi anladacam, hər şey çox gözəl olacaq”, – Ə.İmamoğlu belə deyib.

O, həmçinin tərəfdarlarına ümidlərini itirməməyi də tövsiyə edib:

“Biriləri səhv edəcək, əskik edəcək, çox pis işlər görəcək, amma biz həmişə bərabər ümid bəsləyəcəyik. Hər şey çox gözəl olacaq”.

Ə.İmamoğlu seçki nəticələrinin ləğvinə görə YSK-nı da qınayıb:

“YSK-nı hər gün fərqli-fərqli etirazlarla, iddialarla təsir altına salmağa, təhdid etməyə çalışdılar. Mən Ali Seçki Qurumunu qınayıram. İndi YSK qərar çıxarır ki, nəticələrə edilmiş etiraza görə seçkilər yenidən keçirilsin. Eyni nəticələrlə keçən il prezident seçkiləri oldu, referendum keçirildi, konstitusiya dəyişdi. O zaman konstitusiya da şübhəlidir, digər seçkilər də? Bu millət bizi seçib”.
Yüz ilin dəhşətli layihəsi REALLAŞIR – Burada bir müsəlman belə qalmayacaq və…















“ABŞ prezidenti Donald Tramp, kürəkəni Kuşner, İsrailin baş naziri Binyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi dördlük masasında bir layihə var. Bu layihənin adı “Yüz ilin anlaşması”dır”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı deyib.

Onun sözlərinə görə, bu layihənin təməli 2 il öncə Trampın Səudiyyə Ərəbistanı kralı və Misir prezidenti Sisi ilə qlobus ətrafında fotoobyektlərə poza verəndə atılmışdı: “Layihə Ramazan ayından sonra tamamlanacaq. Bunu Trampın yəhudi kürəkəni Cared Kuşner açıqladı”.

“Yüz ilin anlaşması” nədir?

Taha Dağlı yazır ki, bu planı qısa olaraq Fələstin torpaqlarında bir fələstinlinin belə qalmaması və böyük yəhudi dövlətinin qurulması, fələstinlilərə isə başqa ərazilərdə dövlətin qurulması adlandıra bilərik.

“İllərdir müzakirə olunan “iki dövlət” həll variantı artıq yoxdur. Yerinə “yeni dövlət” variantı var. Fələstinlilərə Qüds, Əl-Halil, Ramallah, Nablusdan uzaqda, səhranın ortasında yeni bir dövlət qurulacaq. Artıq yeni Fələstin dövlətinin xəritəsi də hazırlanıb. Qəzza və Qəzzanın cənubunda Misirə bağlı Sina çölündən ibarət olan bölgə fələstinlilərin yeni dövlətinin ərazisidir. İsrail, Misir və Birləşmiş Ərəb Əmirliyi fələstinlilərə yeni şəhərlərin inşa edilməsi ilə bağlı razılaşıb. Fələstin prezidenti Mahmud Abbasa bu layihəyə razılıq verməsi üçün 10 milyon dollar təklif edilib. Abbas “siyasi həyatım bitər” deyərək pulu rədd edib. Lakin bilir ki, son söz ona qalanda “bəli” deməkdən başqa çarəsi qalmayacaq. İordaniyanın bu layihəyə bəzi etirazları var, çünki yeni Fələstin dövlətinin qurulması üçün İordaniyadan torpaq alınacağı ehtimalı var. Əgər İordaniya problem yaradarsa, “ərəb baharı” ilə üzləşə bilər. Bununla bağlı hazırlıqlar tamamlanıb, vəzifə ərəb ölkələrində müəyyən qrupların rəhbəri olan Dahlana verilib”, – deyə türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, layihəyə yeganə etiraz edən qüvvə Qəzzadakı Həmasdır: “Həmas rəhbərləri ötən həftə Misir kəşfiyyatının dəvəti ilə Qahirədə səfərdə olublar və layihəyə etiraz ediblər. Heyət Qahirədən dönən kimi İsrail ordusu Qəzzanı bombalamağa başladı”.

Çin ABŞ və Rusiya ilə nüvə silahlarından istifadənin məhdudlaşdırılması ilə bağlı üçtərəfli müzakirələrdə iştirak etməyəcəyini bildirib. ONA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın bununla bağlı açıqlamasını şərh edən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq deyib.

O bildirib ki, ölkəsinin nüvə potensialı ABŞ və Rusiya ilə müqayisə edilməyəcək dərəcədə aşağı səviyyədədir.

"Çin hökuməti silahlanmaya nəzarətlə bağlı Çinin adını çəkən istənilən ölkəyə qarşıdır və nüvəsizləşmə razılaşması ilə bağlı heç bir üçtərəfli danışıqlarda iştirak etməyəcək. Çin hər zaman nüvə silahlarının tam məhdudlaşdırılmasını və məhv edilməsi ideyasını müdafiə edib və hesab edirik ki, nüvə silahlarına malik olan ölkələr xüsusi məsuliyyət daşıyır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Çin də daxil olmaqla dünyanın üç əsas nüvə ölkələri arasında nüvəsizləşmə ilə bağlı razılaşma məsələsini müzakirə etdiklərini deyib.

Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.

ONA-nın xəbərinə görə, YSK-nin bu gün keçirilən iclasında seçkilərin təkrar keçirilməsinə qərar verilib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.