Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir.

Namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib.

DİM-dən Axar.az-a verilən məlumata görə, mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Çox təəssüf ki, 27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub. Bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növ imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış və həmin şəxslər məsuliyyətə cəlb edilmişdir.

Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.

11 Noyabr 2024 Neftçalaya 66 milyon dollar ayrıldı
07 Noyabr 2024 Kursu bitirən hərbiçilərimiz mükafatlandırıldı - Video
07 Noyabr 2024 Sabah leysan olacaq
06 Noyabr 2024 Bakının bu rayonunda 1 saat işıq olmayacaq
05 Noyabr 2024 Rusiya İsrailin bu addımını kəskin qınadı
05 Noyabr 2024 İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir
05 Noyabr 2024 Zəfər Günü münasibəti ilə atəşfəşanlıq olacaq
05 Noyabr 2024 Bakıda yağış, Şahdağda isə qar yağır - Faktiki hava
05 Noyabr 2024 Talış və Suqovuşandan yeni – Video
05 Noyabr 2024 Bakıda aksiz markasız siqaretlər satılır - Rəsmi açıqlama
05 Noyabr 2024 Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq
28 Oktyabr 2024 Bərdə terrorundan 4 il ötür
26 Oktyabr 2024 Yollarda hərəkət istiqaməti dəyişdirildi - Sürücülərə müraciət
26 Oktyabr 2024 Axşam leysan yağacaq
26 Oktyabr 2024 COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...
26 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
26 Oktyabr 2024 Gürcüstanda qutuya topa bülleten atıldı - Video
25 Oktyabr 2024 Bəzi dərmanlar ƏDV-dən azad olunur - DVX
25 Oktyabr 2024 Növbəti demarkasiya hansı ərazilərdə olacaq?
25 Oktyabr 2024 Sabah yağış və qar yağacaq
25 Oktyabr 2024 Bakıda bu dönərxana bağlandı
25 Oktyabr 2024 ABŞ Rusiyanı Bakı vasitəsilə necə xilas etdi? - Foto
24 Oktyabr 2024 Sumqayıtın bu ərazilərində 2 saat işıq olmayacaq
24 Oktyabr 2024 AYNA-dan "Bakıkart"la bağlı xəbərdarlıq
24 Oktyabr 2024 Bakıya leysan yağacaq, temperatur 6 dərəcə düşəcək
23 Oktyabr 2024 COP29-la bağlı nəqliyyatın hərəkəti dəyişdirilir
23 Oktyabr 2024 Bakı metrosu gücləndirilmiş rejimə keçir
23 Oktyabr 2024 Bu ay ən çox yağıntı hansı əraziyə düşüb?
22 Oktyabr 2024 Faktiki hava: Bu ərazilərdə yağış kəsdi
22 Oktyabr 2024 Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq