Son xəbərlər

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Hamilə gəlin qayınatası və qayınanası tərəfindən döyülübDaşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.

“Ölkə.Az” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvvəllüdlü Ayşə Abdulayeva Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb.

Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdilrib. Ona kəllə-beyin travması diqanozu qoyulub.

Xəstənin vəziyyətinin orta-ağır olduğu bildilir.

A.Abdulayevanın yaxınları onun gülünc doğuran səbəbdən döyüldüyünü deyiblər. Onların sözlərinə görə, A.Abdullayevanın gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəzərdə zəlzələ olduXəzər dənizində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Ölkə.Az"a verilən xəbərə görə, yeraltı təkanlar saat 07:06-da baş verib.

4.4 bal gücündə olan zəlzələnin dərinliyi 20 km olub.

Cəbhədə silahlar susmadıErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub

Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bakının Suraxanı rayonunda daş karxanında ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazası qarşısında müxtəlif dərəcəli bədən xəsarətləriylə aşkar edilib. Y.Bayramov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Yusif Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda V sinif şagirdinin intihar cəhdi ilə bağlı cinayət işi başlanıbGəncədə qadın dərman içərək özünü zəhərləyib.

“Qafqazinfo” nun verdiyi xəbərə görə, şəhərin Dədə Qorqud küçəsində yaşayan 1981-ci il təvəllüdlü A. M zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. Məlumata görə, qadın çoxlu sayda dərman həbləri qəbul edərək özünü öldürmək məqsədi ilə zəhərləyib.

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda azadlıqdan ÖMÜRLÜK məhrum edilənAzərbaycanda müəyyən müddətə azadlıqdan məhrum edilənlərin sayı azalıb, ömürlük azadlıqdan məhrum edilənlərin sayı isə artıb.

"Ölkə.Az"ın trend-ə istinadən məlumatına görə, 2013-cü ildə ölkədə yalnız 15 nəfər ömürlük azadlıqdan məhrum edilib.

2014-cü ildə bu rəqəm 13-ə, 2015-ci ildə isə daha da azalaraq 4-ə enib. 2016-cı ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10-a qalxsa da, 2017-ci ildə onların sayı yenidən azalaraq 5-ə enib. Ötən il isə azadlıqdan ömürlük məhrum edilənlərin sayı 7-yə qalxıb.

Ötən il müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı isə hissedilən dərəcədə azalıb.

2018-ci ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 6 374, 2017-ci ildə 7 273, 2016-cı ildə 7 908, 2015-cı ildə 7 826, 2014-cü ildə 7 347 nəfər olub.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

“Binə” ticarət mərkəzində yanğın olubOktyabrın 8-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Ölkə.Az" Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Yanğınla bağlı Səhiyyə Nazirliyi də “Binə” ticarət mərkəzində baş verən məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, yanğın barədə Təcili Tibbi Yardıma çağırış saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb.

“Azərişıq”dan küləklə bağlı“Azərişıq” gözlənilən güclü küləklə bağlı istehlakçılara xəbərdarlıq edib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür: 

“Şimal Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almaq üçün əlavə texnika və canlı qüvvə cəlb edib. Qarşıdakı üç saat ərzində Şimal bölgəsində, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 30-33 m/s çatacağı ilə bağlı məlumat əldə edilib.

Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunub. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Xəzərdə dalğanın hündürlüyü 5,5 metrə çatacaqXəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək Şimal Qərb, Şimal küləyinin sürəti 13 – 18 metr saniyə, arabir 20 – 23 metr saniyə olacaq.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, sonrakı inkişafda küləyin sürəti isə 25 – 30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Qeyd edək ki, Xəzəryanı dövlətlər içərisində ilk olaraq Azərbaycanda yaradılan Milli Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunub. Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.