Son xəbərlər

UFC üzrə yüngül çəkidə çempion Həbib Nurməhəmmədov peşəkar karyerasına qayıtmaq məsələsini fevralın sonunda təşkilatın rəhbəri Dana Uaytla müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə H.Nurməhəmmədov Matç TV-nin efirində çıxışında deyib.

“Karyera? Dana dürüst insandır. O, bir həftə əvvəl ona göndərdiyim mesajla jurnalistlər qarşısında çıxacaq. Ona necə bir proses istədiyimi dedim. Təkcə karyera ilə bağlı yox, həm də yüngül çəki ilə bağlı... Hazırki situasiya mənim xoşuma gəlmir, ona qeyri-müəyyənlikdən xoşlanmadığımı bildirdim”, - deyə Nurməhəmmədov qeyd edib.

Döyüşçü D.Uaytın istənilən qərarı ilə razılaşacağını da vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov 29-cu dəfə ardıcıl qələbə qazandıqdan sonra bir daha döyüşməyəcəyini bəyan etmişdi. O, sonuncu döyüşündə amerikalı idmançı Castin Qetci üzərində qələbə qazanmışdı.