Son xəbərlər

Bakıda ərəb evə əylənmək üçün qadınlar gətirdi, olanlar olduBakının Səbail rayonunda xarici turistlər qarət edilib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dörd nəfər naməlum qadın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində kirayə mənzildə məskunlaşmış Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1991-ci il təvəllüdlü Alomira Soxuila Abduranı qarət ediblər.

Səbail rayonu 41-ci Polis Bölməsinə müraciət edən turist qadınların onun 600 manat pulunu oğurladıqlarından şikayət edib.

İlkin məlumata əsasən, ərəb turist qadınları kirayədə qaldığı evə əylənmək məqsədilə gətirib.

Digər hadisə Neftçilər prospekti 36 nömrəli binanın qarşısında baş verib.

1985-ci il təvəllüdlü Pakistan vətəndaşı Zubair Adnan Pakistani cibindən naməlum şəraitdə 500 dolların oğurlandığından şikayət edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hələlik saxlanılan yoxdur.

Neft Daşlarında dalğanın hündürlüyü 3,8 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, 2 dekabr saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə ( Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 m/s, Maştağa, Tərtərdə 25 m/s, Xınalıqda 24 m/s, Nabranda 20 m/s, Bərdədə 18 m/s, Xaçmazda 16 m/s, Şəmkirdə 15 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.

Zamiq Sevda ilə birlikdə çəkilmiş görüntüləri efirə təqdim edib

Ötən gün Space TV-də yayımlanan “Gəl, dərdini danış” verilişinə müraciət edən Zamiq adlı şəxsin problemi hər kəsin diqqətini çəkib.

Başqa bir televiziyada efirə çıxan Sevda adlı qadın Zamiqi onu videogörüntülərlə şantaj etməklə ittiham edib. Zamiq isə “Gəl, dərdini danış” verilişində həmin qadının ona 20 min AZN pul borclu olduğunu bildirib. Zamiqin sözlərinə görə, Sevdanın onunla münasibətləri olub. Sevdaya qarşı heç bir zorakılıq etməyib.

Daha sonra Zamiq Sevda ilə birlikdə çəkilmiş görüntüləri efirə təqdim edib. O, videonun çəkilərək Sevdanın oğluna göndərildiyini bildirib.

Bundan başqa adı Zamiqlə hallanan başqa bir xanım efirə gəlib. Mətanət adlı qadının ailəsi onun 3 uşağını ataraq Zamiqlə qoşulub qaçdığını bildirib. Lakin Mətanət Zamiqin çox yaxşı insan olduğunu, ona hər zaman kömək etdiyini bildirib. Mətanət Zamiqlə aralarında heç bir münasibətin olmadığını söyləyib.

Türkiyənin Ordu şəhərindən Yozqat şəhərinə yarışa gedən Ordu Gənclərbirliyi qadın həndbol komandasını daşıyan avtobus Yozqatın Aydıncık qəbəsəsində qəzaya uğrayıb. İkinci liqada mübarizə aparan komandanın avtobusu dərə yatağına aşıb.

Minval.info oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılar Çəkərək və Sorqundakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların şəxsiyyəti hələlik açıqlanayıb.

Ötən gün Bakıda konsert verən türkiyəli müğənni Ersay Üner qalmaqal yaşayıb.

Minval.info bildirir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, o, kulisdə meneceri Subutay Yitginlə mübahisə edib.

Əsəblərini cilovlaya bilməyən ifaçı menecerini döyüb. Bu zaman otaqda olan digər komanda üzvləri onları sakitləşdirib.

Davanın hansı səbəbdən yarandığı isə məlum deyil.

Qeyd edək ki, Ersay Üner Azərbaycanda “İki aşık” mahnısı ilə məşhurlaşıb.

Qəsdən adam öldürməkdə təqsirli bilinən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirməkdə suçlanır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclası yenə də gərginliklə başlayıb. Mərhumun ailə üzvləri Günel Qasımovanın ünvanına sərt ifadələr səsləndiriblər.

Prosesdə mərhumun ailə üzvlərinin vəkilinin vəsatəti əsasında məhkəməyə çağırılan Nicat Abışov şahid qismində ifadə verib.

O deyib ki, mərhum anasının xalası oğludur:

“Rəhmətliklə münasibətimiz yaxşı idi. Yaş fərqimiz çox idi, amma qardaş kimi idik. Bu qadınla görüşəndə həmişə ailəsində problem olurdu. Ramiz Günellə görüşməyə gedəndə məni də özü ilə aparırdı ki, yoldaşı zəng edəndə mənimlə olduğunu desin.

Neçə dəfə Günelin qaldığı evə getmişik. Nabranda bir yerdə yeyib-içmişik. Bir dəfə də bir yerdə oturanda içki də içmişdilər. Günel içkili idi. Ramizə dedi ki, biz birlikdə yaşayaq. Ramiz isə dedi ki, birlikdə yaşamağımız ömür boyu mümkün deyil. Mübahisə edəndə Günel qışqırmağa başladı. Dava-dalaş olanda Günelin oğlu da orda idi. Uşağı oradan mən apardım”.

