Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlim dəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir.

 

Axar. az xəbər verir ki, Trend-ə müsahibəsində Nepal Prezidenti Ram Çandra Paudel dayanıqlı inkişafa baxışını, adaptasiya yollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərini bölüşüb.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bu gün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

"İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşər tarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondan ibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkı iqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, bu əsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlim böhranının ortasındadır və biz hamımız bunun nəticələrini yumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədar olaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal “Yaşıl Dünya üçün Həmrəylik” prinsipinə uyğun olan yol xəritəsi üzərində COP Üçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadə edir", - deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepala öz mövqeyini təqdim etmək üçün bir fürsətdir:

“Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dair mövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dan texnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciət etməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar 200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyük ziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışı olmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!”

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qar əriyir:

"Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağı axınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başa düşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobal problemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətli Himalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksək həssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir. Nepal həmçinin iqlimlə bağlı mövcud problemlərin həllində məhdud resurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepal artıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədər mənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyi hədəflərinə doğru getməyə başlayıb".

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədər meşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıq nail olunub:

"Buna görə də Nepalın hazırda səxavətli dəstəyə, eləcə də Nepalın iqlimə davamlı gələcəyə keçidi potensialını artırmaq üçün qabaqcıl texnoloji "nou-hau"ya ciddi ehtiyacı var. Bu fonda “maliyyə konfransı” olaraq da adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlim dəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yolu ilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir. Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvan şəkildə paylanacağını gözləyirik".

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təmin edilməsi

Paudel hesab edir ki, iqlim dəyişikliyinə ən həssas olan kiçik və resurs baxımından yoxsul ölkələr iqlim ədalətinə layiqdirlər.

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Paudel qeyd edib ki, Nepal Azərbaycanın təklif etdiyi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması ideyasına müsbət yanaşır:

"Hesab edirik ki, məqsədlərimizə çatmaq üçün vəsaitin səmərəli bölüşdürülməsi vacibdir. Mən istərdim ki, fondun mexanizmi sadə, asan əlçatan, həssas ölkələrin prioritetləri və ehtiyaclarına uyğun olsun".

"Yaşıl" enerjinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri

Paudel bildirib ki, Nepal və Azərbaycan arasında "yaşıl" enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri var:

"İki ölkə xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və təbii ehtiyatların işlənilməsi sahəsində təcrübə mübadiləsi apara bilər. Nepal hazırda təmiz enerji istehsalı və istifadəsində yaxşı nəticələr əldə etdiyi üçün öz təcrübəsini Azərbaycanla bölüşə bilər. Eynilə Azərbaycan təbii sərvətlərdən - əhəngdaşı, mis filizləri, sink, dəmir və s. uğurla istifadə edir. Onun bu sahələrdə təcrübəsi bu təbii sərvətlərə sahib olan Nepala çox kömək edə bilər. Bu cür ikitərəfli öhdəliklər bilik və texnologiyanın ötürülməsi ilə birlikdə əməkdaşlığın digər sahələrində onları bir-birinə daha da yaxınlaşdıra bilər".

14 Noyabr 2024 İlham Əliyev Məhəmməd Yunusla görüşdü
14 Noyabr 2024 Dubay şokoladı xərçəngə səbəb olur – Karataydan şok
14 Noyabr 2024 Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
14 Noyabr 2024 ABŞ çıxsa, Rusiya girəcək: Türkiyənin tək yolu... - Dürrə
11 Noyabr 2024 COP29 Gənc Liderlik Forumu keçirildi
11 Noyabr 2024 Antonio Quterreş Bakıya gəldi
11 Noyabr 2024 İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü
11 Noyabr 2024 Yaponiyanın yeni baş naziri bəlli oldu
11 Noyabr 2024 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
11 Noyabr 2024 Alimlərin şok araşdırması: Türklər bu xalqla qohumdur!
08 Noyabr 2024 Robotun çəkdiyi şəkil fantastik qiymətə satıldı
08 Noyabr 2024 Azərbaycan XİN-dən Fransaya çağırış
08 Noyabr 2024 Cavan getmişdik, qoca qayıtdıq... - Video
08 Noyabr 2024 Husilər hipersəs raketi ilə İsrail bazasını vurdu
08 Noyabr 2024 Rusiya və Ukrayna ombudsmanları görüşdü
08 Noyabr 2024 Bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır - Əliyev
08 Noyabr 2024 COP29 gec yekunlaşa bilər - Anar Ələkbərov
08 Noyabr 2024 Hər an yeni təxribata hazır olmalıyıq - Prezident
08 Noyabr 2024 Maduro Putini Ronaldo ilə müqayisə etdi
08 Noyabr 2024 COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı - Foto
08 Noyabr 2024 Mirziyayevdən Əliyevə: Bundan qürur duydum
08 Noyabr 2024 Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşdü - Foto
08 Noyabr 2024 Amerikada göyərçin dronlar yaradıldı
08 Noyabr 2024 Ermənistanı yeni müharibəyə təhrik edirlər - Prezident
08 Noyabr 2024 Bayden oğlunu bağışlamayacaq - Ağ Ev
08 Noyabr 2024 Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər
08 Noyabr 2024 Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il ötür
08 Noyabr 2024 Uca Tanrı Azərbaycanımızı daim qorusun - Əliyeva
08 Noyabr 2024 Barış Mançonu o, canlandıracaq - FOTO
08 Noyabr 2024 "Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü