Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, “Fənərbaxça” ilə derbidən qalib çıxan “Qalatasaray” evdə gözlənilmədən "Alanyaspor"a 2:3 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra "Qalatasaray" ölkə kubokunda mübarizəni dayandırıb. "Alanyaspor" isə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, dünən evdə "Başakşehir"ə 1:2 hesabı ilə uduzan "Fənərbağça" da ölkə kuboku ilə vidalaşıb.