Rusiya paytaxtında baş verən atışma nəticəsində iki nəfər azərbaycanlı ölüb.
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında “Novıye Çeryomuşki” metrostansiyasının yaxınlığında baş verib.
İlkin məlumatlara görə, hadisəni azərbaycanlı əsilli Gürcüstan vətəndaşı 60 yaşlı Rəsul Abdullayev törədib.
Onun açdığı atəş nəticəsində 50 yaşlı digər azərbaycanlı Vaqif Hümbətov ölüb. Daha sonra R. Abdullayev həmin odlu silahla özünü öldürüb.
Qətl hadisəsinin qisas üstündə baş verdiyi məlum olub. Belə ki, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan Rəsul Abdullayevin oğlunun azart oyunlar həvəskarı olduğu və nəticədə külli miqdarda borcunun yığıldığı və bu səbəbdən öldürüldüyü bildirilib.
Qeyd edək ki, ölənlərdən birinin, Vaqif Hümətovun üstündən “The Moscow times” qəzetinə məxsus jurnalist vəsiqəsi tapılıb. Bir müddət sonra “The Moscow times”-in redaksiyasından ştatlarında belə bir əməkdaşın olmadığı bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.