Azərbaycana və COP29-a xoş gəlmisiniz.

Mən burada iştirak edən ölkələrin təmsilçilərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə çox təşəkkür edirəm. Biz təkcə Azərbaycanın qonaqpərvərliyini deyil, həm də zəngin təbiətini nümayiş etdirmək istəyirik.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29-un açılış mərasimində bildirib.

Muxtar Babayevin sözlərinə görə, ətraf mühit proqramı onu deməyə əsas verir ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb:

“Bu isə fəlakətdən xəbər verir. Müxtəlif kontinentlərdə insanlar bu problemdən əziyyət çəkir. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir. Bizim bu sahədə planımız ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsindən ibarətdir. Maliyyələşmə sahəsində ambisiyalılığı artıra və əlavə maliyyə vəsaiti cəlb edə bilərik. Burada əsas məsələ kollektiv səylərin artırılmasından ibarətdir. Yeni müəyyənləşdiriləcək səylər özündə daha effektiv nəticələri ehtiva etməlidir. Burada söhbət 100 milyardlarla dollardan gedir. Bizim yekun qərar qəbul etməyimiz üçün 11 günümüz var. Biz başa düşürük ki, danışıqlar heç də asan olmayacaq, amma biz konfransın əsas məqsədinə nail olmalıyıq. Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir. Sabah qənaət etmək üçün bu gün investisiya cəlb etməliyik. Daha bir məsələ 6-cı maddə üzrə razılığın əldə olunmasıdır. Düşünürəm ki, COP29-da irəli addımların atılması üçün kifayət qədər fürsətlər yaranacaq. Burada təkcə maliyyələşmə yox, həm də insan həyatını xilas edəcək texnologiyaların ehtiyacı olan dövlətlərə təqdim edilməsi də mühüm rol oynayır. Məhz belə olduqda əsas məqsədimizə çata biləcəyik. Unutmamalıyıq ki, bu, bizim sonuncu fürsətimizdir".

14 Noyabr 2024 İlham Əliyev Məhəmməd Yunusla görüşdü
14 Noyabr 2024 Dubay şokoladı xərçəngə səbəb olur – Karataydan şok
14 Noyabr 2024 Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
14 Noyabr 2024 ABŞ çıxsa, Rusiya girəcək: Türkiyənin tək yolu... - Dürrə
11 Noyabr 2024 COP29 Gənc Liderlik Forumu keçirildi
11 Noyabr 2024 Nepal prezidenti COP29-dan əsas gözləntilərini açıqladı
11 Noyabr 2024 Antonio Quterreş Bakıya gəldi
11 Noyabr 2024 İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü
11 Noyabr 2024 Yaponiyanın yeni baş naziri bəlli oldu
11 Noyabr 2024 Alimlərin şok araşdırması: Türklər bu xalqla qohumdur!
08 Noyabr 2024 Robotun çəkdiyi şəkil fantastik qiymətə satıldı
08 Noyabr 2024 Azərbaycan XİN-dən Fransaya çağırış
08 Noyabr 2024 Cavan getmişdik, qoca qayıtdıq... - Video
08 Noyabr 2024 Husilər hipersəs raketi ilə İsrail bazasını vurdu
08 Noyabr 2024 Rusiya və Ukrayna ombudsmanları görüşdü
08 Noyabr 2024 Bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır - Əliyev
08 Noyabr 2024 COP29 gec yekunlaşa bilər - Anar Ələkbərov
08 Noyabr 2024 Hər an yeni təxribata hazır olmalıyıq - Prezident
08 Noyabr 2024 Maduro Putini Ronaldo ilə müqayisə etdi
08 Noyabr 2024 COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı - Foto
08 Noyabr 2024 Mirziyayevdən Əliyevə: Bundan qürur duydum
08 Noyabr 2024 Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşdü - Foto
08 Noyabr 2024 Amerikada göyərçin dronlar yaradıldı
08 Noyabr 2024 Ermənistanı yeni müharibəyə təhrik edirlər - Prezident
08 Noyabr 2024 Bayden oğlunu bağışlamayacaq - Ağ Ev
08 Noyabr 2024 Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər
08 Noyabr 2024 Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il ötür
08 Noyabr 2024 Uca Tanrı Azərbaycanımızı daim qorusun - Əliyeva
08 Noyabr 2024 Barış Mançonu o, canlandıracaq - FOTO
08 Noyabr 2024 "Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü