Son xəbərlər

 

Abdullah Öcalanın tərk-silah çağırışına PKK əməl etməkdən imtina edəcəyi təqdirdə Ankara ətraflı fəaliyyət planı hazırlayır.

 

Axar.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Qəndil düşərgəsində yerləşən silahlılar silahı yerə qoymasa, bu, onların Öcalana sədaqətini şübhə altına alacaq:

“Belə olan halda o, PKK-nın artıq onun rəhbərliyinə tabe olmadığını və xarici dövlətlərin maraqlarından çıxış etdiyini bildirərək, ictimaiyyət qarşısında təşkilatdan uzaqlaşa bilər”.

Qeyd olunub ki, PKK daha əvvəl İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən Öcalanın çağırışına cavab olaraq atəşkəs elan etmişdi:

“Lakin “partiya” israr edir ki, özünü ləğv etmək barədə yekun qərar yalnız liderin şəxsi iştirakı ilə qurultayda verilə bilər. Ankara qrupun tam və qeyd-şərtsiz tərk-silah edilməsində israrlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prosesi ləngitmə cəhdlərinin razılaşmaların pozulması kimi qiymətləndiriləcəyini, bu halda PKK-ya qarşı hərbi əməliyyatların yenidən başlayacağını vurğulayıb”.

Nəşr bildirib ki, Türkiyə artıq bu prosesin həyata keçirilməsi üçün müddət və mexanizmləri müəyyən edib:

“Yaxın iki-üç ay ərzində vəziyyətə nəzarət olunacaq. PKK tərk-silahla razılaşarsa, silahların ötürülməsi sxemi hazırlanacaq, onlar Türkiyə və İraq hakimiyyət orqanlarına verilə, həmçinin Türkiyə və Suriya administrasiyasının nəzarəti altında Suriyada xüsusi ayrılmış zonalara yerləşdirilə bilər”.

03 Mart 2025 Hava limanında qanunsuz taksi fəaliyyəti göstərənlər saxlanıldı
03 Mart 2025 Trampdan Ukrayna açıqlaması: Sabah böyük gecə olacaq
03 Mart 2025 Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir
03 Mart 2025 Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
03 Mart 2025 Qərb Putini belə dayandıra bilər - Zelenski
03 Mart 2025 Şolts “axsaq ördək” kimi görünür – KİV
03 Mart 2025 Vens tətilə getdi, “Milli rüsvayçılıq”la qarşılandı
03 Mart 2025 Gələn ildən bu lampalara qadağa qoyulacaq - Səbəb
03 Mart 2025 Abdullayev Ağ Ev qalmaqalından nələr yazdı
03 Mart 2025 Azərbaycanda uşaqlara qoyulan adlar: Milan, Marsel…
03 Mart 2025 Nazir etimad qazanmadı, Zərif istefa verdi – İranda böhran
03 Mart 2025 Zelenski ingilis dilindən imtina etdi
03 Mart 2025 ABŞ-dan Avropaya: Əlimizdə alətsiniz!
03 Mart 2025 Soyuqlar bitdi: temperatur 14 dərəcəyə qalxır
03 Mart 2025 İçərişəhərdə elektrik kabelində partlayış baş verdi - Video
03 Mart 2025 Avropanın yalnız bir yolu var – Tramp buna razılaşacaq
03 Mart 2025 Mirşahin Ağayevə ağır itki üz verdi
25 Fevral 2025 Bakıda Ticarət Palatasının nümayəndəliyi açılacaq - Şərif
25 Fevral 2025 Trüdo Kiyevdə: 3,5 milyard dollar yardım, üstəlik…
25 Fevral 2025 Putin Zelenskinin əsas rəqibinin adını çəkdi
25 Fevral 2025 Ərdoğanın təklifini Rusiya bu cür rədd etdi
25 Fevral 2025 Ukrayna ərazilərinin bir hissəsini geri alacaq? - Tramp
25 Fevral 2025 Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür!
25 Fevral 2025 Prezident göstəriş verdi: Aprelin əvvəlinə hazır olsun!
25 Fevral 2025 Ukraynaya qayıtmaq istəyənlərin sayı... - Leyen açıqladı
24 Fevral 2025 Portağal tortu resepti - Qışda hazırlanacaq ideal desert
24 Fevral 2025 ABŞ İstanbul razılaşmasını yenidən masaya qaytarır
24 Fevral 2025 Conson: Zelenskinin yerində Çörçill olsaydı…
24 Fevral 2025 Aslanov yeni departament yaratdı: Rəis təyin etdi
24 Fevral 2025 AB Rusiyaya 16-cı sanksiyalar paketini təsdiqlədi