Son xəbərlər

Cinsi azlıqlar mitinqlə bağlı polisə çağırılıb?

“Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtlif polis bölmələrinə qeyri-forma görüşə çağırılmaqla, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır”. 

Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur: “Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət olunaraq, onlarla izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür ki, bu söhbətlərin məzmunu bilərəkdən, məqsədli olaraq cəmiyyətə başqa formada çatdırılır”.

E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir: “Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir”.

Oqtay Güləliyevin vəziyyətilə bağlı son məlumat AÇIQLANDI
Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

“City Hospital”dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır sabit, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevİ vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Bakıda baş vermiş dəhşətli qəza kameraya düşdü
Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində baş verib. "Opel" markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığında yolayrıcına daxil olur.

Bu zaman sağdan gələn avtomobilin önünə çıxır. Toqquşma nəticəsində "Opel" çevrilir və bir neçə metr kənarda aşır. Qəza nəticəsində "Opel"in sürücüsü ağır yaralanır. Digər avtomobilə ciddi ziyan dəyir. 

Qeyd edək ki, hadisə zamanı "Mercedes" markalı avtomobil də eyni şəkildə qaydanı pozur. Amma qəzadan sonra dayanır və son anda toqquşmadan xilas olur. 

Xatırladaq ki, bu cür qəzalar tez-tez baş verir. Səbəb isə sürücülərin son anda yolayrıcını keçməyə cəhd etməsi olur.

Videonu təqdim edirik:

Azərbaycanda ayı əti satan şəxs tutuldu
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

"Ölkə.Az" xəbər verir ki, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib.

Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.


Bakıda qadın narkotikin təsirindən ölüb.

Trend xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

17 yaşlı Əslanə evdən qaçıb. Şirvan rayonundan olan kollec tələbəsi anası ilə birlikdə Bakıda kirayə tutduqları evdə yaşayıblar.

Minval.info xəbər verir ki, Əslanə Şirvanda – gələcək qayınanasının evindən qaçıb. Qızını qaytarmaq məqsədilə “BizimləSən” proqramına gələn ananın söylədikləri hər kəsi şok edib.

Ana deyib ki, qızı 16 yaşında olanda evli kişi ilə sevgili olub: “Əslanə mənə onu sevdiyini deyirdi. Həmin adam da mənə Əslanəni sevdiyini, onunla evlənəcəyinə söz vermişdi. “Problemlərimi həll edim, elçi gələcəm” deyirdi. Bakıda tutduğum evdə qızımı o kişi ilə tutmuşam. İki günlük rayona getmişdim, qayıdanda onları evdə bir yerdə tutdum. Qızım həmin gün qayıdacağımı bilmirdi. Ümumiyyətlə, mən işə gedirdim, səhər çıxıb axşam qayıdırdım”.

Ana bu gördüklərindən sonra ailə Əslanəni ərə verməyi planlaşdırıblar. Onu özündən 11 yaş böyük – atasının Rusiyada yaşayan 28 yaşlı xalası nəvəsinə nişanlayıblar. Hər iki tərəf nişan mərasiminə hazırlaşdığı vaxtda evdən qaçıb.

Oktyabr ayının 11-dən qaçan Əslanədən 18 gündür xəbər yoxdur.

Minval.info

 
 
 
 
 
 


Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.

 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun – Zəngilanın işğalını başa çatdırıblar.

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. Rayonun sakinləri məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb, onların taleyindən bu günədək xəbər yoxdur.

Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.

Mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.

Qəzada ölən tələbələrin fotosu

Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğlu dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza zamanı ölənlər Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası tələbələri olub. 19 yaşlı gənclər universitetin III kursunda təhsil alırmışlar. 

Eldar Məmmədli Saatlı, İkram Bayramlı isə Tərtər rayonundan olub. 

Elmar Əli 

Qəzada həyatını itirən tələbələrin fotolarını təqdim edirik:

 


 
Bakı-Sumqayıt yolunda dəhşətli qəza
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

 Trend məlumatına görə, hadisə yolun “Ekologiya postu” adlanan hissəsində, tunelin yanında baş verib.

Sumqayıt istiqamətində hərəkət edən maşın baryerin içinə girərək iki hissəyə bölünüb.

Qəzanın maşının yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir.


Masallıda istirahət mərkəzində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetamin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.