Son xəbərlər

 
Yağ adı altında yediyimiz kimyəvi qatqılarMarketlərdə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Qiyməti də 1 litri 2-3 manat. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?

"Ölkə.Az" xəbər verir ki, mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB sədri: "Adətən əmtəə bazarına çox yaxşı bir brend kimi girirlər. İstehlakçının necə deyərlər simpatiyasını qazanırlar. Sonra onun saxta variantlarını distribütorlar özləri gətirirlər. Neçə illərdir biz bunu müşahidə edirik. Azad istehlakçılar birliyinin təsiri ilə bəzi yağlar hətta satışdan çıxarılıb artıq. Ərəb əmirliklərindən gətirilən".

Sakin: "1 kq günəbaxanı əkmək üçün xeyli miqdarda əkin sahəsi lazımdır. Bəs onun bazarda kilosu neçəyədir? Neçə kiloqramdan 1 litr yağ almaq olar? Şübhəlidir ki, o günə baxan yağı deyil".

İsa Əliyev - Qida mühəndisi: "Çox ucuz qiymətə yağlar satılır ki, onların mənşəyi heç bir şəkildə bəlli deyil.  Adını qoyurlar günəbaxan yağı və yaxud da qarğıdalı yağı, amma içində soya yağı var, palma yağı var və yaxud da pambıq yağı var. Bu bitkisəl yağlar günəbaxan, qarğıdalı yağından daha az qida dəyəri olan yağlardır".

Mövzu ilə bağlı sözügedən yağların satışını həyata keçirən supermarketlərin nümayəndələri danışmaq istəmədilər. Ona görə də, əsasən Rusiya və Türkiyə istehsalı olan bu yağların idxalçı şirkətlərini axtarmaq qərarına gəldik.

Eyyub Hüseynov - AİB sədri: "2 il öncə Rusiyadan idxal olunan yağın ekspertizasını keçirtdik. Məlum oldu ki, o heç də üzərində yazıldığı kimi qarğıdalı yağı deyil. Digər yağların qarışığıdır. Bir sözlə yağ bazarı həddindən artıq çirklənmiş bir bazardır. İstehlakçının əlbəttə hüquqları pozulur".

İsa Əliyev - Qida mühəndisi:  "Ekonomik seqmentə necə hakim olma müharibələri gedir. Yəni daha ucuz malı mən bazara daxil edəcəm, o məhsula günəbaxan yağının aromasını vuracam, qarğıdalı yağının aromasını vuracam. Biraz rəngləndirəcəm, orijinalına yaxın gösərəcəm və insanlara daha ucuz yağ satacam".

Ucuz ətin şorbası olmadığı kimi, ucuz yağın da keyfiyyətinə əsaslı şübhələr var. Amma yenə də seçim alıcılarındır...

25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər