Bakıda agır qəzaBakıda ağır yol qəzası baş verib.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib: "İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".


Bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsindən 26 il ötür. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev 98.84 faiz səslə Azərbaycan prezidenti seçilib.

Seçki gününün axşamı Heydər Əliyev tanınmış jurnalist Mir Şahinə müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

Axar.az mövzunun aktuallığını nəzərə alaraq, sözügedən müsahibəni təqdim edir:

Bakıda nəvə babasının evindən oğurluq edib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumat görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paytaxtın Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Report xəbər verir ki, hadisə Milli Məclisin binası qarşısında baş verib.

Qəza zamanı AzTV-nin 3 əməkdaşı - 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahin oğlu, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Məsələ ilə bağlı açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, AztTV-nin əməkdaşlarının vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.

Arvadını öldürüb gölməçəyə atdı, 7 il sonra həbs edildi

Bakıda 7 il əvvəl arvadını öldürüb itkin düşdüyünü deyən kişinin məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə 2012-ci ilin sonlarında baş verib. Qobustan qəsəbə sakini Nazim Cəfərov həyat yoldaşı Kamilə Cəfərovanı bıçaqlayaraq öldürüb, sonra isə meyiti qəsəbə ərazisindəki su hövzəsinə atıb. Bir neçə ay sonra isə arvadının itkin düşməsini polisə xəbər verib. K.Cəfərova 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və axtarışlara başlanılıb. Həmin ilin noyabrın 20-də Qobustan rayonunda gölməçədən çürümüş meyit tapılıb. Onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığı üçün həmin şəxsin Kamilə Cəfərova olduğu bilinməyib.

2019-cu ilin mart ayında cinayətin üstü açılıb və K.Cəfərovanı elə öz ərinin öldürdüyü aydın olub.  N.Cəfərov  qəsdən adam öldürməkdə ittiham edilərək həbs edilib. Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

İcra başçısının eks-müavini niyə intihar etdi?

Baş Prokurorluğun Mətbuat xidməti Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavininin intiharı ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya göndərilən açıqlamada deyilir:

“Avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”. 

Tanınmış neyrocərrah Hikmət Şəkərov vəfat edib.

Minval.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Hikmət Şəkərov “Baku Medical Plaza”nın baş həkim müavini vəzifəsində çalışırdı.

Xaçmazda ağır qəzaXaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına 6 nəfər çatdırılıb.

Yaralılar – Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanada hal-hazırda bir nəfər – 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov qalıb. Ona sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Suraxanı rayonunda xəstəxana binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında yanğın olub.

Alov qısa zamanda bir neçə palataya da keçib.

Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kvm ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.

FHN-nin əraziyə cəlb olunmuş briqadasından Oxu.Az-a bildirilib ki, ilkin ehtimallara görə, yanğın binanın damında yerləşən elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.