Bakı Nəqliyyat Agentliyi 36 və 104 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemini dəyişdirib.
BNA-dan Axar.az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin Abbas Fətullayev küçəsinin Mərkəzi küçə ilə kəsişməsindən Köhnə Günəşli qəsəbəsinin İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.