Son xəbərlər

 

Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səbəbi açıqlanıb.

 

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov məlumat verib.

Nazir müavini bildirib ki, 1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur:

“İstehlakçı bunu görmür, qısamüddətli hesablama aparır. Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır. 1 led lampası 6 manatdır, 1 közərmə lampası 60 qəpikdir. Amma vətəndaş uzunmüddətli hesablama aparmır. Buna görə biz müdaxilə etməyə qərar vermişik. Bu müdaxilənin nəticəsi 1 ildə 30 milyon kub metr qaza qənaət deməkdir. Bu, Naxçıvanın 2 ay qazla təmin olunması deməkdir”.

Qeyd edək ki, yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək. Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

03 Mart 2025 Hava limanında qanunsuz taksi fəaliyyəti göstərənlər saxlanıldı
03 Mart 2025 Trampdan Ukrayna açıqlaması: Sabah böyük gecə olacaq
03 Mart 2025 Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir
03 Mart 2025 Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
03 Mart 2025 Qərb Putini belə dayandıra bilər - Zelenski
03 Mart 2025 Şolts “axsaq ördək” kimi görünür – KİV
03 Mart 2025 Vens tətilə getdi, “Milli rüsvayçılıq”la qarşılandı
03 Mart 2025 Abdullayev Ağ Ev qalmaqalından nələr yazdı
03 Mart 2025 Azərbaycanda uşaqlara qoyulan adlar: Milan, Marsel…
03 Mart 2025 Nazir etimad qazanmadı, Zərif istefa verdi – İranda böhran
03 Mart 2025 Zelenski ingilis dilindən imtina etdi
03 Mart 2025 ABŞ-dan Avropaya: Əlimizdə alətsiniz!
03 Mart 2025 PKK Öcalanın çağırışına əməl etməsə... – Ankaranın planı
03 Mart 2025 Soyuqlar bitdi: temperatur 14 dərəcəyə qalxır
03 Mart 2025 İçərişəhərdə elektrik kabelində partlayış baş verdi - Video
03 Mart 2025 Avropanın yalnız bir yolu var – Tramp buna razılaşacaq
03 Mart 2025 Mirşahin Ağayevə ağır itki üz verdi
25 Fevral 2025 Bakıda Ticarət Palatasının nümayəndəliyi açılacaq - Şərif
25 Fevral 2025 Trüdo Kiyevdə: 3,5 milyard dollar yardım, üstəlik…
25 Fevral 2025 Putin Zelenskinin əsas rəqibinin adını çəkdi
25 Fevral 2025 Ərdoğanın təklifini Rusiya bu cür rədd etdi
25 Fevral 2025 Ukrayna ərazilərinin bir hissəsini geri alacaq? - Tramp
25 Fevral 2025 Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür!
25 Fevral 2025 Prezident göstəriş verdi: Aprelin əvvəlinə hazır olsun!
25 Fevral 2025 Ukraynaya qayıtmaq istəyənlərin sayı... - Leyen açıqladı
24 Fevral 2025 Portağal tortu resepti - Qışda hazırlanacaq ideal desert
24 Fevral 2025 ABŞ İstanbul razılaşmasını yenidən masaya qaytarır
24 Fevral 2025 Conson: Zelenskinin yerində Çörçill olsaydı…
24 Fevral 2025 Aslanov yeni departament yaratdı: Rəis təyin etdi
24 Fevral 2025 AB Rusiyaya 16-cı sanksiyalar paketini təsdiqlədi