Oxu.Az məlumatına görə, bununla bağlı “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.
Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.
Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.
Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.
Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Azvision.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib.
Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.
Mərkəzdən bildirilib ki, bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (üç aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.
Təqdim edilən növbəti hesabat, 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.
2020-ci ilin yanvar-mart ayları ərzində də, həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısının fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yadda qalan hadisələr baş verib. Bu hadisələr Prezident İlham Əliyevin dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin edib.
Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:
Bütün dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir.
Təqdim edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan analitik hesabat həmin qənaəti təsdiq edir.
Sorğunun metodoloji prinsipləri:
- Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1 212 respondent iştirak edib.
- İctimai rəy sorğusu klaster seçmə metoduna əsaslanıb. Ümumilikdə, ölkə üzrə seçilmiş ünvanlarda 101 klaster təsadüfi seçim əsasında müəyyən edilib və hər birində sorğuda iştirak etməyə müsbət cavab verən ilk 12 nəfər əsas seçimə daxil edilib.
- Sorğuda iştirak üçün ailədə doğum günü sorğu keçirilən vaxta yaxın olan şəxs seçilib.
- Sorğunun nəticələri 95% əminlik intervalı, statistik xəta əmsalının 3% olması nəzərə alınaraq təhlil edilib.
- Sahə işi 2020-ci ilin mart ayı ərzində keçirilib.
Regionlar. Sorğu aşağıdakı iqtisadi-coğrafi rayonlarda həyata keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran. Sorğu Naxçıvan Muxtar Respublikası və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.
Nəticə
- 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə “İnam indeksi”nin öyrənilməsi ilə bağlı keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib.
- Hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94,7%) Prezidentə etibar edir.
- Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.
- Respondentlərin 57,4%-i parlamentə, 46,2%-i yerli icra hakimiyyətinə, 49%-i məhkəməyə etibar edir. Bu üç hakimiyyət qolu içərisində ən aşağı etibarlılıq icra hakimiyyətinədir. Bu, onu deməyə əsas verir ki, ölkə əhalisi hakimiyyətin digər strukturları ilə müqayisədə Prezidentə daha çox etibar edir.
- Ölkə başçısının hərbi, siyasi və sosial-iqtisadi sahələrdəki fəaliyyəti ümumilikdə böyük əksəriyyət tərəfindən müsbət dəyərləndirilib. Prezidentin ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahələrindəki fəaliyyəti respondentlərin mütləq əksəriyyəti tərəfindən daha çox müsbət qiymətləndirilir.
- 2019-cu ildə keçirilən tədqiqatın nəticələri ilə yeni nəticələri müqayisə etdikdə aydın olur ki, keçən bir neçə ay ərzində Prezidentin müxtəlif sahələrdəki fəaliyyətinə əhalinin münasibəti müsbətə doğru yüksəlib. Digər önəmli məqam odur ki, Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyətini “çox yaxşı” qiymətləndirənlər nəzərəçarpacaq dərəcədə artıb.
- Əhalinin gündəlik həyatına birbaşa təsir edən, yaxud təsiri hiss edilən məsələlərin sosial-iqtisadi sahədə korrupsiyaya qarşı mübarizə səviyyəsinin ictimai rəydə qiymətləndirilməsinin nisbətən aşağı olması bu sahənin, eləcə də işsizlik və sosial vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin yaxın dövr üçün dövlət siyasətinin əsas hədəflərindən biri kimi qalmalı olduğuna dəlalət edir.
- 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışında (“Valday” Beynəlxalq Diskussiya Klubunda Prezidentin çıxışının davamı kimi) Ermənistanın baş nazirini və işğalçılıq siyasətini tarixi həqiqətlərlə ifşa etməsi ictimai rəydə vətəndaşların Prezidentə olan münasibətinə müsbət təsir göstərməklə bərabər, ərazi bütövlüyümüzün bərpa edilməsinə olan inamı da yüksəldib.
- Prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Ermənistanın baş nazirinin növbəti dəfə aciz duruma düşməsi (56,7%), Prezidentin növbəti diplomatik qələbəsi (48,5%), Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni bir mərhələ (44,3%) kimi qiymətləndirilib.
- Rəyi öyrənilən respondentlərin əhəmiyyətli bir hissəsi (75,9%-i) dünya neft bazarlarındakı volatillik fonunda valyuta məzənnəsinin sabit saxlanılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri əhəmiyyətli dərəcədə səmərəli hesab edir.
- Ölkədə maliyyə-bank sektorundakı sabitliyin təmini ilə bağlı nəticə əsaslı tədbirləri müvafiq olaraq respondenlərin 63,1%-i kifayət qədər səmərəli hesab edir.
- COVİD-19 pandemiyasının və eləcə də qlobal neft böhranının (neft qiymətlərindəki kəskin eniş) dərinləşdiyi bir dövrdə ölkədə ərzaq təhlükəsizliyi ilə təminat sahəsində reallaşdırılmış genişmiqyaslı işləri vətəndaşlar yüksək dəyərləndirir (87,8%).
- Rəyi öyrənilənlərin 87,8%-i müvafiq dövlət qurumlarının sosial-iqtisadi islahatlarla bağlı ictimaiyyəti periodik məlumatlandırmasını səmərəli qiymətləndirir.
- 89,2% respondent ölkə Prezidentinin milli genofondun qorunması, sosial səhiyyə və sağlamlığın daha da möhkəmləndirilməsi məsələlərinə xüsusi həssaslıqla yanaşmasını, daima diqqət mərkəzində saxlamasını olduqca yüksək qiymətləndirərək bu istiqamətdə dövlət siyasətini təqdir edir.
- Respondentlərin mütləq əksəriyyəti (93%) dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirərək yetərli sayır.
- Respondentlərin böyük əksəriyyəti (87,8%) pandemiyanın mövcud olduğu vəziyyətdə hər hansı problemlə qarşılaşdığı zaman dövlətin onlara dəstək göstərəcəyinə inanır.
- Respondentlərin böyük əksəriyyəti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımlara karantin məhdudiyyətlərinin tətbiq edilməsinə, bir sıra qonşu ölkələrlə sərhədlərin bağlanmasına (85,6%), kütləvi tədbirlərin qadağan edilməsinə (84%), tədrisin dayandırılmasına (82,4%) daha müsbət münasibət bildirib.
- Ümumilikdə, respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyası ilə həmrəydir.
- Respondentlərin əksəriyyəti (88,9%) yerlərdə baş verənlər barədə Prezidentin ümumilikdə məlumatlı olması fikrindədirlər. Lakin nə dərəcədə məlumatlı olub-olmaması barədəki fikri birmənalı deyil – “tam məlumatlıdır” (44,3%) və “qismən məlumatlıdır” (44,6%) cavablarını seçənlərin çəkisi demək olar ki, eynidir.
- Qeyd etmək lazım gəlir ki, respondentlərin 10%-nin Prezidentin yerlərdə baş verənlər barədə tam məlumatsız olduğunu hesab etməsi düşündürücü məqamdır. Bu nəticəyə əsasən, ölkə rəhbərinin çıxışlarında tez-tez vurğuladığı ictimai nəzarətin vacibliyi ilə bağlı fikrinin əhəmiyyətli olduğunu bir daha görə bilərik. Sorğunun nəticəsi bunu da deməyə əsas verir ki, yerlərdə gedən proseslərin və mövcud problemlərin ən yuxarı instansiyalara çatdırılması mexanizmlərinin bir daha nəzərdən keçirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, vətəndaşların müraciətlərinin müvafiq ünvana çatmaması bu cəhətdən əsas problemlərdən biridir.
- Respondentlərin nəzərində Prezidentin yerlərdə baş verənlərlə bağlı məlumatlılığı onun qərar qəbul etməsində əsasən qanunazidd hərəkətlərə yol verən məmurların cəzalandırılmasında (67,5%), korrupsiyaya qarşı mübarizədə (48,7%) və kadr islahatlarında (43,2%) özünü büruzə verir.
- Sosial problemlərin həllində və onlara çevik reaksiya verilməsində Prezidentin məlumatlılıq səviyyəsinin mühüm əhəmiyyətə malik olmasını yalnız hər üç respondentdən birinin ifadə etməsi düşündürücü məqam hesab edilə bilər.
- Əhalinin böyük əksəriyyəti (81,8%) “tam əminliklə” bu qənaətdədir ki, yerli icra hakimiyyəti başçılarının Prezident tərəfindən vəzifədən azad edilməsində ictimai fikrin birbaşa təsiri var. Bu fikirdə olanların ümumi göstəricisi isə 95,2% təşkil edir. Əhali arasında belə qənaətin yayılması Prezident-vətəndaş münasibəti cəhətdən müsbət səciyyələndirilə bilər.
- Ümumilikdə, respondentlərin üçdə ikisindən bir qədər çox hissəsi ölkə rəhbərinin ictimai qınağa səbəb olan məsələlərə reaksiyasından tam razıdırsa, dörddə biri qismən razıdır. Nəticələrə əsasən, insanlar ölkə başçısının özünün fəaliyyətində ictimai rəyə həssas olduğunu düşünür.
- İslahatlar və korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yerli icra başçılarına qarşı aparılan əməliyyatlar xüsusilə regionlarda yaşayan vətəndaşlarda müsbət gözləntilərin yaranmasına səbəb olub. Bəzi hallarda vəziyyətin dəyişməyəcəyi, məmur özbaşınalığının davam edəcəyini düşünənlərin belə fikirləri dəyişməkdədir. İnsanlar bu kimi addımları da islahatların əsas qolu kimi qiymətləndirir və bunun davamlı olmasını arzulayırlar.
- Həmçinin, Prezidentin etimadını doğrultmayan məmurların bu şəkildə cəzalandırılması onu göstərir ki, islahatlar dönməz və ardıcıl xarakter daşıyır, xalqa xidmət fəaliyyətin yeganə meyarıdır. Eləcə də, qanun qarşısında hər kəs bərabərdir. İnsanlarda da qanunun aliliyinə inam artmaqdadır.
- Respondentlərin yarıdan çoxu (54,4%) bu əməliyyatlardan sonra rayon icra hakimiyyəti başçılarının korrupsiyaya yol verməkdən çəkinəcəyini düşünür. Bir o qədər də respondentdə vətəndaşların qanunun aliliyinə inamının artacağı gözləntisi (50,3%) var.
- Respondentlərin əksəriyyəti (85%) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatların Prezidentin imicinə müsbət təsir etdiyini düşünür. Vəzifələrindən sui-istifadə edən məmurların cəzalandırılaraq vəzifədən uzaqlaşdırılması başlanan islahatlara heç kimin mane ola bilməyəcəyini göstərir.
- Həyata keçirilən kadr dəyişiklikləri vətəndaşların əsaslı hissəsinin nəzərində Prezidentin nüfuzuna müsbət təsir göstərən əsas amillərdən biridir.
- Respondentlərin mütləq əksəriyyəti (91%) son dövrlər yerli icra hakimiyyəti orqanlarına daha gənc kadrların təyin olunmasını bu və ya digər dərəcədə müsbət (75,2% “çox yaxşı”, 15,8% “əsasən yaxşı”) qiymətləndirir.
- Respondentlərin əhəmiyyətli hissəsi (63,9%) Milli Məclisin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək və töhfə verə biləcəyini düşündüyü halda, 21,1% respondent bu haqda fikir bildirməkdə çətinlik çəkib.
- Respondentlər Prezidentin təhlükəsizlik orqanlarında həyata keçirdiyi kadr dəyişikliklərinin ümumi islahatların effektivliyinə (79,5%), milli təhlükəsizliyin gücləndirilməsinə (85,5%), xalqın təhlükəsizlik orqanlarına olan inamına (81,9%) müsbət təsir edəcəyi fikrindədir.
- “Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına verilən cavablara əsasən deyə bilərik ki, icra hakimiyyəti (53,7%) və məhkəmə (45,7%) hakimiyyətində islahatların olması əhali tərəfindən ən çox ehtiyac duyulandır. İcra hakimiyyəti sahəsində islahatların vacibliyini deyənlər içərisində icra hakimiyyətinə etibar etməyənlər üstünlük təşkil edir. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir.
- Respondentlərin təxminən yarısının məhkəmə sahəsində də islahatların zəruriliyini bildirməsi bu istiqamətdə də islahatların aparılmasının vətəndaşların gözləntisində olduğunu göstərir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmələrə etibar əhali arasında o qədər də yüksək deyil (49%). Bu iki fikir arasındakı əlaqəyə baxdıqda aydın olur ki, məhkəmələrdə islahatların olmasını istəyənlər içərisində məhkəmə orqanlarına etibar etməyənlər üstünlük təşkil edir.
- Digər iki sahə ilə müqayisədə respondentlər qanunverici sahədə (24,5%) islahatların vacibliyinə daha az ehtiyac duyur. Bu, qanunverici hakimiyyətdə köklü islahatların 2020-ci ildə aparılması ilə bağlı ola bilər. Həmçinin, respondentlərin əhəmiyyətli hissəsi parlamentin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək verəcəyi fikrindədir. Bu məqam da, yuxarıda vurğulandığı kimi, ictmai rəydə parlamentin yeni tərkibi ilə bağlı gözləntilərin olması ilə izah edilə bilər.
- Rəyi soruşulanların 77,6%-nin nəzərində “Prezidentin çıxışlarında bütün hakimiyyət təmsilçilərinə xalqa xidmət etməyi və xalqa yaxın olmağı tapşırması” ölkə başçısının nüfuzuna “ən çox təsir” göstərən amil kimi irəli çıxır ki, bu da məmurların cəzalandırılması və kadr dəyişikliklərinin vətəndaşlar üçün yüksək əhəmiyyət kəsb etdiyini göstərir.
- Təsir dərəcəsinə görə növbəti pillələrdə “xalqa xidmət etməyən məmurlara qarşı qətiyyətli davranışı” (71,8%), “xalqın içərisində olması” (71,6%) və “sadə və təvazökar olması” (71,3%) amilləri dayanır.
- Respondentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir. Ölkə başçısının bir çox tədbirlərdə, görüşlərdə olan davranışları, səmimi ünsiyyəti, insanları sonadək dinləməsi vətəndaşlarda bu fikri formalaşdırır.
- 2020-ci ilin birinci rübündə vətəndaşların Prezidentə olan inam və etimadının dinamikasına baxdıqda aydın olur ki, bu istiqamətdə yüksəlmə var. Belə ki, STM tərəfindən 2019-cu ildə keçirilən “Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksində oktyabr ayı üzrə bu göstərici 54,6% idisə, mart ayında bununla müqayisədə göstərici 58,1%-dir. Ümumilikdə, 2020-ci ilin mart ayına olan göstəricilərə əsasən deyə bilərik ki, respondentlərin mütləq əksəriyyəti (94,5%) ölkə başçısına inanır və etimad göstərir.
- Vətəndaşlar Prezidentin fəaliyyəti ilə bağlı məlumatları televiziyadan (81,1%) və sosial şəbəkələrdən (41,7%) alırlar. Prezident.az saytından (7,3%) və Prezidentin sosial şəbəkə hesablarından (8,4%) istifadə göstəricisi o qədər də yüksək deyil. Respondentlərin demoqrafik təhlili göstərir ki, hər iki ünvana ali təhsilli şəxslər və Bakıda yaşayanlar daha çox daxil olur.
- Vətəndaşların digər sosial şəbəkələrdən deyil, birbaşa mənbənin özündən Prezidentin sosial şəbəkə hesablarından məlumat alması daha düzgün informasiyaya çıxış baxımından səmərəli sayıla bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Prezidentin saytı həmin məktubların bir neçəsini təqdim edir.
Bakı şəhərinin Nəsimi rayonunun sakini, şəhid anası Lətifə Novruzovanın məktubunda deyilir: “Çox hörmətli Prezidentimiz İlham Əliyev, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz bu pandemiya dövrünü tezliklə geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, bu çətin günlərdən Sizin rəhbərliyinizlə alnıaçıq, üzüağ çıxacağıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun!”.
Ağdam rayonunun Ayaq Qərvənd kəndinin sakinləri Vaqif Məmmədov, Nüsrət Anafov və Mehriban Əliyeva yazırlar: “Çox hörmətli cənab Prezident, koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq. Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz. Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız “Evdə qal!” çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun!”.
Dövlətimizin başçısının pandemiya dövründə əlillərə, veteranlara da qayğı ilə yanaşdığını qeyd edən Laçın rayonundan məcburi köçkün Murad Eyvazov yazır: “Möhtərəm cənab Prezident, Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmursunuz. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik”.
Gəncə şəhərindən təqaüdçü Fazil Nəbiyev dövlətimizin qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacağına əminliyini bildirərək yazır: “Möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, bu qara buludlar tezliklə başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcək. Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin vətəndaşlarımızın sağlam yaşamasına yönəldiyini vurğulayan Yevlax şəhərinin sakini Knyaz Əliyev məktubunda qeyd edir: “Möhtərəm cənab Prezident, dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükədir. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır. Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətin məntiqi nəticəsidir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin”.
Bakı şəhərinin Binəqədi rayonunun sakini Səbuhi İsazadə dövlətimizin başçısına ünvanladığı məktubunda yazır: “Hörmətli cənab Prezident, dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir. Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik”.
Gəncə şəhər sakinləri Vüsal Hüseynov və Azadil Hüseynova Prezident İlham Əliyevin uzaqgörənliyi, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyi göstəriş və Sərəncamlar sayəsində başqa ölkələrlə müqayisədə koronavirusun Azərbaycana az təsir göstərdiyini qeyd edirlər. Onlar yazırlar: “Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə salan koronavirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik. Cənab Prezident, Allah Sizə uzun ömür versin. Sizə uğurlar diləyirik”.
S. Rüstəmxanlının sözlərinə görə, deputat köməkçiləri təyin edilə bilmədiyindən koronavirus pandemiyası dövründə deputatların səmərəli fəaliyyət göstərməsinə imkan vermir: “Ona görə də bu məsələ həllini tapmalıdır”.
Məsələyə reaksiya verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, deputatların əksəriyyətinin köməkçilərinin sənədi hazır olmadığından məsələ gecikir və səbəb budur:
“Odur ki, fürsətdən istifadə edib köməkçiləri ilə bağlı sənədlərini hazırlasınlar. Çünki onlar düz deyil. Bir çox deputatın köməkçisi rayon yox, Bakı qeydiyyatındadır. Əgər onlar özləri köməkçi yığırsa sənədlərini də həll etsinlər. Bununla bağlı Aparata da tapşırıqlar verilir. Sənədlər yığılsın. Hamının köməkçiləri eyni zamanda təsdiqlənsin. Məsələyə fərdi yanaşmaq olmaz”.
Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker deyib ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əmindir: “Koronavirus pandemiyası dünyanın digər ölkələrinə olduğu kimi Azərbaycanın da sosial-iqtisadi həyatına öz mənfi təsirlərini göstərməkdədir. Amma düşünülmüş siyasət nəticəsində həm insanların sağlamlığına, həm də sosial-iqtisadi sahəyə dəyən ziyanlar qısa zamanda aradan qaldırmağa imkan verəcək”.
Prezidentin müşavirədə həyata kerçirilən kadr və struktur islahatları barədə səsləndirdiyi fikirlərə mövqeyini bildirən spiker ölkə başçısı Nazirlər Kabineti və Milli Məclisdə aparılan islahatlaırn müsbət nəticə verdiyini qeyd edib. “Ölkə başçısı bildirib ki, həyata keçirilən islahatların müsbət nəticəsi göz qarşısındadır. Bu islahatlar nəticəsində ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub. O baxımdan VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”- spiker qeyd edib.
Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.
O deyib ki, Milli Məclis də bu aksiyada yaxından iştirak etməlidir: ”Bu məqsədlə Milli Məclisdə xüsusi yer ayrılıb və həkimlər dəvət olunub. Sabah saat 12-dən deputatlar və aparatın əməkdaşları qan verə bilərlər”.
Koronavirus (COVID-19) xəstəliyi ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin günlərində Heydər Əliyev Fondu tərəfindən ölkə üzrə aztəminatlı ailələrə müxtəlif yardım payları çatdırılır.
Xatırladaq ki, Heydər Əliyev Fondu fəaliyyəti çərçivəsində mütəmadi olaraq aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə yönəlik müxtəlif layihələr həyata keçirir.