Dünya şöhrətli basketbolçu Kobe Brayant və digər 8 nəfərin helikopter qəzasında ölməsinə səbəb pilotun diqqətsizliyi olub.

Axar.az xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının rəhbəri Robert Sumvalt belə qənaətə gəlib.

Onun sözlərinə görə, pilot Ara Zobayan federal standartları pozaraq helikopteri buludların üzərində idarə edib və bu səbəbdən istiqamətini itirərək yerə çırpıb.

Xatırladaq ki, ötən il yanvarın 27-də NBA tarixinin ən yaxşı basketboçusu Kobe Brayant, onun 13 yaşlı qızı və digər 7 nəfər helikopter qəzasında həlak olub.