Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.
İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Avqustun 4-də başlayan növbədənkənar sessiya çərçivəsində qanunverici orqanın iki iclası (avqustun 5-i və 6-da) keçirilib.

Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı"İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır".

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı vurğulayıb: "Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır.

Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz".

Prezident 1 milyon ayırdı

Prezident İlham Əliyev Azərbaycan Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Vahid Əhmədov Operativ Qərargahı TƏNQİD ETDİ

"Pandemiya, neftin qiymətinin aşağı düşməsi, Azərbaycanda da iqtisadiyyatında da problem yaradıb və yaratmaqdadır. Necə ola bilir ki, Azərbaycanda pandemiyanın ən şiddətli və çox sərt karantin dövrü idi, amma dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik və 345 milyon profsit yarandı”.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhəmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. V.Əhmədov büdcə dəyişikliyinin pandemiya ilə bağlı olmadığını deyib:

“Amma pandemiyanın yumşaldığı dövrdə iqtisadiyyat zəifləyir. Deməli, bu, heç də pandemiyaya bağlı məsələ deyil. Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur. Biz müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarısında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin siyahısını tətbiq edərək onların işləməsinə şərait yaratmalıdır. Büdcə sisteminin dəyişdirilməsini müzakirə edirik. Düşünürəm ki, bu, vacibdir. Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.
Deputat manatın taleyi ilə bağlı da məsələyə toxunub:

“Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz, bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”.

“1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın?

“Naxçıvan Muxtar Respublikasına cəmi 1,3 milyon manat ayrılıb. Bu, həddən artıq az vəsaitdir. Naxçıvanda Əlahiddə Qoşun Birləşməsi, Sərhəd Xidməti var. Məncə Naxçıvana ayrılan vəsaitin artırılması haqda düşünməliyik. Ermənistanla ən böyük sərhədimiz Naxçıvan Muxtar Respublikasıdır. Bu gün də Ermənistanın daha çox çəkindiyi Naxçıvandakı Əlahiddə Qoşun Birləşməmizdir”.
Bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib. Komitə sədri xatırladıb ki, Naxçıvan Ermənistan, İran və Türkiyə ilə sərhəddir:

“Mən operaativ qərargaha təşəkkür edirəm. Naxçıvana olan təyyarə reyslərini artırdı. Hazırda həftədə 6 təyyarə reysi var. Nəzərə alın ki, insanlar bura gəlib getməkdə çətinlik çəkir. Xüsusilə, həkimə gəlmək istəyənlər və təhsillə gəlmək niyyətində olanlar”.
Deputat çıxışı zamanı sual da ünvanlayıb:

“1,3 milyon manatla Naxçıvan neyləyə bilər? Bu məbləğlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın? Biz Naxçıvanı qorumalıyıq. Bunun üçün də əhalinin sosial müdafiəsi, ordununun təchizatı yüksək səviyyədə olmalıdır. Orada təlimlər keçirilir. Təklif edirəm ki, III oxunuşa qədər Maliyyə Nazirliyi, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirməlidir. Biz bu məsələyə həssas yanaşmalıyıq. Naxçıvan blokaada şəraitindədir. İran və Türkiyə ilə yol bağlıdır. İnssanlar məhsullarını kənara çıxara bilmir. Bir çox rayonlardan fərqli olaraq Naxçıvanda vəziyyət çətindir. Əvvəl insanla məhsullarını İran vasitəsilə bura gətirirdilər. İndi bu imkan da yoxdur. Türkiyəyə məhsul aparmaq üçün yol bağlıdır. Hesab edirəm ki, ora ayrılan vəsait artırılmalıdır. Tovuz istiqamətində vəziyyət kəskinləşəndə Naxçıvanda, Sədərək istiqamətində də atışmalr baş verdi. 1,3 milyon orada atılan 2-3 raketin qiymətidir”.

Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

Dövlətimizin başçısı müşavirədə çıxış edib.

“Ermənistan koronavirus böhranına baxmayaraq, Azərbaycana qarşı hücumdan çəkinmədi”

“Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur”.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun nüfuzlu “Newsmax” mətbu orqanında dərc edilmiş məqaləsində yer alır.

