Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu gün dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı müqavilə bağlayıb.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, məbləği 47 min 881 manat 50 qəpik olan müqavilə A4 Plaza MMC ilə imzalanıb. Kotirovka sorğusu əsasında bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 2013-cü ilin oktyabrın 17-də yaradılan A4 Plaza MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau, ev 18A, m 11-dir, qanuni təmsilçisi isə Elşən Abbasəli oğlu Məmmədovdur.
06.05.2019 tarixindən indiyə kimi şirkətlə 81 satınalma müqaviləsi bağlanılıb ki, bunlardan da 63-nü səhiyyə müəssisələrinin keçirdiyi satınalmalar təşkil edib.