Azərbaycanda 15 yaşlı oğlanın öldüyü dəhşətli qəza anıHacıqabulda baş verən avtoqəzada 15 yaşlı oğlan ölüb.

APA TV xəbər verir ki, hadisə Pirsaat kəndi ərazisində qeydə alınıb.

Sürətlə hərəkətdə olan Bakı sakini, 1994-cü il təvəllüdlü İlkin Elşən oğlu Əliyevin idarə etdiyi "Toyota Camry" markalı 90 UU 111 dövlət nömrə nişanlı avtomobil idaretmədən çıxıb və təxminən 50 metrlik ayırıcı dəmir səddləri qıraraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, sürücü yüngül xəsarət alıb. Ölən gəncin meyiti Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ötən ay Daşkənd məhkəməsinin qərarı ilə azadlığa buraxılan azərbaycanlı biznesmen, “Gold Center” zərgərlik şirkətinin rəhbəri Əhməd Əliyev mətbuat konfransı keçirərək, bəzi sirli məqamlara aydınlıq gətirib. 

Oxu.Az xəbər verir ki, 53 yaşlı iş adamı 2012-ci ildə bir qrup generalın hazırda ölkə prezidenti, o zaman isə Baş nazir olan Şavkat Mirziyoyevə qarşı sui-qəsd təşkil edildiyini açıqlayıb:

“2011-2012-ci ildə Özbəkistanda dövlət çevrilişi hazırlanırdı. Çevriliş o zamankı prezident İslam Kərimovu vəzifəsindən uzaqlaşdırmaqla yanaşı, həmin dövrdə Baş nazir olan Şavkat Mirziyoyevə qarşı sui-qəsd məqsədi ilə hazırlanmışdı. Bunun arxasında isə o zaman dövlət təhlükəsizlik xidmətinin rəhbəri general Şuxrat Qulyamov dayanmışdı”.

Qulyamov 2017-ci ildə ömürlük azadlıqdan məhrum edilib, ancaq onun nədə ittiham olunduğu açıqlanmayıb.

Ə.Əliyev çevriliş cəhdi ilə bağlı digər şəxslərin adını ictimaiyyətə açıqlamasa da, bununla bağlı hökuməti məlumatlandırdığını deyib.

Əliyev həbs olunmasının əsas səbəbi kimi onun bu məsələdən xəbərdar olmasını göstərib:

“Mənim həbsimin iqtisadi səbəbi isə Daşkənddə tikdirdiyim “Gold Center”i əlimdən almaq cəhdi idi. Ancaq bu, ikinci səbəb idi”.

Qeyd edək ki, Ə.Əliyev etnik azərbaycanlıdır, zərgərlik şirkətini 20 yaşında qurub. O, həyat yoldaşı və şirkətin doqquz əməkdaşı 2012-ci ildə həbs olunmuşdu. 2013-cü ildə Daşkənd məhkəməsi biznesmeni 20 il müddətinə azadlıqdan məhrum edib.

O, cinayətkar qruplaşma yaratmaqda ittiham edilsə də, biznesmen bu itttihamları qəbul etməyib. Şirkətin doqquz əməkdaşına da həbs cəzası verilib, ancaq iş adamının arvadı şərti cəza alıb.

2014-cü ildə Əliyev “Jaslık” həbsxanasında hökumət nümayəndələri ilə əlaqə quraraq, şəxsən Mirziyoyevə 2012-ci ildəki sui-qəsd planları ilə bağlı məlumatları çatdırıb.

2017-ci ildə Əliyev saxlanma şəraitindən şikayətçi olub.

2019-cu ilin sentyabrında işə yenidən baxan Daşkənd məhkəməsi Əliyevi azadlığa buraxıb.

Rəsmi Daşkənd hələlik azərbaycanlı biznesmenin bu fikirlərinə münasibət bildirməyib.


Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.

Məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.

Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı BAKU.WS-ə təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.

“Cin və ruhla fala baxıram, qara magia ilə məşğulam, düşmənlərin ölməsi üçün cadu edirəm”.

Bu fikirlər “İnstaqram”da yer alır.

Ümumiyyətlə, son günlər bu cür elanlarla dolu fal və ya cadu səhifələrinə çox rast gəlmək mümkündür.

Səhifələrin hər birində fala baxan və ya cadu edən şəxslər bu işi nə ilə gördüklərini və hər bir işi üçün qiymətləri də qeyd ediblər.

Hətta bəzi səhifərələrdə cadunun edilməsi prosesi də aydın şəkildə göstərilir.

Hətta bu azmış kimi səhifələrin hər birində bu işi görənlər gördükləri işə zəmanat verdiklərini bildiriblər.

Onlar öz fəaliyyətlərini günün tələblərinə uyğunlaşdırmağı da yaddan çıxarmayıblar. Çünki ödənişi onlayn tələb edir, yalnız bundan sonra cadu etdiklərini müştərilərinə bildirirlər.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov isə bildirir ki, həmin şəxslər dələduzdurlar və məqsədləri insanları aldatmaqdır. Cadu deyilən bir anlayış yoxdur və bunu edənlər sadəcə insanları psixoloji olaraq buna inandırırlar.