Nicat Abışov suallara cavab verən zaman deyib ki, Ramizin ailəsi bu münasibətdən xəbər tutub: “Ramizin bacısı, yoldaşı deyirdi ki, onları Günelin evinə aparım. Amma mən bunu edə bilməzdim. Çünki Günel Ramizi ölümlə hədələyirdi. Ramiz də deyirdi ki, əgər evdəkilərə desəm, söz-söhbət olsa, Günel onu öldürəcək. Günel mənim yanımda da Ramizi ölümlə hədələyib”.

Prokuror Nicat Abışova sual verib ki, Günelin Ramizi ölümlə hədələməsi barədə niyə polisə məlumat verməyib?

Nicat söyləyib ki, bunu ona görə etməyib ki, Ramizin ailəsində problem yaranmasını istəməyib.

Daha sonra prokuror şahidə sual verib ki, Ramiz öldükdən sonra niyə bu haqda polisə deməyib?

Şahid qeyd edib ki, həmin ərəfədə Ramizin ölümündən sarsıntı keçirib: “Polis məni dindirmədi. Mən də çox sarsıntı keçirmişdim. Sonra da anam ağır xəstəlikdən vəfat etdi”.

Nicat Abışov mərhumun Güneldən borc alması barədə də suala cavab verib. Deyib ki, Ramiz heç vaxt, heç kimdən borc almayıb.

Məhkəmədə Abşeron Rayon Polis İdarəsinin əməliyyatçısı Əli Almazov ifadə verib.

Polis əməkdaşı cinayət hadisəsi baş verən zaman həyata keçirdikləri əməliyyatın təfərrüatlarından danışıb.

Bildirib ki, hadisə yerinə gələn zaman yerdə uzanan şəxsin sinəsində bıçaq izi görüblər:

“Bu hadisənin qətl olması qənaətinə gəldik. Ətrafa baxış keçirdik. Meyitin yanında mobil telefon tapdıq. Telefonun mərhuma məxsus olduğunu düşündük. Bu zaman telefona zəng gəldi. Mən telefonu açıb telefon sahibinin yaralandığını bildirdim. Məlum oldu ki, zəng edən həmin şəxsin xanımıdır”.

Əli Almazov deyib ki, mərhumun həyat yoldaşı ilə danışan zaman ondan kimdən şübhələndiyini soruşub: “Həyat yoldaşı dedi ki, Günel adlı şəxslə qeyri-rəsmi münasibətdə olub. O, mərhumun Güneldən alacağının olduğunu, buna görə də öldürülə biləcəyini dedi. Biz də səhər Güneli polisə dəvət etdik. Ona mərhum Ramizin öldüyünü demədik. Bildirdik ki, Ramiz ondan şikayət edib və pulunu tələb edir. Günel əvvəlcə dedi ki, Ramizi 1 aydır görmür. Sonra Günel yola salındı və biz araşdırmalarımızı davam etdirdik. Kamera görüntüləri çıxarılan zaman Günelin hadisə yerinə yaxın ərazidə olduğu müəyyən edildi. Başqa bir görüntüdə isə mərhumla birlikdə yol getdiyini aşkar etdik. Bununla bağlı Güneli yenidən polisə dəvət etdik. Ona niyə yalan danışdığını deyib, kamera görüntülərini göstərdi. Günel fikrini dəyişdi və həmin gün Ramizlə görüşdüyünü təsdiqlədi. Bildirdi ki, 20 dəqiqədən sonra oradan ayrılıb. Daha sonra onun bəzi dediklərində də ziddiyətlər olduğu məlum oldu. Günel “Tale Yolları” restoranının yanından dönərək taksiyə mindiyini dedi. Amma kamera görüntüləri bunun da əksini göstərdi. Məlum oldu ki, o, restoranın qarşısından düz hərəkət edərək yoluna davam edib. Başqa bir kamera görüntüsündə Günelin yolu qaçaraq yox, iti addımlarla keçərək geri qayıtdığını müşahidə etdik”.

Suallara cavab verən polis əməkdaşı deyib ki, Günel davranışları ilə onları aldatmağa çalışıb: “Özünü elə apardı ki, guya Ramizin ölməsindən xəbəri yoxdur. Biz də bunu demirdik. Mən 30 ildir şübhəli şəxs dindirirəm. Belə qənaətə gəldim ki, o, qətli törədib. Mən ona Ramizin öldüyünü deyəndə özünü narahat olmuş kimi göstərdi”.

Polis əməkdaşının dediklərinə Günel Qasımova etiraz edib. Bildirib ki, saxlanılan zaman ona təzyiq edilib:

“Mən hadisə günü haradan keçdiyimi, harada olduğumu özüm demişəm. Kameralar olan yerləri, mağazaları mən göstərmişəm. Yazılıb ki, guya uğurlu əməliyyatla aşkarlayıblar. Mən qətl törətməmişəm”.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Günel Qasımova qətl törətməsinə etiraf etmir, özünü günahkar bilmir.

