İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən COP-29-dan gözləntilərini açıqlayıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, İSESKO-nun Baş direktoru COP29-dan çox gözləntiləri olduğunu açıqlayıb.
“Gözləntilərimiz ondan ibarətdir ki, dünya su ehtiyatlarının idarə edilməsi məsələlərini və bir çox başqa problemləri həll etmək üçün bir araya gəlir. Ümid edirəm ki, ətraf mühiti qorumaq üçün hamının imzalayacağı, üzv dövlətlərin və ya ölkələrin dəstəkləyəcəyi bir bəyannamə hazırlayacağıq”, – deyə o əlavə edib.