Məqalədə deyilir:

“İyul ayında Ermənistan və Azərbaycan arasında son döyüşlər koronavirus pandemiyasının pik dövrü və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verdi.

Ermənistanın özünün koronavirus böhranı yaşamasına baxmayaraq, bu, onu Azərbaycana qarşı beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirmədi. Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətlərini açıq şəkildə göstərir.

Həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olmuşdur.

Bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar. Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun danışıq səylərinə məhəl qoymur.

Faktiki olaraq, Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur. Formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlərlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmayıb. Onun sərhədlərinə Rusiya sərhəd keşikçiləri nəzarət edir, ərazisində xarici hərbi baza yerləşir və öz iqtisadiyyatı üzərində minimal nəzarətə malikdir.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də, Ermənistan cəmiyyəti anti-semitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də üzləşməkdədir.

Ölkədən emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son zamanlarda qlobal səviyyədə ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir.

Son günlərdə Los - Anceles polisi Azərbaycanın Los - Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başlayıb.

Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir. Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Misal üçün, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və İsrailin vacib dost və tərəfdaşıdır. Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft təchizatının 40 faizini təmin edən və vaxtilə Ceyms Bondun “Dünya yetərli deyil” filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xəttləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

İnkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır.

Ermənistan hərbi qüvvələri fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir. Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum etmiş, mülki yaşayış evlərini mərmi atəşinə tutmuş və nəticədə itki və zərərlərə səbəb olmuşdur.

Təmas xəttindən uzaqda beynəlxalq sərhəd boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müqavilə müttəfiqlərinin dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi dövlət katibi Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsa idi Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv bir qüvvə kimi göstərdi.
Beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividentlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır”.

Məqalənin ingilis dilindəki mətni ilə buradan tanış olmaq mümkündür.

Düşmən informasiya cəbhəsində də layiqli cavabını alırAzərbaycanlı gənclər tərəfindən “Facebook”da da “Karabakh is Azerbaijan” adlı qrup yaradılıb. Qrupun məqsədi elə adından da bəlli olduğu kimi, ermənilərin müxtəlif ölkələrdə təxribatlar törətməsinə, yalan informasiyaları yaymasına qarşı mübarizə aparmaqdır.

"Ölkə.Az" xəbər verir ki, layihə üzvü İlkin Namazlı Baku TV-yə müsahibəsində bildirib ki, artıq bununla bağlı veb-sayt da fəaliyyətə başlayıb:

“Biz 14 günlük marafon təşkil etmişdik. Bir çox xarici ölkələri, əsasən İtaliya, İspaniya, İngiltərə, ABŞ-ı (Kaliforniya ştatı) hədəf tutaraq, müəyyən məlumatları onlara çatdırdıq”.

Düşmənin yalanlarını ortaya çıxaracaq, Qarabağın Azərbaycanın əzəli torpağı olmasını təsdiqləyən tarixi faktlar ingilis, rus, alman, fransız, ispan və başqa dillərdə “Facebook”da yaradılmış bu qrupda paylaşılır. 

Ətraflı Baku TV-nin süjetində:

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Vilayət Eyvazov əmri ilə İlham Məmmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Samir Qurbanov Qaradağ Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi təyin edilib. O isə bu təyinata qədər Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb.

“Müdafiə xərclərinin artırılması zəruridir”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, iyul ayında baş verən Tovuz hadisələri bunu bir daha göstərdi.
“Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, sahibkarlar hazırda çox acınacaqlı vəziyyətdədir. Onlara dəstək üçün vəsait ayrılmalıdır. İkincisi isə birbaşa vətəndaşların özlərinə dəstək verilməlidir. Çünki pandemiya dövründə çox insan işsiz qalıb və bu, onların həyatında ciddi şəkildə mənfi təsir göstərib. Doğrudur, dövlət deyir ki, 600 min insana yardım edilib, amma bu çox azdır. İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər. Biz ölkədə sosial gərginliyi azaltmaq istəyiriksə, büdcənin xərclər hissəsində bu məsələyə xüsusi diqqət yetirməliyik”.