Son xəbərlər

Məşhur boksçular Mayk Tayson və Evander Holifild arasında növbəti döyüş keçirilə bilər.

Axar.az xəbər verir ki, yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) idman funksionerlərinin iştirakı ilə forum keçiriləcək və ehtimal var ki, qarşılaşma məhz həmin tədbir çərçivəsində baş tutacaq.

Rusiyanın “Fight Nights” klubunun sahibi Əmir Muradov öz açıqlamasında bildirib ki, sözügedən qarşılaşmanın keçirilməsi üçün danışıqlar gedir:

“Bu, çox maraqlı olardı. Amma belə bir döyüşün təşkili üçün haradasa 30 milyon dollar tələb olunur. Hazırda qarşılaşmanın keçirilməsi üçün bir neçə məkan nəzərdən keçirilir”.

Xatırladaq ki, bugünədək Tayson və Holifild artıq iki dəfə qarşılaşıb. İlk görüşdə 11-ci raundda Holifild “dəmir Maykı” nokauta göndərib. İkinci görüşdə isə Tayson rəqibinin qulağını dişlədikdən sonra diskvalifikasiya edilib.