Son xəbərlər

“Malibo” MMC-nin apardığı tikinti işləri ətrafda yaşayan sakinləri narahat edib.

Minval.info xəbər verir ki, şirkət Rəzul Rza küçəsində (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küşəsinə qədər) tikintiyə görə yolu bağlayıb. Yol uzun müddətdir keçilməz haldadır və bu da sakinlərin haqlı narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, şirkətin yolu işğal etməsi nəticəsində yaxınlıqdakı təhsil ocaqlarına, klinika və bağçaya gediş-gəliş çətinləşib.

Vəziyyətdən şikayətçi olan sakinlər şirkət əməkdaşlarına dəfələrlə narazılıqlarını bildiriblər. Amma heç bir faydası olmayıb. İddia edilir ki, şirkət yolu qəsdən qapadıb və yolu tikinti ərazisinə qataraq oranı tamamı ilə zəbt edəcək.

“Şirkət yaşayış üçün bina tikir, amma başqalarının yaşayışına mane olur” – deyən sakinlər məsələnin həlli üçün rəsmi qurumlara da şikayət edəcəklərini bildiriblər.

 

Bu günün hava proqnozu açıqlanıbAzərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında noyabrın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

“Caspian Sport Hotel”də oğurluq hadisəsi baş verib.

Məlumata görə, əslən azərbaycanlı, amma Rusiya vətəndaşı olan Tanırverdiyev Anar ötən ayın əvvəlində həyat yoldaşı ilə Bakıya gəlib. Onlar “Caspian Sport Hotel”də yerləşiblər.

İlk günlərdə hər hansı bir problem olmasa da, sonradan başlarına heç gözləmədikləri hadisə gəlib. Minval.İnfo xəbər verir ki, cütlüyün otağından 2 dəfə pul oğurlanıb.

Hadisə ilə bağlı saytımıza danışan Anar Tanırverdiyev bildirib ki, ilk oğurluq hadisəsində heç kimə şikayət etməyiblər:

“Mən Rusiyada yaşayıram və ora vətəndaşıyam. Həyat yoldaşımla Bakıya, anamın yanına qonaq gəlmişdik. Yoldaşım ilk dəfə Azərbaycana gəlib. Onun yanında çox pərt oldum. Oktyabrın 19-25 arasında açarla bağlanan siyirmədən 10 min rubl pulumuz yoxa çıxdı. Niyə tarix aralığı verirəm, çünki pulu dolaba qoymuşduq və hər gün orada olub-olmadığını yoxlamadıq. Kim kənara qoyduğu pulu hər gün yoxlayır? Heç kim. Pul itdi, qonağıq, problem olmasın, kefimiz pozulmasın deyə bir şey demədik. Həm də mən keçmiş polis əməkdaşı kimi düşündüm ki, dəhlizdə kamera yoxdur, sübut edə bilməyəcəyik. Ona görə də səs etmədik”.

Şikayətçinin sözlərinə görə, onların otağından ikinci dəfə oğurluq ediləndə artıq buna etiraz etməli olublar:

“Noyabrın 1-i yoldaşımı hava limanına aparmalı idim. O polis əməkdaşıdır və iş günləri başlayırdı. Gördük ki, indi də çantamızdan 5 min rubl oğurlanıb. Çox pərt oldum, yoldaşım ilk dəfə Azərbaycana gəlir və bizim pulumuzu 2 dəfə oğurlayırlar. Birinci hadisə otağımızdakı açarla bağlanan siyirmədən olmuşdusa, ikinci dəfə əl çantamızdan, xırda pulları saxlayıb, 5000 rublu götürüblər.

Biz Nizami rayon ərazisində olan 23-cü polis bölməsinə şikayət etdik. Onlar gəldilər, izahat yazdırdılar, getdilər. Oteldən də dedilər ki, “Biz otaqda itən əşyalara cavabdeh deyilik”. Belə çıxır ki, otağımızdan çıxıb idman zalına, şəhərə gəzməyə gedəndə bütün əşyalarımızı özümüzlə daşımalıyıq?

Hadisə göstərir ki, kimsə otağımıza dadanıb və bizim pulumuzu oğurlayır. Bu xadimə də ola bilər, başqası da… Biz heç kimi günahlandırmaq istəmirik, amma heç bir araşdırma getmir. Birindən izahat da almadılar, ortada dəhşət böyük məbləğ olmasa da, oğurlanan pul var. Hadisə baş verib. Bu oteldə oğurluq var”.

A.Tanırverdiyev bildirib ki, oteldən ona şər də atıblar: “Mənə, bu məsələylə maraqlananlara deyirlər ki, guya mən otaqda şüşəni qırmışam, dəhlizdə olan xəbərdarlıq lövhəsini sındırmışam. Buna görə də, 200 manatlıq cərimə yazıblar. Yəni mənə şər atırlar. Mən onları şikayət etdiyim üçün onlar da uydurma hadisə ilə məni şikayət ediblər. Səfirlikdən nümayəndə gəlmişdi, bildirdilər ki, ən yaxşı yolu qarşılıqlı anlaşmaqdır. Mən izahat yazıb şikayətimin olmadığını bildirdim, onlar da aktı ləğv etdilər. Pulum da oğurlandı, üstəlik şər də atıldı”.

Məsələ ilə bağlı “Caspian Sport Hotel” ilə əlaqə saxladıq. Otelin əməkdaşı bildirdi ki, şikayətçi şəxs ötən gün otellə arasında heç bir problemin olmadığı ilə bağlı izahat yazıb. Bundan artıq hər hansı bir məlumat vermək istəmirlər.

 

 

Oqtay Gülalıyevin vəziyyəti necədir?
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

"Ölkə.Az" xəbər verir ki, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib: “Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm. 

Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq. 

Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".

Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib: "Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik".

O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib ki, hazırda əri ikinci dərəcəli komadadır, vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtayın Türkiyəyə aparılması təşkil olunub, onun müalicəsi orada davam etdiriləcək. Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinə də təşəkkür edirəm. Buradakı müalicəsi çox yüksək səviyyədə aparılıb. Sadəcə, Oqtay Gülalıyev City Hospitalda gec əməliyyat olunduğu üçün bu vəziyyətə düşüb". 

 
Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı
Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxslər saxlanılıb.

Bu barədə "Ölkə.Az"a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir.

Ərinin işgəncələr etdiyi qadının danışdıqları dəhşətə gətirdiRusiyada yaşayan azərbaycanlı kişi həyat yoldaşını vəhşicəsinə döyüb.

Baku.ws xəbər verir ki, "Səni axtarıram" proqramına gələn qadının danışdıqları hər kəsi dəhşətə gətirib.

Ər uşaqlarının atasını mütəmadi olaraq döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib. Qadının sinəsilə yanaşı onurğasında və bədəninin digər hissələrində zədələr var.

Qadın proqrama əlindən alınan üç azyaşlı uşağının geri qaytarılması üçün müraciət edib. 

Oqtay Gülalıyev xüsusi ambulans təyyarə ilə Türkiyəyə göndərilibOktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə göndərilib.

 O.Gülaliyevin müalicəsi İstanbul şəhərindəki xəstəxanada davam etdiriləcək.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib. 

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Tofiq Əliyev idarə etdiyi “Fiat Doblo” markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən bu zaman əks istiqamətdən yüksək sürətlə gələn “Opel” markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən “Fiat Doblo” aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan “KİA” markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı “Fiat”-ın sürücüsü T.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.

 

Gəncin atası Nazim Həbibzadə: “Oğlumu tamah məqsədilə öldürüblər…”

Bakının Türkan qəsəbəsində, Bağlar massivində baxımsız bağ evinin həyətindəki su quyusunda çürüməyə məruz qalan kişi meyiti aşkar olunub. Meyitin su quyusunda  olmasını istintaqçılara Binəqədi rayon sakini Səbuhi Telman oğlu Ələkbərov deyib. Etiraf edib ki, bacanağı Rəşadla birgə qonşusu olan 1987-ci il təvəllüdlü Elvin Nazim oğlu Həbibzadəni qətlə yetiriblər. Meyiti isə özünün ana babasının Türkanda yerləşən bağındakı su quyusuna atıb, üstünə qayma daşlar tullayıblar. 

Amansız qətlin motivi haqda “Yeni Müsavat”a mərhum Elvin Həbibzadənin atası Nazim Həbibov danışıb. Deyib ki, cinayət tamah məqsədilə törədilib, sonradan isə motivin gizlədilməsinə yönəlik addımlar atılıb, ifadələr verilib. Onun sözlərinə görə, cinayətdən sonra baş verənlər belə nəticəyə gəlməyə əsas verir:

“Elvin oktyabrın 13-də həyat yoldaşı ilə əlaqə saxlayıb, evə nə lazım olmasını xəbər alıb. Deyib ki, az sonra gələcək. Oğlum evə zəng eləyəndə axşam 11 radələri olub. Elvin stomatoloq idi, gününün çox hissəsi özünün şəxsi kabinetində keçirdi. Qazancı da yaxşı idi. Həmin gün də Elvin zəng edəndə yoldaşı telefonla ona evə nə lazımdır deyib, sonra da yuxulayıb. Bir də səhər ayılıb ki, Elvin evə gəlməyib. Bizə bu haqda məlumat verəndən sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə də xəbər veriblər. Bölmədə Elvinin dostlarını araşdırdılar, qonşu Səbuhini də çağırmışdılar. Səbuhi demişdi ki, həmin gün Elvinlə bir yerdə olublar. Elvin onu çağırıb, deyib ki, gəl mənimlə gedək. Elvinin maşınında birgə Sahil qəsəbəsinə gediblər. Orada körpünün üstündə Qaqo adlı şəxs də maşına minib. Səbuhi deyirdi ki, Qaqo Elvinin tanışı olub. Sahil qəsəbəsindən Qala qəsəbəsinə gediblər, oradan da gecə yarısı qayıdıb onu Binəqədidəki daş bazarının yanında maşından düşürüblər, özləri də harasa gediblər”.

Səbuhi Ələkbərovun sözlərinə görə, bütün bu səyahət zamanı onun tanımadığı Qaqo ilə Elvin söhbət edib,  həmin vaxt da özü arxa oturacaqda yatıbmış. Amma istintaqçılar ona inanmayıblar.

Elvin həbibzadə ile ilgili görsel sonucu

“Səbuhi Elvin itkin düşdüyü 10 gün ərzində yanıma düşüb mənimlə birgə onu axtarırdı. Qaqonu tanımadığını dönə-dönə deyirdi. Səbuhi deyirdi ki, mən Gürcüstanda iş tapmışam. Məni tez-tez polisə çağırırlar deyə zorla tapdığım işin dalınca da gedə bilmirəm. Mən də polisə deyirdim ki, bununla nə işiniz var, buraxın getsin. 1-2 dəfə çağırıb dindirmisiz, daha onu çağırmayın, qoy işi ilə məşğul olsun. Həmin günlərdə Səbuhi ailəsini də götürüb Gürcüstana getmək istədi. Sərhəddə bilindi ki, ölkədən çıxışına qadağa var, geri qaytardılar. O, yenə də nə baş verdiyini demirdi. Bizlər də hər gün Elvini axtarırdıq. Səbuhi də deyirdi ki, Elvini tanımırsız, gələcək də. Nə düşüb onu axtarırsız” – mərhumun atası deyir.

Məsələnin üstü Elvin Həbibzadəyə məxsus “BMW” markalı maşının aşkarlanmasından sonra açılıb. Atası bildirir ki, oğlu itkin düşəndən sonra onun maşını da yoxa çıxıb. Polis kameralar vasitəsilə maşının harada olmasını müəyyən edə bilməyib. Belə qənaətə gəliblər ki, maşının nömrə nişanları saxta nömrə nişanları ilə əvəzlənib. Ona görə də Elvin Həbibzadəyə məxsus “BMW” markalı maşını Az 10 VP 103 nömrə nişanı ilə kameralarla müəyyən etmək olmur: “Qara rəngli bütün oxşar ”BMW”lərin hərəkət trayektoriyasını yoxladılar. Digər oğlum Elçinə xəbər verildi ki, oxşar “BMW” Qızıldaş qəsəbəsi istiqamətinə gedib. Elçin də Qızıldaşa getmişdi, mərkəzə yaxın yerdə olan təmir sexinin qarşısında Elvinin maşınını aşkarlamışdı. Maşının üzərində saxta nömrə nişanları olmuşdu. Maşının mühərrik hissəsi isti olduğundan Elçin başa düşmüşdü ki, maşını az əvvəl həmin ərazidə saxlayıblar. Təmir sexində çalışan usta demişdi ki, maşın Rəşad adlı bir şəxsə məxsusdur, maşını onun yanına söküb satmaq üçün gətirib. Elçin bizə bu haqda məlumat verəndən sonra ora yollandıq. İstintaqçılara da bu barədə xəbər verdik. Biz ora çatanda Rəşadı sexə çağırdılar, maşını kimdən aldığını soruşdular. Dedi ki, guya Sahil qəsəbəsində körpünün üstündə dayanıbmış, həmin vaxt yanında bir maşın saxlayıb, sürücü maşını təcili satdığını deyib. 4 min manata razılaşıblar, o da maşını alıb. Maşının real bazar qiyməti 15-16 min manat idi. Rəşadı sorğu-sual etmək üçün bölməyə gətirdilər. O da bölmədən qaçdı. Sonra yenə də tutub gətirdilər. Səbuhi də dedi ki, Rəşad onun bacanağıdır. Məlum oldu ki, Qaqo dediyi şəxs elə Rəşaddır”.

Elvin həbibzadə ile ilgili görsel sonucu

Nazim Həbibovun sözlərinə görə, bundan sonra işin üstü açılıb: “Məlum oldu ki, hadisə olan gün Səbuhi Elvindən xahiş edib ki, onu Sahil qəsəbəsinə aparsın. Elvin də aparıb. Orada körpünün üstündə maşına bacanağı Rəşad minib və vəhşicəsinə Elvini öldürüblər. Oğlumun boğazına qayçı ilə zərbə vurublar, müqavimət göstərəndə bıçaqla xəsarətlər yetiriblər. Cinayət Sahil qəsəbəsində baş verib. Meyiti gizlətmək üçün Türkana, Səbuhinin ana babasının baxımsız bağına aparıblar. Orada 30 metr dərinliyi olan su quyusuna atıblar. Əllərinə düşən qayma daşları da üstünə atıblar. Elvinin meyitini oktyabrın 25-də quyudan Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu çıxardı”.

sto,.PNG (173 KB)

Nazim Həbibov deyir ki, amansız qətllə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə cinayət işi istintaq olunur: “Səbuhi ifadə verib ki, guya oğlumu namus məsələsi üstündə qətlə yetiriblər. Guya oğlum onun həyat yoldaşına təkliflər edib. Əslində isə bu, yalandır. Oğlumu tamah məqsədilə öldürüblər. Bunu onun maşınının sökülüb satılması, oğlumun üzərindən pullarının götürülməsi də sübut edir. Bir şəxsi namus üstündə öldürürlərsə, onun maşınını, pulunu niyə götürürlər? Bu cinayət həm də əvvəlcədən planlaşdırılıb, Elvinin maşınının üzərinə saxta nömrə nişanı vurulması, maşının Qızıldaşa aparılıb orada sökülüb satılmasına yönəlik addımlar atılması da bunu sübut edir”.

Bakıda polis intihar etmək istəyən qadını belə xilas etdi

Keçən gün Koroğlu metrosunun yaxınlığında qadın intihara cəhd edib.

"Ölkə.Az" xəbər verir ki, qadın özünü körpüdən atmaq istəyib.

İntihar etməyə çalışan orta yaşlı qadını YPX əməkdaşları xilas edib.

Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.