![]() |
![]() |
Bu gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.
Axar.az Nyus24.az-a istinadən xəbər verir ki, şahidlər partlayışların qısa fasilələrlə baş verdiyi və qısa müddətlik tüstülənmə müşahidə edildiyini bildiriblər.
Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, elektrik naqillərindəki nasazlıq və ya həddindən artıq yüklənmə partlayışlara səbəb ola bilər.