Doğum evindən buraxılandan sonra körpənin süd yeməkdən imtina edib, bütün günü yatdığından narahat olur.
O zaman ana uşağı xəstəxanaya aparır, həkimlər isə qarnında sancı və köp olduğunu, ciddi bir problem görmədiklərini bildirib.
2 həftə sonra isə körpə xırıldamağa, çətin nəfəs almağa başlayır, lakin yenə də həkimlər diaqnozu dəyişməyib.
Medicina.az bildirir ki, İngiltərədə baş verən bu hadisə səhiyyə adına utancverici hadisə kimi mətbuatın diqqətini çəkib.
Ana körpəsinin vəziyyətini ağır olduğunu görüb, təcili yardımla onu yenə həmin xəstəxanaya qaldırır. Lakin orda həkimlər diaqnoz qoya bilmir və uşağın tezliklə öləcəyini deyir.
Həkimlərə inanmayan və qulas asmayan Naomi Smolvud uşağı digər tibb müəssisəsinə israrla aparır.
Həmin xəstəxanada isə həkimlər uşağı dərhal reanimasiyaya qaldırıb, aortanın daralması və ürək problemi diaqnozu qoyurlar.
Həkimlər deyir ki, əgər ananın inadı olmasaydı, uşaq bu gecə öləcəkdi.
Həkimlər 12 günlük körpəni əməliyyata alsalar da, anaya müsbət proqnoz vəd etmədilər. 10 saatlıq əməliyyatdan sonra ağır vəziyyətdə də olsa körpəni həyata qaytarmaq mümkün olur