İş adamları ilə bağlı dünya çapında nüfuz sahibi olan “Forbes” jurnalında azərbaycanlı iş adamları haqqında maraqlı bir yazı gedib. Məqalədə adı hallanan şəxslər rəsmən milyarderlər kimi tanınırlar. “Forbes” yazır ki, Rusiyada birgə iş görən iki azərbaycanlı milyarder arasında qarşıdurma yaranıb və milyarderlərdən biri o birinin üstünə silahlı birləşmə göndərib…

 

Məqalədə qeyd olunur ki, 46 yaşlı İlqar Hacıyev Azərbaycanda milyard dollar dəyəri olan ilk şirkəti quran birisidir. Hazırda o, Berlində fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi tikinti şirkəti gördüyü işlərin həcmindən dolayı “Titan” hesab olunur. Artıq bu şirkət Afrikada da özünə yer edib. Qambiyada böyük işlər görür.

İlqar Hacıyev 15 ildən çoxdur ki, Azərbaycanda, keçmiş Sovet İttifaqı, Şərqi Avropa və hətta Nigeriyada yollar, körpülər, hava və dəniz limanları tikir. İndi o, Berlində yaşayan digər azərbaycanlı iş adamı Ziya Qazıyevlə ortaqlıq edir.

Картинки по запросу God Nissanov iş adamı

God Nisanov

Bir il əvvələ qədər cənab Hacıyev əsasən Rusiyada tikinti işinə baxırdı. Lakin orada başqa bir azərbaycanlı iş adamı, əmlak bazarında milyardlar qazanmış God Nisanovla mübahisələri düşüb. Qarşı tərəf onu ölümlə təhdid edir. Elə bu səbəbdən də İlqar Hacıyev sonda Berlinə köçməyə vadar olub.

“Almaniya biznes üçün fantastik bir yerdir”, Hacıyev Berlindəki ofisində verdiyi müsahibəsində belə deyir.

Amerika jurnalı yazır ki, İlqar Hacıyevin biznes istedadı haqqında əfsanələr dolaşır. O, 15 yaşında Azərbaycanın paytaxtını tərk edərək Rusiyaya gedib. Dörd il sonra, o, artıq milyonçu idi. Biznes sahəsində sürətlə irəlilədi. Bir müddət sonra yenidən Bakıya qayıtdı. “Akkord” tikinti şirkətini yaratdı. Sovet İttifaqının süqutu və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən separatçı müharibə iqtisadiyyatı yaman günə qoymuşdu. Lakin 2006-cı ildən sonra Azərbaycanın karbohidrogen ehtiyatları Qərbə nəql olunmağa başladı. Ölkədə canlanma yarandı.

O zaman cəmi 33 yaşı olan İlqar Hacıyevin şirkətinin bazar dəyəri 4 milyard dollardan çox idi. Strateji əhəmiyyətli infrastruktur layihələrinin istismara verilməsinin açılışlarına qatılırdı….

2017-ci ildə cənab Hacıyev Moskvadakı ortağı Nisanovla birlikdə bahalı kommersiya layihələri həyat keçirdirdi.

Cənab Hacıyev 2018-ci ildə 50 milyon dollar qoyaraq növbəti tikintiyə başladı. Ancaq Nisanovla aralarında problem yarandı. Hacıyev layihədə yaşayış sahəsinin daha çox olmasına çalışırdı, Nisanov isə kommersiya üçün daha geniş ərazi əldə etmək istəyirdi.

Amerika nəşri deyir ki, o vaxt Rusiya mətbuatı yazırdı ki, Nisanov cənab Hacıyevin üstünə silahlı banda göndərib. Ölümlə təhdid edilən cənab Hacıyev və onun ailəsi Almaniyaya qaçmağa məcbur olub.

İndi isə o, Almaniya üzərindən Rusiyada yarımçıq qalan işlərini yekunlaşdırmağa çalışır…

https://www.forbes.com/sites/mfonobongnsehe/2019/12/01/azerbaijani-construction-titan-makes-infrastructure-and-renewables-push-in-africa/#6d1e035e7ec1

BDU daha bir tələbəsini itirdiBakı Dövlət Universitetinin (BDU) daha bir tələbəsi vəfat edib.

"Ölkə.Az" Trend-ə istinadla xəbər verir ki, BDU-nun Coğrafiya fakultəsinin I kurs tələbəsi Vasif Hacıyev ürəktutmasından dünyasını dəyişib.

O, futbol oynayararkən anidən halı pisləşib. Oynayarkən tələbə yoldaşlarından geridə qalan V.Hacıyev qəfl yerə yıxılıb və daha sonra dünyasını dəyişib.

Sabah hava necə olacaq?Bakıda və Abşeron yarımadasında noyabrın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Minval.info-ya daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin miqyas və keyfiyyət göstəriciləri daha da gücləndirilmiş, sosial siyasətin prioritet istiqamətlərindən biri kimi bu strateji sferada idarəetmənin təkmilləşdirilməsində, eləcə də əlçatanlığın və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunmuşdur.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən sosial təminat sistemində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirilməsi sahəsində baş verə biləcək sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını – dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilmişdir.

Aparılmış istintaqla həmçinin, T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Cinayət işi üzrə T.Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir”.