Baş nazir Benyamin Netanyahu Livanda yüzlərlə peycer partlayışına səbəb olan əməliyyatda İsrailin iştirak etdiyini ilk dəfə etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Ömər Dostri “Frans Press”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Netanyahu Hizbullah hərəkatının üzvlərinə qarşı əməliyyatı təsdiqləyib.
Qeyd edək ki, Livanda peycerlərin kütləvi partlaması 17-18 sentyabr 2024-cü il tarixlərində baş vermiş və ümumilikdə 879 nəfər ölmüş, 4500 nəfər yaralanmışdı.