Son xəbərlər

Almaniyadan deport edilən azərbaycanlılarla bağlı — RƏSMİ AÇIQLAMA

Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.
Deport edilən 61 azərbaycanlı Bakıya gəldi

Dövlət Miqrasiya Xidməti Almaniyadan deportasiya olunan azərbaycanlılarla bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində dünən Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Almaniyadan bir gecədə 140 azərbaycanlı mühacir qovuldu
Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb.

Trend xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deport olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar.

Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qeyd edilir.

Qeyd edək ki, son iki gündə Almaniyadan 12 Azərbaycan vətəndaşının deportasiya edildiyi barədə də məlumatlar yayılmışdı.

Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Bundan əlavə, Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deportasiya edilib.

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Turkustan.info-nun  məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında qərar qəbul olunub.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.  /Oxu24.com/

Bakıda məscidin yaxınlığında kişini döydülər
Bakıda döyülmə hadisəsi olub.

Report xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Xocahəsən Məscidinin qarşısında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Yusifov Gəncəvi İsmət oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki təpə və gicgah nahiyələrinin əziyi, hematoması diaqnozu qoyulub.

Bakının mərkəzində qanunsuz pul yığılırPaytaxtın Nizami rayonunda yerləşən köhnə maşın bazarına giriş-çıxış üçün sürücülərdən 20 qəpik- 1 manat arasında ödəniş tələb edilir.

"Ölkə.Az" Xəzər  TV-yə istinadən xəbər verir ki, belə vəziyyət sürücülərin haqlı narazılığına səbəb olur. Sürücülərdən ödəniş alınsa da, onlara qəbz təqdim edilmir.

Maşın bazarına daxil olmağın ödənişli olub-olmadığını əks etdirən heç bir nişan yoxdur. Ancaq buna baxmayaraq bazara giriş-çıxış üçün sürücülərdən pul alınır.

Görüntülər Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən köhnə Maşın bazarındandır. Avtomobillər çıxarkən bir nəzarətçi, dayanacaq haqqı kimi sürücülərdən pul alır. Özü də konkret bir məbləğ yoxdur. Nəzarətçi sürücülərdən 20 qəpiklə -1 manat arasında pul istəyir. Bu isə sürücülərin haqlı narazılığına səbəb olur

Nəzarətçiyə yaxınlaşıb sürücülərdən pul tələb etmələrinin səbəbini soruşduq. Özünü bazarın nəzarətçisi kimi təqdim edən bu şəxs sürücülərdən qanuni pul aldığını və qəbzdə verdiklərini bildirdi. Hərçənd ki çəkiliş zamanı sürücülərə qəbz verildiyinin şahidi olmadıq.

Problemlə bağlı bazar rəhbərliyinə müraciət etsək də suallarımız cavabsız qaldı.

Ekspertlər isə bildirir ki, sahibkarlar bu kimi yerlərə görə istənilən ödəniş məbləğini tətbiq edə bilərlər. Lakin ödənişlərin hamısı rəsmi olmalıdır.

Bu ödənişlərlə bağlı sürücülərə qəbz vəya bank hesabı təqdim edilməlidir. Əgər vergidən yayınma küllü miqdarda olduğu öz təsdiqini taparsa həmin sahibkar haqqında cinayət işi belə başlanıla bilər.

Yanan binadan insanlar belə xilas edildilərXəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

"Ölkə.Az" fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotoları təqdim edir:

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Dövlət Komitəsindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.

Dünən Almaniyada siyasi mühacir alverinə görə həbs edilən Elçin Əkbərov barəsində bundan öncə də Azərbaycan mediasında qalmaqallı yazılar yayımlanıb.

Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyən E.Əkbərov polis mayoru olan qardaşı Mahir Əkbərovla bağlı gündəmə gəlmişdi. M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuşdu. Onun arvadı Leyla Əkbərova isə bir neçə nəfərdən saxta sənəd düzəltməklə vəzifəyə təyin etmək adı altında 100 min manatdan çox pul alıb mənimsəmişdi. Məhkəmə L.Abdullayevanı 9 il müddətinə azadlıqdan məhrum etdi.

Həmin zaman zərərçəkən tərəf bu işləri Mahir Əkbərovun etdiyini iddia edirdi: “95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova, Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirdi, istintaqın çağırışlarına da gəlmirdi. Onun xarici pasportunun vaxtı bitdiyi üçün “ASAN” xidmətdə pasportunu dəyişdirəndə saxlamışdılar”.

Həbs olunanlardan biri Mədət Quliyevin işdən qovduğu rəisdir

Mahir Əkbərova 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubov tərəfindən töhmət elan edilib. Binəqədi RPİ-dən çıxarılandan sonra  Nizami rayonunda Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olub, bir müddət sonra isə polis orqanlarından xaric edilib.

Bu işdə Mahir və Elçin Əkbərovların anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləmiş Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə vermişdi. O, əvvəllər Şərur rayon Təhsil Şöbəsinin rəhbəri olub.

Bakupost.az-ın 2016-cı ildə yaydığı məlumatda qeyd olunub ki, uzun müddət Cəzaçəkmə Müəssisələrinin rəisi işləyən Elçin Əkbərov 2015-ci ildə Almaniyadan siyasi sığınacaq alıb: “Həmin vəzifədə işləyən zaman insan hüquq və azadlıqlarının pozan, məhbuslarla qəddar münasibəti ilə seçilən və ən rüşvətxor müəssisə rəhbərlərindən biri kimi tanınan bu şəxs elə həmin əməllərinə görə də Mədət Quliyevin əmri ilə işdən qovulub.

Elçin Əkbərov Almaniyada qaçqın statusu aldıqdan sonra da bir neçə dəfə Azərbaycanda olub. Belə ki, o, 2015-ci ilin oktyabr ayında Azərbaycan pasportu ilə Azərbaycana gəlib. 01.11.2015-ci ildə Azərbaycanı tərk etməklə Türkiyəyə, oradan isə Almaniyaya gedib.

Araşdırma zamanı məlum olub ki, E.Əkbərov dekabr ayında da Azərbaycanda olub. O hətta Bakıda özünə yeni pasport da alıb. Almaniyada siyasi sığınacaq alan keçmiş rəisə P16910631 saylı pasportu 13 dekabr 2016-cı ildə ASAN- 2 də veriblər.

Qeyd edək ki, bu ailə əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindəndir. İddiaya görə, Elçin Əkbərov 90-cı illərdə həmin dövrün məşhur “Laləndə” restoranında münaqişə zəminində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralayıb.

E.Əkbərov 2015-ci ildə “Yeni Müsavat”a müsahibəsində deyib ki, şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemi olub: “Mədət QuliyevPenitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim”

E.Əkbərun Almaniyada dörd uşağı və arvadı ilə birgə yaşayır. Onun 90-cı illərdə “OMON”-la əlaqəsi olduğu bildirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Əkbərovun Almaniyada mühacirlik həyatı yaşadığı vaxt da Bakıda biznesini idarə etdiyi, başqa adla hazırladığı saxta pasportla Azərbaycana gəlib getdiyi iddia olunur. Onun Babək prospketində “Aysun” adlı restoranı, Bakıda bahalı maşınları olduğu barədə məlumatlar var. İddiaya görə, E.Əkbərov həyat yoldaşı Pərvin Əkbərova üçün də saxta sənəd düzəldib onu “Sevda Əkbərova” kimi təqdim edib.

Əkbərovun digər qardaşları Elnur isə Nizami rayonunda yerləşən maşın bazarında topdan təkər satışı ilə məşğul olur. Məlumata görə, E.Əkbərov Almaniyadan Azərbaycana içi təkərlə dolu tırlar göndərirmiş, Elnur isə təkərləri özünə götürüb maşını sataraq pulu Elçinə göndərib. E.Əkbərov mühacir statusu aldıqdan sonra Almaniyada ət biznesi ilə məşğul olub.

Almaniya mətbuatını yazdığına görə, mühacir alverinə görə tutulanlar təxminən 20 azərbaycanlınıdan 3-10 min avro alaraq qarşılığında mühacirlik statusu vəd ediblər.

Nazirliyin 2 vəzifəli şəxsinə cinayət işi açıldı

Dövlət Sosial Müdafiə Fondunun iki rayon üzrə şöbə müdiri haqda cinayət işi başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan birgə məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.