Ölkədə işsizliklə bağlı ciddi problem var

Deputatların qəbul otağında kameraların quraşdırılması təklif edilib.
Bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev təklif edib.
O həmçinin Milli Məclisin deputatlarının səlahiyyətlərinin artırılmasını təklif edib:
“Biz sosial şəbəkələrə daxil ola bilmirik. Ölkədə işsizliklə bağlı ciddi problem var. İşsizlik statusları ilə bağlı meyarlara ciddi dəyişikliklər edilməlidir. Təklif edirəm ki, deputatların səlahiyyətlərinin artırılması ilə bağlı xüsusi qrup yaradılsın”.

Vilayət Eyvazov rəisi işdən çıxardı
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib.

O, sərəncama götürülüb.

Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Spiker: Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib
Azərbaycan Prezidentinin bu günlərdə imzaladığı növbəti Əfv sərəncamı bir daha göstərdi ki, siyasi mənsubiyyətindən, əqidəsindən, statusundan asılı olmayaraq hər bir insanın sağlamlığı dövlətimizin diqqət mərkəzindədir.

Bunu Milli Məclisin sədri Sahiba Qafarova parlamentin bu gün keçirilən növbəti plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə humanist addım ataraq koronavirus infeksiyasının yayılması qarşısının alınması məqsədi ilə yaşı 65-dən yuxarı olan və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 176 məhbusu azad edib.

“Ölkə başçısının bu addımı həm daxili və beynəlxalq aləm tərəfindən yüksək dəyərləndi. Bu addım bir daha göstərdi siyasi mənsubiyyətindən, əqidəsindən, statusundan asılı olmayaraq hər bir insanın sağlamlığı dövlətimizin diqqət mərkəzindədir. Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib. Məhz bir neçə gün öncə Prezident və birinci vitse-prezident Sumyaqıtda maska istehsal edən müəssisənin açılışinda iştirak edib. Bundan əlavə olaraq cənab Prezident koronavirusa daha effektiv mübarizəni təşkil etmək üçün respublika ərazisində 6 modul tipli xəstəxana tikilməsi məqədi ilə 15 milyon ayrılması barədə sərəncam imzalayıb. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ön cərgədə dayanaraq öz töhfəsini verməkdədir”.

S.Qafarova əlavə edib ki, bundan əlavə olaraq ölkəmizdə iqtisadi böhrana yol verilməməsi üçün işlər görülməkdədir:

“Sahibkarlala yardım edilir, işçilərin  istisar olunmasının qarşısı alınır, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində ciddi addımlar atılır. Buna görə prezidentə təşəkkür edirik”.

Milli Məclisdə Baş Nazirin videohesabatı dinlənilir
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.

İclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilir.

Videohesabatdan sonra səsləndirilən rəy və təkliflər sistemləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanına dəyişiklik edib.

Ölkə başçısının imzaladığı fərmanla həmçinin aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər də öz əksini tapıb.

Sənədin 5.1.1-ci yarımbəndinə edilən dəyişiklikdə bildirilir ki, Agentliyin vəsaiti hesabına sahibkarlıq subyektlərinə 5000 manatadək mikrokreditər verilə bilər.

Dövlət başçısının yeni fərmanı ilə bu rəqəm 15000 manatadək qaldırılıb.

Kiçikhəcmli kreditlərin də məbləği artırılıb. Sənədin əvvəlki variantında yazırlırdı ki, 5001 manatdan 30000 manatadək kiçikhəcmli kreditlər verilə bilər. Yeni fərmanla isə 5001 rəqəmi 15001 rəqəmi ilə əvəzlənib.

Bununla yanaşı, sahibkarlar üçün güzəştli kreditlərin müddəti üç ilədək müəyyən olunub. Əvvəlki sənəddə bu müddət iki ilədək nəzərdə tutulurdu.

Biz dövlət başçımızla birlikdə güclüyük!


Bu gün ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi uğurla davam edir. Artıq xəbər verildiyi kimi, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında yeni yaradılmış tibbi maska istehsalı müəssisəsinin açılışı olmuşdur. Açılışda dövlət başçımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.
Bu müəssisənin açılışı həqiqətən də yüksək nailiyyətdir və istər siyasi, istərsə də iqtisadi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bir çox digər məqamlarla yanaşı tibbi maska istehsalı müəssisəsinin açılışı hətta belə bir gərgin şəraitdə də Azərbaycanda Ölkə Prezidenti tərəfindən kiçik və orta sahibkarlığın inkişafına necə böyük önəm və dəstək verildiyini nümayiş etdirdi. Həqiqətən də bu gün ölkəmizin iki ən böyük sərvəti neft və sahibkarlardır. Sahibkar dövlətin sütunu, iqtisadiyyatın və inkişafın aparıcı qüvvəsidir. Tibbi maska istehsalı müəssisəsinin açılışında etdiyi çıxışında da dövlət başçımız sahibkarlara verdiyi önəmi bir daha vurğulayaraq bildirdi ki, bütün məmurlar da sahibkarlara dəstək verməli, onlara mane olmamalıdırlar. Əlbəttə ki, söhbət öz işini düzgün quran, şəffaf maliyyə hesabatlarını təqdim edən, vergilərdən yayınmayan sahibkarlardan gedir. Söhbət Vətənini, xalqını qəlbən sevən, Ölkə Prezidentinə sədaqətlə xidmət edən insanlardan gedir. İsa (ə.s) peyğəmbərin də dediyi kimi, rəsul yaradanına, məmur ağasına, müasir dildə desək, rəhbərinə sadiq olmalıdır. Və bu gün bizim həqiqətən də belə gənc, vətənpərvər sahibkarlarımız çoxdur. Məhz onlara hər cür dəstək verilməli, güzəştli kreditlər ayrılmalıdır. Belə olan halda həm idxalın həcmi, həm də ölkədə zavod və fabriklərin, istehsal müəssisələrinin sayı o qədər artar ki, hətta evdə oturan 70 yaşlı xanım təqaüdçülərə də bir işçi qüvvəsi kimi ehtiyac yaranar. Bəli, bu gün Ölkə Prezidenti bu istiqamətdə çox iş görür. Lakin bütün bu işlərdə də biz hamımız dövlət başçımıza kömək etməli və dəstək verməliyik.
İlk növbədə insanlar öz daxillərini təmizləyərək, paxıllıqdan və qısqanclıqdan uzaq olmalıdırlar. Əlbəttə, adi bir hərəkətsiz əşyaya da irad tutmaq olar. Xarici ölkələrdə, eləcə də öz ölkəmizdə oturub, bu xalq üçün, Azərbaycan üçün bir daşı daş üstünə belə qoymadan gecə-gündüz əsassız, cəfəng sözlər danışmaq asandır. Təəssüflər olsun ki, belələrinin bəsirət gözləri bağlıdır. Həqiqətən də müstəqillik tarixi yüz illərlə hesablanan ölkələrin, Amerika, Almaniya kimi superdövlətlərin iqtisadiyyatını 30 ilə yaxın müstəqillik tarixi olan və hazırda müharibə şəraitində yaşayan Azərbaycanla müqayisə etmək gülüncdür. Amma Allah hamımıza ömür əta etsin və biz daha 30-40 ildən sonra bu mövzunu bir də müzakirə edək. İnsan danışanda haqq-ədalətlə danışmalıdır. Həqiqət hər şeydən üstün durmalıdır. Bu gün Azərbaycanda iqtisadi inkişafın səviyyəsini kiçimsəmək istəyənlər qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan evləri, hətta bütöv qəsəbələri, orduya alınan müasir silahları, çəkilən yolları, salınan körpüləri, tikilən təhsil və səhiyyə müəssisələrini, inzibati-sosial binaları, salınan park və bulvarları, davamlı olaraq artan maaşları və təqaüdləri və daha nələri, nələri niyə görmək istəmirlər? Bir daha deyirəm, əgər biz bütün bu proseslərin daha da sürətlənməsini istəyiriksə, bunun yeganə yolu çalışmaq, birlik olmaq və dövlət başçımıza bu yolda dəstək olmaqdır.
Yeni istehsal müəssisəsinin açılışı ilə bağlı ən əhəmiyyətli məqamlardan biri də budur ki, dövlət başçımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisənin açılışında bilavasitə iştirak etmələri ilə ən çətin və təhlükəli anlarda belə Azərbaycan xalqı ilə birlikdə olduqlarını və bütün prosesləri ciddi nəzarətdə saxladıqlarını bir daha nümayiş etdirdilər. Xüsusilə ölkənin birinci xanımı Mehriban Əliyeva bu gün ölkəmizin inkişafı, xalqın rifahı naminə çox böyük fədakarlıqla çalışır, dövlət başçımızın bütün işlərində onun ən böyük yardımçısı olur. Həqiqətən də bu gün dünyanın heç bir yerində, heç bir ölkənin birinci xanımı öz xalqının rifahı naminə bu qədər çalışmır, bu qədər fədakarlıq nümayiş etdirmir.
Xüsusi olaraq qeyd etmək istədiyim daha bir vacib məqam da Ölkə Prezidentimizin bu çətin sınaq günlərində atdığı növbəti humanist addımla bağlıdır. Belə ki, aprel ayının 6-da dövlət başçımız dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq müvafiq sərəncam imzalayıb. Həmin sərəncama əsasən yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Budur əsil humanizm, əsil insan sevgisi. Bütün dünyanı silkələyən, bəzi ölkələri isə artıq çarəsizlik durumuna gətirən bir şəraitdə Azərbaycan vətəndaşları dövlətin qayğısını hər gün daha çox hiss edirlər. Həm də bu qayğı cəmiyyətin istisnasız olaraq bütün təbəqələrini əhatə edir. Sahibkarlar, qulluqçular, ziyalılar, aztəminatlılar, işsizlər, təqaüdçülər və məhbuslar – bir sözlə, bu gün Azərbaycanda hər kəs öz dövlətinə güvənir və hər kəs Ölkə Prezidentinin verdiyi ədalətli qərarlardan yetərincə yararlanır. Dövlət başçımız bu çətin günlərdə sözün əsil mənasında hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha sübut etdi. Ölkə Prezidenti xaricdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizə də sahib çıxdı. Bu gün “Atletlər kəndi”ndə karantinə yerləşdirilmiş xaricdən gələn insanlarımız üçün hər bir şərait yaradılıb. Gündə 3 dəfə yeməkləri, içməkləri verilir, tibbi xidmətlər göstərilir və bütün digər ehtiyacları da qarşılanır. Həmçinin mən polis əməkdaşlarının bu insanlara qarşı son dərəcə humanist rəftarlarını da xüsusilə qeyd etmək istərdim ki, bu da əlbəttə ki, yenə də dövlət başçımızın bütün bu məsələlərlə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə formalaşan bir haldır. Budur Allahın bəyəndiyi rəhmani siyasət.
Bütün bunların müqabilində bizim də borcumuz bir xalq olaraq, dövlət başçımızın yanında olmaq və gördüyü bütün işlərdə möhtərəm Prezidentimizi dəstəkləməkdir. Biz hər zaman dövlət başçımızla, möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə güclüyük və bu birliyin sayəsində bütün çətinliklərin öhdəsindən şərəflə gələcəyik, inşaAllah!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti
Cəsarət Əhmədov.
Samuxda 15 subartezian quyusu qazılacaq
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də “Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə əlavə dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,05 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sabah Milli Məclisin iclası keçiriləcək
Sabah – aprelin 9-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Sabahkı iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;

2. Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;

3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);

4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);

5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).

6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş).

Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Maliyyə Nazirliyinə ayrılıb.

Vilayət Eyvazovdan yeni QƏRAR

“Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiqlənib.

Oxu.az  məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.

Qərarda göstərilir ki, dövlət himni ifa edildiyi zaman sıradakı əməkdaşlar komanda verilmədən farağat vəziyyətini alır, rəislər (komandirlər) hərbi salam verir.

Sıradan kənarda olan əməkdaşlar himn ifa edildikdə farağat vəziyyətini alır və hərbi salam verir.

Əməkdaşlar tərəfindən dövlət himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.