Son xəbərlər

 

Bu müharibənin ilk günündən mən iki ən yaxın xalqdan danışmışdım.

Ruslar və ukraynalılar - ukraynalılara və ruslara qarşı. Dəhşətli itkilərdir. Amma ogünkü görüş dünyanın bütün siyasətçiləri üçün tamamilə göstərici idi. Dövlət xadimi öz xalqının, ölkəsinin yaxşılığını düşünməyə, emosiyaya qapılmamağa borcludur.

Axar.az xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisəsi ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.

“Yadınıza salın, Paşinyan prezidentimizlə söhbətində necə həyasızcasına “Qarabağ Ermənistandır, nöqtə” demişdi. Ona necə cavab verilməli idi? Qışqırmaq? Danışıqları dayandırmaq? İlham Əliyev necə diplomat olduğunu bütün dünyaya göstərdi. Bəs torpaqlarımızın beşdə birini zəbt etmiş rəzil Köçəryanla Heydər Əliyevin ünsiyyəti asan idimi? Stalin həqiqətən Hitlerlə danışıqlar aparmaq istəyirdi? Başa düşmürdü ki, manyakın məqsədi şərq torpaqlarıdır? Amma hər şeyə rəğmən, o, müharibəni təxirə salmaq istəyirdi. Lazım olanda Mustafa Kamal Atatürk Rusiyada bolşeviklərlə müqavilə bağlayaraq pul və silah aldı.

Belə yüzlərlə misal çəkmək olar. Ərdoğan və Putin rus pilotun ölümündən sonra da yenidən razılığa gələ bildilər. Müharibə zamanı Rusiya helikopteri vurulanda rəhbərlərimiz necə də ağıllı davranırdılar.

Mən Ukraynanı çox sevirəm. Bu ölkədə milyonlarla oxucum var. Amma Zelenskinin özünü itirməyə haqqı yox idi. Hətta “onun kostyumu varmı” kimi istehzalı suala cavab verməklə vəziyyəti hiss etməli idi. O, orijinal zarafat edə bilərdi. Amma heç kimlə mübahisə etməməli idi. Çox böyük təəssüf. Dövlət adamı öz məsuliyyəti haqqında düşünməlidir.

Bəzən jurnalistlərimizə, blogerlərimizə sadəcə heyrətlənirəm. Mən diplomat deyiləm, siyasətçi də deyiləm. Amma bir erməni “ekspert” rus kanalında həyasızcasına mənə deyəndə ki, biz onları heç vaxt məğlub edə bilməyəcəyik, çünki onlar döyüşçü xalqdır, azərbaycanlılar isə alverçi xalqdır, onda Şuşada ölmüş qardaşımı yadıma salıb, qarşımdakını söyməli idim? Qalmaqal yaratmalı idim? Mən ona cavab verdim ki, bizi zaman mühakimə edəcək və müharibənin necə bitəcəyini görəcəyik. Bunun necə bitdiyini hamı bilir”, - Abdullayev bildirib.

03 Mart 2025 Hava limanında qanunsuz taksi fəaliyyəti göstərənlər saxlanıldı
03 Mart 2025 Trampdan Ukrayna açıqlaması: Sabah böyük gecə olacaq
03 Mart 2025 Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir
03 Mart 2025 Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
03 Mart 2025 Qərb Putini belə dayandıra bilər - Zelenski
03 Mart 2025 Şolts “axsaq ördək” kimi görünür – KİV
03 Mart 2025 Vens tətilə getdi, “Milli rüsvayçılıq”la qarşılandı
03 Mart 2025 Gələn ildən bu lampalara qadağa qoyulacaq - Səbəb
03 Mart 2025 Azərbaycanda uşaqlara qoyulan adlar: Milan, Marsel…
03 Mart 2025 Nazir etimad qazanmadı, Zərif istefa verdi – İranda böhran
03 Mart 2025 Zelenski ingilis dilindən imtina etdi
03 Mart 2025 ABŞ-dan Avropaya: Əlimizdə alətsiniz!
03 Mart 2025 PKK Öcalanın çağırışına əməl etməsə... – Ankaranın planı
03 Mart 2025 Soyuqlar bitdi: temperatur 14 dərəcəyə qalxır
03 Mart 2025 İçərişəhərdə elektrik kabelində partlayış baş verdi - Video
03 Mart 2025 Avropanın yalnız bir yolu var – Tramp buna razılaşacaq
03 Mart 2025 Mirşahin Ağayevə ağır itki üz verdi
25 Fevral 2025 Bakıda Ticarət Palatasının nümayəndəliyi açılacaq - Şərif
25 Fevral 2025 Trüdo Kiyevdə: 3,5 milyard dollar yardım, üstəlik…
25 Fevral 2025 Putin Zelenskinin əsas rəqibinin adını çəkdi
25 Fevral 2025 Ərdoğanın təklifini Rusiya bu cür rədd etdi
25 Fevral 2025 Ukrayna ərazilərinin bir hissəsini geri alacaq? - Tramp
25 Fevral 2025 Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür!
25 Fevral 2025 Prezident göstəriş verdi: Aprelin əvvəlinə hazır olsun!
25 Fevral 2025 Ukraynaya qayıtmaq istəyənlərin sayı... - Leyen açıqladı
24 Fevral 2025 Portağal tortu resepti - Qışda hazırlanacaq ideal desert
24 Fevral 2025 ABŞ İstanbul razılaşmasını yenidən masaya qaytarır
24 Fevral 2025 Conson: Zelenskinin yerində Çörçill olsaydı…
24 Fevral 2025 Aslanov yeni departament yaratdı: Rəis təyin etdi
24 Fevral 2025 AB Rusiyaya 16-cı sanksiyalar paketini təsdiqlədi