Bunu “Ölkə.Az” a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov Azərbaycan Prezidentinin aprelin 14-də 2020-ci ilin birinci rübünün yekunların həsr olunmuş müşavirə haqqında mövqeyini aşıqlayarkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, tövsiyyələr koronavirus pandemiyası, həm də postpandemiya dövründə ölkəmizdə həyata keçirilən tədbirlər istiqamətində atılan və atıacaq addımlarının “yol xəritəsi” kimi dəyərləndirilməlidir. “Ölkə başçısının çıxışı bir göstərdi ki, səmərəli dövlət idarəçiliyi istənilən problemin öhdəsindən alyiqincə gəlməyə imkan verir. Məhz xalqın maraqlarına xidmət edən səmərəli dövlət idarəçiliyi nəticəsində istənilən böhrandan minimal itkilərlə çıxmaq olar. Neəc ki, biz Azərbaycan prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi timsalına şahidi oluruq. Biz təkcə ölkə rəhbərliyinin koronavirus pandemiyası dövründə deyil, bundan öncə baş verən qlobal maliyyə-iqtisadi böhran zamanı şahidi olmuşuq. O zamanda cənab Prezidentin çevik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan minimal itkilərlə vəziyyətdən çıxaraq, növbəti inkişaf mərhələsinə qədəm qoyub. Koronavirus pandemiyasının ilk günlərindən etibarən Prezident və Birinci vitse-prezident proseslərə zamanında çevik reaksiya verərək, tapşırığı əsasında infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, az itkilərlə vəziyyətdən çıxmaq istiqamətində ciddi tədbilər planı hazırlanaraq həyata keçirildi.
Məhz görülən məqsədyönlü və zəruri tədbrilər nəticəsində vəziyyəti nəzarətə götürmək oldu. Əks halda ölkə başçısının da söylədiyi kimi zamanında bu işlər görülməsəydi vəziyyət faciəvi şəkil alardı. Görülən təbrilər nəticəsində həm koronavirus pandemiyasının yayılmasının qarşıaının alınması, həm bunun nəticəsində insanlara, ölkə iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılması istiqamətində addımlar atıldı. Ölkə ba.çısının tapşırığına əsasən sosial paket hazırlandı. Sosial paketə uyğun olaraq ölkədə iqtisadi fəallığın, makroiqtisadi sabitliyin qorunmasına, sosial dəstəyə ehtiyacı olan şəxslərə dövlət dəstəyi göstərilməyə başlanıldı.Sosial paket 1,9 milyondan çox insanın sosial müdafiəsinə yönəldilib. Bu məqsədlə dövlət büdcəsindən ilkin olaraq, 2,5 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsait hesabəna eyni zamanda sahibkarlıq subyektlərinə öz iqtisadi fəallıqlarını bərpa etdirilməsi üçün dövlət dəstəyi proqramı da hazırlanıb”- deputat qeyd edib.
Deputat bildirib ki, dövlətin əsas məqsədlərindən biri iqtisadi dayanıqlılığın qorunub saxlanması, işsizlik probleminin yaranmaması, məşğulluq məsələlərinə böyük diqqət yetirilir və bu məsələ harınana tədbrilər planında öz əksini tapıb: “Bu məqsədlə büdcədən 2,5 milyard manat vəsait ayrılıb. Ayrılan vəsait qeyri-neft sektorunun, sahibkarlığın və özəl sektorun inkişafına yönəldiləcək. Bununla da iqtisadi aktivliyi qoruyub saxlamaqla postpandemiya dövrünə hazırlıq işləri görülür. Məqsəd postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi olacaq. Bu çətin dövrdə dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Postkorona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq”.
Deputat əlavə edib ki, ölkə iqtisadiyyatına koronavirus pandemiyasənın mənfi təsirlərinin qısa zamanda və az iki ilə çıxarmaq üçün böyük imkanlar mövcuddur: “2020-ci ilin ilk 3 ayındakı iqtisadi göstəricilər bunu deməyə əsas verir. Belə ki, Ümumi Daxili Məhsul 3 faizə yaxın, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Ölkə başçısının dediyi kimi əgər koronavirus olmasaydı artım daha da böyük ola bilərdi. Pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacağı bəlli deyil. Buna baxmayaraq Azərbaycan ölkə rəhbərliyi bütün variantlara uyğun olaraq planlar hazırlayıb. Bütün bu tədbirlər bizi arxayın edir ki, cənab Prezident və Birinci vitse-prezidentin liderliyi altında hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf etməyə davam edəcək”.
Birinci vitse-prezident bildirib.
Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!
Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı
1. “AS Qrup İnvestment” şirkəti
2. Azərbaycan İdman Jurnalistləri Federasiyası
3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi
4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi
9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
11. Azərbaycan Respublikasının Milli Məclisi
12. “AzərEnerji” ASC
13. “Azərişıq” ASC
14. Azərkosmos” ASC
15. “AzərGold” QSC
16. Bakı Şəhər İcra Hakimiyyəti
17. Bakı Nəqliyyat Agentliyi
18. City Hospital
19. Ege Hospital
20. Dövlət Dəniz Agentliyi
21. Heydər Əliyev Fondu
22. Heydər Əliyev Mərkəzi
23. “Kontakt Home” mağazalar şəbəkəsi
24. “Sağlam Ailə” Tibb Mərkəzi
25. “Rahat” supermarketlər şəbəkəsi
26. “Referans Medical Group”
27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi
President.az saytı bu məktubların daha bir neçəsini təqdim edir.
Daşkəsən rayonu, Bayan kənd sakinləri Firdovsi Rəcəbov, Bayraməli Orucov, Sakit Əhmədov bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edib:
"Möhtərəm cənab Prezident, yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcəkdir. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk".
Bakı şəhəri, Xətai rayonundan Hüseyn Hüseynov məktubunda Prezident İlham Əliyevin iradəsi ilə dövlətimizin qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacağına inandığını bildirib:
"Zati-aliləri, möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.
Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.
Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun".
Bakı şəhəri, Suraxanı rayonundan Sədaqət Manafova, İsmayıl Caniyev, Şahin Qəzənfərov, Rövşən Cabbarov, Zaur Məmmədovxanov və Validə Abdullayeva isə məktubda yazırlar:
"Hörmətli cənab Prezident, son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib. İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək. Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!".
Bakı şəhəri, Nəsimi rayonundan Zinyət Əhmədova yazır ki, Prezident İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olaraq onun sevincinə də, kədərinə də şərik çıxdığını vurğulayıb:
"Möhtərəm Prezident, hazırda planetin 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə izləməyinizin və nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir. Xəstəliyə yoluxan insanların Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğınız sayəsində bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz ilə biz bu xəstəlikdən tezliklə xilas olacağıq. Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun".
Göyçay rayonunun Çayarxı kənd sakini Nəriman Paşayev rayon sakinləri adından dövlət başçısı minnətdarlığını bildirib: "Hörmətli cənab Prezident, Siz istirahət etmədən xalqımızın qayğısına qalırsınız. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi.
Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcəkdir. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır.
Ulu Tanrı Sizi və ailənizi qorusun!"
Bərdə rayonun Şorəlli kənd sakini, Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün olan Nazim Paşayev isə ölkə başçısının Azərbaycan xalqına göstərdiyi qayğının tarixboyu xatırlanacağını vurğulayıb:
"Möhtərəm cənab Prezident, dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident!
Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram".
Naftalan şəhərindən Afiq Muradov isə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır:
"Möhtərəm cənab Prezident, bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq. Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, millətimizi qorusun".
Quba rayonundan Tehran Əmiraslanov məktubunda qeyd edir ki, bu çətin günlərdə Prezident İlham Əliyevin tapşırığı ilə əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir:
"Hörmətli cənab Prezident, hazırda dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq” əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır. Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətiniz ilə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik.
Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm".
Sabirabad rayonu, Qaragüney kənd sakini Nurlan Kərimli bildirib ki, dövlət başçısının tam zamanında verdiyi müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır:
"Hörmətli cənab Prezident, hazırda dünya ölkələri koronavirus pandemiyasının yayılmasının qarşısını almaqda böyük çətinlik çəkirlər. Ölkəmiz Sizin qətiyyətli addımlarınız sayəsində bu bəlanın öhdəsindən az itkilərlə gəlməyə çalışır. Sizin bu çətin günlərdə qəbul etdiyiniz qərarlardan çox qürurlandım. Tam zamanında verdiyiniz müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır. Sizin və Mehriban xanımın Azərbaycan xalqını böyük fəlakətdən xilas etmək üçün göstərdiyiniz fədakarlığı və qayğını bütün xalqımız kimi, biz də çox dəyərləndiririk.
2010-cu ildə də baş verən su daşqını zamanı kəndlərimizə dəyən zərərin nəticələri Sizin göstərişinizlə qısa müddətdə aradan qaldırılmışdır. Azərbaycanda görülən tədbirlər, əhalinin zərərçəkən təbəqəsi üçün nəzərdə tutulan güzəştlər insanları razı salır. Sizin tapşırıqlarınız hazırki çətin günlərdə də yarana biləcək narahatlıqları aradan qaldırır.
Cənab Prezident, xalqa göstərdiyiniz böyük qayğıya görə mən Sabirabad rayonunun Qaragüney və Dadaşbəyli kəndlərinin ictimaiyyəti adından Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti, Azərbaycan xalqı, gələcək nəsillərin xoşbəxtliyi naminə Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirik.
Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üstündən çəkilməsini diləyirik".
Paylaşımda deyilir:
“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində.
Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”
Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvü Əliabbas Salahzadı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirənin yekunlarını şərh edərkən deyib.
Deputat bildirib ki, məhz Prezident və Birinci vitse-prezidentin öncəgörənliyi, çevik, vaxtında həyata keçirdiyi siyasət nəticəsində koronavirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi təmin edib, sağlamlığını qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və nəticədə çox qısa zaman ərzində uğurlu nəticələr əldə edildi.
“Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində koronavirus infeksiyası ilə bağlı vəziyyət nəzarətə götürlüdü və nəzarətdə saxlamaq mümkün oldu. Cənab Prezidentin də söylədiyi kimi, zamanında lazımi addımlar atılmasaydı bunun faciəsinin miqyasını ağla gətirmək belə çətin olardı. Bütün bunlar məhz ölkə rəhbərliyinin Azərbaycan xalqının təhlükəsizliyinin və sağlamlığının qorunması istiqamətində atdığı təxirəsalınmaz tədbirlər nəticəsində mümkün oldu. Ölkə rəhəbrliyi bununla həm dövlətin qüdrətini və gücünü ortaya qoydu, həm də xalqının təhlükəsizliyinin keşiyində duran bir dövlət başçısı keyfiyyətlərini dünyaya sübut etdi. Prezidentin koronavirus pandemiyası dövründə atdığı addımlar və bu yüksək insani keyfiyyətlər nəinki, Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda dünya dövlətləri və ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı, təqdir edildi. Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bundan öncə də bir sıra məsələlərdə dünya birliyi üçün çox önəm daşıyan məsələlərdə təşəbbüslərlə çıxış edərək nümunə olublar. Məhz bunun nəticəsi olaraq son illərdə Azərbaycan dünyanın üzləşdiyi ciddi problemlər həllinin dialoq mərkəzinə çevrilib. Biz bu gün bəşəriyyətin koronavirus pandemiyası ilə üzləşdiyi ən çətin, mürəkkəb şəraitdə də şahidi olduq. Hətta bəzi inkişaf etmiş ölkə başçıları , beynəlxalq təşkilatlar problemin qaşısında özlərinə qapandıqları halda Azərbaycan Prezidenti beynəlxalq təhdidə çevrilən koronavirus pandemiyası dövründə də öz çevikliyini nümayiş etdirməklə dünyaya nümunə oldu. Bir sıra ilklərə imza atdı. Bu istər koronavirus infeksiyasının ölkə daxilində, istərsə də pandemiyanın qarşısınının alınması istiqamətində atdığı məsələlərdə olsun. Prezident və Birinci vitse-prezident tərəfindən həyata keçirilən məqsədyönlü və effektiv addımlar, nümunəvi təcrübələr beynəlxalq praktikada da istifadə olunmağa başlandı. Artıq bir çox ölkələr koronavirus pandemiaysına qarşı mübarizədə Azərbaycan təcrübəsindən yararlanırlar. Azərbaycan təcrübəsi bununla bitmədi. Azərbaycan dünyanın bir parçası olaarq bu sahədə beynəlxalq aləmə öz töhfəsini vermək üçün ciddi addımlar atdı. Türk Şurasının Zirvə görüşünün təşkili və keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu addımı ilə beynəlxalq aləmə mesaj verdi ki, dünya ölkələri bir olub, həmrəylik nümayiş etdirib, birgə fəaliyyət göstərmədən heç bir ölkə bu bəladan təkbaşına çıxması asan olmayacaq. Türk Şurasının Zirvə görüşünü keçirməklə Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq aləmlə birgə fəaliyyət göstərmək niyyətini, maraqlı olduğunu konkert atmış olduğu addımı ilə ortaya qoymuş oldu. Bununla da Azərbaycan dünyaya öz liderlik qabliyyətini ortaya qoydu. Dünya problemlərinin həlli istiqamətində konkret addımlarla çıxış edən ölkə kimi tanıdı və qəbul etdi”- deputat qeyd edib.
Deputat əlavə edib ki, koronavirus pandemiyasə bird aha ölkə rəhbərliyinin vətəndaşlarını təkcə onların sağlamlığının müdafiəsinin keşiyində yox, üzləşdikəri çətinliklərin aradan qaldırılması üçün bütün zəruri addımları atdı:
“ Vətəndaşların aztəminatlı və işsiz təbəqəsinin sosial müdafiəsi istiqamətində konkret addımlar ataraq, dəstək verdi və biz bunun şahidi olmaqdayıq. Ümumiyyətlə Azərbaycan xalqı bu çətin günlərdə Prezident və Birinci vitse-prezidentin simasında xalqını, dövlətini üzləşdiyi ən çətin durumlardan çıxarmaq qabliyyətinə malik layiqli lider keyfiyyətlərinin olduğuna şahidlik etdi. Ona görə də ölkə rəhbərliyinin atdığı hər addımı təqdir edərək yüksək dəyərləndirdi və onun ətrafında sıx birləşərək yürütdüyü siyasətə canla-başla xidmət etdi. Xalq-iqtidar birliyi formulasına əsaslanaraq üzləşdiyimiz çətinliyi aradan qaldırmaq üçün həmrəylik nümayiş etdirib, birgə fəaliyyət göstərdi və göstərməkdədir. Əminəm ki, xalq-iqtidar birliyi və səfərbərliyi nəticəsində Azərbaycan dövləti və xalqının həm koronavirus pandemiyasından, həm də iqtisadi vəziyyətdən daha az itki ilə çıxmağa imkan yaradacaq. Azərbaycan qısa zamanda yenidən əvvəlki kimi davamlı inkişaf mərhələsinə qədəm qoyacaq. Çünki Azərbaycanın İlham Əliyev və Mehriban xanım Əliyeva kimi uzaqgörən, müdrik, xalqını sevən, ən çətin zamanda onların yanında olub, üzləşdikləri mürəkkəb vəziyyətindən çıxarmaq qabaliyyətinə malik lideri var. Məhz bu lidelərin rəhbərliyi altında Azərbaycan xalqı bütün problemlərini həll edib sülh, sabitlik şəraitində sosial rifah halında yaşamlarını təmin edərək və sürəcəklər”.
Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, indi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur:
"Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur.
Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur. Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur".
Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür. İdarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin:
"Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq".
İlham Əliyev bildirib ki, bu islahatların məntiqi davamı parlament seçkiləri idi:
"Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.
Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.
Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir.
O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi".
AZƏRTAC xəbər verir ki, sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır.
Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.
Müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib.
Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.
İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.
Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurub.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.
Daxil olan açıqlamada deyilir:
"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasının vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.
Bütün orqan, müəssisə və təşkilatların rəhbərlərindən tələb olunur ki, “icaze.e-gov.az” portalına yalnız əmək müqaviləsi və ya xidməti müqavilə əsasında çalışan şəxs haqqında məlumatları daxil etsinlər. Əməkdaşlarına işdən çıxdıqdan sonra məhz yaşadıqları ünvana qayıtmalarının vacibliyini, verilmiş icazələrdən sui-istifadə hallarına görə inzibati qanunvericiliyə uyğun məsuliyyət daşımalarını izah etsinlər.
Vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə olunur.
Özünüzün və ailənizin sağlamlığını qorumaq üçün bir daha məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik".