Son xəbərlər

Fransanın Ruan şəhərində bütün Fransa ictimaiyyətinin, media və hətta yerli millət vəkillərinin müdaxiləsi yerli universitetdə təhsil alan 21 yaşlı Qadir Babayevin deportasiyasına mane olub.

Minval.info virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Le Parisien nəşri yazıb.

Qəzetin yazdığına görə, Qadir Babayev Azərbaycandan 15 il əvvəl-6 yaşında olarkən gəlib. Fransız hakimiyyəti 2004-cü ildən onun yaşamaq üçün sənədinin müddətini daim uzadıb. Gənc azərbaycanlının problemləri bu ilin 31 yanvarında başlanıb. Ruan prefekturası ondan pasportunun surətini tələb edib. Amma həmin vaxt Qadirə aid anasında olan pasport artıq etibarsız olub.

“Baxmayaraq ki, Qadirin əlində başqa-doğum haqqında şəhadətnamə kimi sənədlər var idi, prefektura ondan pasportunu təqdim etməyi tələb etdi, hansı ki, bu gənc insan onu yalnız Azərbaycana qayıdıb orduda xidmət etməklə ala bilərdi. Azərbaycan dilində danışmayan və vətənini qeyri-müəyyən şəkildə xatırlayan bir gənc üçün isə bu ağlasığmaz idi”, – deyə nəşr yazıb.

Nəşr vurğulayıb ki, bir neçə dəfə prefekturaya baş çəkməsi və hətta inzibati məhkəməyə müraciət etməsi belə onun problemlərinin həllinə kömək etməyib. Universitetdə təhsil almaq hüququnu, təqaüdünü və sosial müavinətini itirə biləcəyini başa düşən Qadir, ictimai şəbəkələrdə kömək istəyib.

“Ruanda sosial şəbəkələr hamını-jurnalistləri, siyasətçiləri və sadə vətəndaşları səfərbər etməyi bacardı. Ruanın iki deputatı dərhal gənc azərbaycanlı ilə əlaqə saxladı. Onlar onun problemini öyrəndilər və səylərini dəstəklədilər”,- deyə nəşr yazıb.

Siyasətçilərin və ictimaiyyətin səyləri nəticə verib – Qadir Babayevi prefekturaya çağırıblar və deyiblər ki, ona artıq pasport təqdim etmək lazım deyil, çünki şəxsiyyətini təsdiq etmək üçün doğum haqqında şəhadətnaməsi kifayət edər.

Prefekturiyada Q.Babayevə 4 illik yaşamaq icazəsi almağa imkan verəcək sertifikat da təqdim olunub.

Həmçinin Qadirə, sənədlərlə problemlərə görə məhrum edildiyi 555 avro məbləğində sosial yardım yenidən ödəniləcək.

Fransa Milli Məclisinin Ruandan olan deputatı Demien Adəm deyir ki, Qadir Babayevin nümunəsi göstərir ki, “Fransada inzibati marşrutlar üzrə keçmək nə qədər çətindir”.

Nəşr yazır ki, hazırda Qadir Babayev Fransa vətəndaşlığı almaq üçün lazım olan sənədləri toplayır.

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində əvvəlcə ayaqüstü söhbət ediblər.

Life.ru xəbər verir ki, iki lider sammitin başlanğıcında xatirə fotoları çəkdirib.

Sonra iki ölkənin liderlərinin görüşü başlayıb. Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak edirlər.

Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq.

Türkiyədə yalnız filmlərdə və ya seriallarda rast gəlinən hadisə baş verib.

Musavat.com xəbər verir ki, hadisə qardaş ölkənin mətbuatında gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, Mersin vilayətindəki həbsxanada qəsdən adam öldürmək cinayətindən yatan Murad A. adlı məhkum Hüseyn A. adlı əkiz qardaşı ilə görüşə gedib. Murad qardaşının ona çox bənzəməsindən istifadə edib və onun yerinə keçib.

Mersin şəhərinin Akdeniz rayonunun Çilek məhəlləsindəki E tip qapalı həbsxanada cəzasını çəkən məhkum Murad qaçıb aradan çıxa bilib. Qardaşı Hüseynin həmin adam olmadığını gec fərq edən həbsxana rəhbərliyi dərhal axtarış tədbirlərinə başlayıb.

Şəhərdəki Günəş məhəlləsində bir qohumunun evində gizləndiyi təsbit edilən qaçaq məhkum onu yaxalamaq üçün evə gələn icra məmurlarını gördüyü zaman evdən qaçıb. Ən sonda Murad polisin keçirdiyi əməliyyat nəticəsində ələ keçib.

Məhkumun qardaşı da sonradan həbs olunub.

İrandan Trampa müharibə cavabı — Bizi yox etməyə gücünüz çatmaz














İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verib.
Diplomat “ABŞ-ın İranı yox edə biləcək gücü yoxdur” deyib.

Cavad Zərif Tehranda “CNN” müxbirinin sualını cavablandırarkən Trampın “İranı yox edərik” təhdidini dəyərləndirib. Trampın İran barədə səhv düşündüyünü qeyd edən Zərif “ABŞ İranı yox edə biləcək mövqedə deyil. Qadağan olunmuş silahlardan istifadə etmədən bunu edə biləcək gücləri yoxdur” cavabını verib.
Nazir əlavə edib ki, İran hər hansı bir hücuma qarşı hazırdır:

“Amma biz müharibə və ya münaqişə istəmirik. Tramp XVIII əsrdə yaşamadığımızı və BMT müqaviləsinə əsasən, müharibə təhdidlərinin qeyri-qanuni olduğunu xatırlamalıdır”.
Kardaşyanın Ağ Evdəki pozalarına etiraz

Amerika prezidenti Donald Trampla ikinci dəfə görüşən TV ulduzu Kim Kardaşyanın Ağ Evdə çəkdirdiyi fotolar müzakirələrə səbəb olub. Belə ki, vəkil olmaq həvəsi ilə təcrübəyə başlayan Kardaşyan məhkumlara iş təhsilinin verilməsi mövzusunda keçirilən tədbirə qatılıb. 

“Qafqazinfo” xəbər verir ki, o, sözügedən görüşdə ABŞ Prezidenti ilə bir araya gəlib. Tədbirdə prezidentin qızı İvanka Trampın yanında əyləşən Kim yığıncaqdan iki həftə sonra çəkilən şəkilləri instaqram səhifəsində yayıb. 

Fotolardan biri isə böyük müzakirə və tənqidlərə səbəb olub. Buna səbəb Kardaşyanın vəkilləri Erin Haney və Cesika Ceksonun qarşısında masa üzərində uzanaraq poza verməsidir. 

Bundan sonra tvitter və instaqram paylaşım platformalarında Kimin bu addımına etiraz edilib.

 





 

İran Amerikanın dronunu vurduqdan sonra Fars körfəzində müharibə təhlükəsi qaçılmaz oldu. Əgər söhbət genişmiqyaslı hərbi əməliyyatlardan gedərsə, İsrail zərər görən üçüncü ölkə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazıb. Qeyd olunub ki, İsraildə artıq uzun illərdir bu ssenari üzrə hazırlıq gedir.

Ekspertlərin fikrincə, İsrail İranla münaqişənin əslində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. İsrail Tehrana diplomatik və iqtisadi sanksiyaların artırılmasını dəstəkləsə də, bunun İran üçün dağıdıcı təsiri ola bilər və bu təzyiq hələlik arzuolunan nəticələri vermir.

Qeyd olunur ki, ABŞ-la münasibətlərdəki gərginliyin artması şəraitində Amerikanın müttəfiqi olan İsrailə hücum edilməsi İranın başlıca hərbi əməliyyatlarından biri olacaq. Hər həftə İsraildə məhz həmin mümkün təxribata ən yaxşı cavab vermək məsələsi müzakirə edilir. İsrail müharibə elan etmədən hərəkətə keçə bilər. Çünki ABŞ-la birlikdə artıq çoxdan rəqəmsal müharibə planı hazırlanıb.

Gürcüstan Futbol Federasiyası (GFF) bəzi yerli klublarla həmrəylik göstərərək, onların anti-Rusiya aksiyalarını dəstəkləyib.

“Report” Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu GFF-nin baş katibi David Muciri deyib.

“Bu günə olan vəziyyətə görə, milli liqada iştirak edən komandalardan heç birini sanksiya gözləmir. Bizə nə UEFA-dan, nə də FİFA-dan ərizə daxil olmayıb. Bir daha təsdiq edirəm ki, ötən həftə ərzində gürcü klublarının iştirak etdiyi həmrəylik aksiyası tərəfimizdən tam dəstəklənib”, – deyə David Muciri bildirib.

Daha əvvəl yerli futbol klublarının oyunçuları ölkə çempionatının 19-cu tur matçına anti-Rusiya şüarlarının yazıldığı maykalarla çıxaraq, bu yaxınlarda Tbilisidə baş verən hadisələrdən sonra Rusiyaya münasibətlərini bildiriblər. Maykalarda belə yazılıb: “Biz Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu xatırlayırıq”.

İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gələn CHP lideri Əkrəm İmamoğlu xalqın qarşısına çıxıb. 

“Qafqazinfo”nun məlumatına görə, siyasətçi şəhərdə demokratiya qurub ədaləti bərqərar edəcəyinə dair söz verib.

“Bu gözəl şəhərdə sizə söz verirəm, gələcəyi inşa edəcəyik. Biz nə aldadacağıq, nə də aldanacağıq. Biz bu şəhərə hər kəsi qucağalamağa gəldik. Biz bu şəhərə inanclara sayğı göstərmək üçün gəldik. Biz bu torpaqlarda var olanı xatırlamağa gəldik. Biz Yunus Əmrəni, Mövlanəni, Hacı Bektaşı, Vəlini xatırlamaq üçün gəldik”, – deyə İmamoğlu sözlərinə əlavə edib.

Doğum evindən buraxılandan sonra körpənin süd yeməkdən imtina edib, bütün günü yatdığından narahat olur.

O zaman ana uşağı xəstəxanaya aparır, həkimlər isə qarnında sancı və köp olduğunu, ciddi bir problem görmədiklərini bildirib.

2 həftə sonra isə körpə xırıldamağa, çətin nəfəs almağa başlayır, lakin yenə də həkimlər diaqnozu dəyişməyib.

Medicina.az bildirir ki, İngiltərədə baş verən bu hadisə səhiyyə adına utancverici hadisə kimi mətbuatın diqqətini çəkib.

Ana körpəsinin vəziyyətini ağır olduğunu görüb, təcili yardımla onu yenə həmin xəstəxanaya qaldırır. Lakin orda həkimlər diaqnoz qoya bilmir və uşağın tezliklə öləcəyini deyir.

Həkimlərə inanmayan və qulas asmayan Naomi Smolvud uşağı digər tibb müəssisəsinə israrla aparır.

Həmin xəstəxanada isə həkimlər uşağı dərhal reanimasiyaya qaldırıb, aortanın daralması və ürək problemi diaqnozu qoyurlar.

Həkimlər deyir ki, əgər ananın inadı olmasaydı, uşaq bu gecə öləcəkdi.

Həkimlər 12 günlük körpəni əməliyyata alsalar da, anaya müsbət proqnoz vəd etmədilər. 10 saatlıq əməliyyatdan sonra ağır vəziyyətdə də olsa körpəni həyata qaytarmaq mümkün olur


Azərbaycan dövlətinin banisi Tarixdə elə dühalar yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev Azərbaycanin gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdır. Məhz həmin illərdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, xalqın həyat səviyyəsinin yaxşılaşması üçün bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirilmiş, Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sırasına daxil olmuşdur. Dahi Heydər Əliyev totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, ən qlobal problemləri belə məharətlə həll edərək, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdur. Hələ o vaxtlardan ümummilli liderimizin beynəlxalq aləmdəki, dünya siyasətindəki nüfuzu ilə fəxr edirik. Təsadüfi deyil ki, həmin dövrün tanınmış siyasətçiləri və politoloqları məhz Heydər Əliyevi Sov.İKP MK-nın Baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdülər. "Əlbəttə, imperiya təfəkkürlü siyasi dairələr öz intellektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkan vermədilər. Sovetlər İttifaqının süqutundan sonra ölkədə xaos, özbaşınalıq kulminasiya həddinə çatdığı bir zamanda yenicə müstəqillik qazanmış respublikamızın parçalanmaq, milli dövlətçiliyimizin məhv olmaq təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın arzusu idi. Vətənin dar günündə xalqın xahişi və təkidi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanin tarxinə qızıl hərflərlə yazıldı. Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş xəyanətkarlar bir neçə dəfə dövlət çevrilişinə cəhd edərək öz cinayətkar, xalqın mənafelərinə zidd niyyətlərini həyata keçirmək istəsələr də, buna nail ola bilmədilər. Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Heydər Əliyev ideyaları müqəddəsdir və daim yaşamalıdır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı özünün böyük oğlunu cismən itirdikdən sonra bir daha tam, aydın şəkildə yəqin etdi. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoydu. Ömrünün qalan hissəsini bu müdrik insan həqiqətən də xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkəmizin tərəqqisində və inkişafındakı rolu danılmazdır. Heydər Əliyevin siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi müasir cəmiyyətimizi xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da Cənubi Qafqaz regionunun liderinə çevrilən ölkənizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin etmişdir. Biz daim ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Hetdər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünya miqyaslı siyasi lider idi. Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezidentimizin bu gün həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Bizim də hər birimiz Prezidentin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasətdə öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına və möhkəmlənməsinə nail olacaqdır. 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür. Bu münasibətlə xalqımızı, bütün dünyada yaşayan azərbaycanlıları, türk dünyasını təbrik edirəm və onun davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevə işlərində uğurlar arzulayıram.