Onun sözlərinə görə, belə insanlarla mübarizə aparmaq üçün Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə iş görürlər.

İdarə rəsmisi vətəndaşları bu dələduzlara qarşı ayıq olmağa və aldanıldıları təqdirdə dərhal müvafiq qurumlara müraciət etməyə çağırıb.

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da bu gün mübahisəli məqamlar yaşanıb.

Minval.info xəbər verir ki, verilişə müraciət edən Ceyhun adlı Neftçala sakini birinci qrup əlil olduğunu və arvadı tərəfindən biabr olduğunu bildirib.

Qeyd edib ki,  arvadı yaxın ailə dostu ilə ona xəyanət edib. Ən dəhşətli məqam isə qadının bunu ərindən rahat gizlətməsi olub. Ceyhun bəyin sözlərinə görə, bir gözünün görməməsi və digərinin zəif olmasından istifadə edən qadın bunu rahatlıqla gizlədib.

Bir gün evdə olan Ceyhun  bəy qadınının biabrçı fotolarını və videolarını gizli işlətdiyi telefonu ortaya çıxardaraq tapıb. Ceyhunun efirə çxımaqda tək istəyi kənddə rahatçılıq tapmasıdır.

«Mən kənddə gəzə bilmirəm. Hamı arvadımın bu hərəkətindən danışır. O, çıxsın getsin kənddən. Ən pis isə ondan keçən ayda boşansam da hələ də mənim evimdə rahat qalır» – deyə Ceyhun bildirib.

Daha sonra qarşı tərəf də efirə qoşulub müəyyən arqumetləri ortaya qoyub.

Həmin anları sizə təqdim edirik:

Minval.info

Elinanın ölümündə günahkar olan məktəb direktoruna hökm oxundu
Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

APA məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədikləri bildirib və həmçinin qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib: "Nə istintaq dövründə nə də məhkəmədə müvəkkilim barəsində verilən ittihamlar öz təsdiqini tapmayıb. Bu səbəbdən Sevinc Abbasova badəsində bəraət hökmünün çıxarılmasını tələb edirik".

Daha sonra Sevinc Abbasova son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "25 ildir müəllim işləyirəm. Məktəbdə, universitetdə dərs demişəm. Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olunmuşam. 625 namizəd içində ilkin direktor təyin olunan 12 direktordan biriyəm. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləmə olub. İşimdə heç zaman səhlənkar olmamışam. İttihamların heç birini qəbul etmirəm".

Məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya yaşadığı evdən 23:00-dan 07:00-a qədər çıxmaq qadağan olunub və o elektron qolbaq taxacaq.

Mülki iddiadan 18 min 500 manat (maddi ziyana görə 8 min 500 manat, mənəvi zərərə görə 10 min manat) direktordan tutularaq Elinanın anasına ödəniləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Azərbaycanda əjdaha başlı ilan görənləri şoka saldı
Xaçmaz rayonunda qorxunc ilan öldürülüb.

Hadisə rayonun Yalama kəndində qeydə alınıb. 

Kənddə qazıntı işləri aparan kənd sakinləri üzləşdiyi mənzərədən dəhşətə gəlib. Boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxslər dərhal onu zərərsizləşdirib. 

Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir.

20 cinayətin üstü “isti izlər”lə açıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərlə bağlı reyd keçirilib.

 APA xəbər verir ki, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb.

Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfinbdən “saxla” əmri verilib.

Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib.

Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan suni tıxac vasitəsilə saxlanılıb.

 

Sürücü Yasamal Rayon Polis İdarəsinin  27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.

O, bir müddət əvvəl sürücülk hüququndan məhrumda edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi idarəetməsində olan “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını klobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “saxla” əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomboili saxlaya bilib.

Sürücü heç bir sənədə təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.

Bir az əvvəl Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da inanılmaz anlar yaşanıb.

Verilişə müraciət edən Nuranə adlı xanım sevdiyi oğlan tərəfindən zorlandığını iddia edib. Onun iddiaları hər kəsi dəhşətə gətirib.

Nuranənin sözlərinə görə, sevdiyi oğlan onu anası ilə tanış olmaq adı ilə evə aparıb və iyrənc əməlini həyata keçirib. Bir az sonra verilişə adı çəkilən şəxsin anası da qoşulub. Ananın açıqlamaları hətta teleaparıcını da özündən çıxardıb. Nuranəni təhqir edən qadının telefon zəngi efirdən kəsilib. Qadın bildirib ki, oğlu ilə Nuranə sosial şəbəkələrdən tanış olub. Oğlu Nuranəni heç vaxt sevməyib.

Verilişdə iştirak edən Şeyx Əbdül də məsələyə sərt reaksiya bildirib. O, aidiyyatı qrumların bu işə göz yumamasına çağrış edib.

Olduqca dəhşətli etirafların səsləndiyi verilişi sizə təqdim edirik.