Yeni doğulmuş uşağı torpağa basdırdılar
Türkiyədə dəhşətli cinayət baş verib.

 “HaberGlobal”  verdiyi məlumata görə hadisə Trabzon şəhərinin Tonya rayonunda  baş verib. Rayonun fındıq bağında yeni doğulmuş oğlan uşağının meyiti tapılıb.

Faktla bağlı 54 yaşlı M.Ç., onun qızı - uşağın anası olduğu iddia edilən 21 yaşlı P.Ç. və uşağın atası olduğu iddia edilən 22 yaşlı O.K. saxlanılıb.

Uşağın nikahsız doğulduğu bildirilir. Hadisə ilə bağlı cinayət işi başladılıb.

Azərbaycanda azyaşlı qız zorlandı, qardaşı bir telefona günahkarı bağışladı
Baku TV-nin “Pis yolun qurbanı” adlı yeni layihəsində erkən yaşda valideynlərini itirən azyaşlı qızın həyat mübarizəsindən bəhs edilib.

Belə ki, 16 yaşında anasını itirən qızın çətin vəziyyətdə iş axtarması, işdə zorlanması onun həyatının ən dəhşətli səhifələridir. 

Məsələnin acınacaqlı tərəfi isə budur ki, onu zorlayan müdir qızı ikinci ailəsi kimi saxlayacağını bildirsə də, sözünün üstündə durmayıb.

Qız sonda öz başına gələnləri qardaşına danışıb. Qardaşı həmin şəxsi evə çağırıb. Ancaq burada da yazıq qızın bəxti gətirməyib. Qardaşı onu bir telefona satıb.

Daha ətraflı Baku TV-nin “Pis yolun qurbanı” reportajında:

Bakı-Sumqayıt yolunda avtomobil betona çırpılıb, xəsarət alanlar varBakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az" APA-a istinadən bildirir ki, Bakının Binəqədi rayonu ərazisində qeydə alınmış avtoqəza zamanı avtomobil beton maneələrə çırpılıb.

Bildirilib ki, yolda gedən təmir işləri ilə əlaqədar Sumqayıt istiqamətində arakəsmə olaraq beton maneələr düzülüb. Bu vaxt həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq həmin maneələrə çırpılıb. Avtomobil daha sonra aşıb.

Hadisə nəticəsində sürücü - 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu, Qurbanov Tural Səməndər oğlu və 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Seyhun oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxanın həkimlərinin verdiyi məlumata görə, S.Cəlilovun vəziyyəti çox ağırdır.

Hadisənin təfərrüatları araşdırılır. Şahidlərin bildirdiyinə görə, bu, son bir sutkada eyni ünvanda baş vermiş ikinci hadisədir.

Qeyd edək ki, qəza nəticəsində yanacaq dağıldığından FHN-in yanğınsöndürənləri də əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ: Bakıda evdə partlayış
Bakıda mənzildə partlayış baş verib.

Apa xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında qeydə alınıb. Hamam otağındakı su qızdırıcısında baş verən nasazlıq nəticəsində partlayış olub. Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Famin Musayev  müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Oğuzda futbol oynayan şəxslər cərimələndi
Oğuzda karantin rejimini pozaraq futbol oynayan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq, futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.

Azərbaycana yardım gətirən Rəqsanə ilə səfirlik işçisi əlbəyaxa oldu – ŞOK VİDEO
Müğənni Rəqsanə İsmayılova və əri hücuma məruz qalıb.

Azərbaycanla Rusiya sərhədinə gələn müğənni yardımı vermək istəyərkən hücuma məruz qalıb.

Müğənninin sözlərinə görə, özünü səfirlik əməkdaşı kimi təqdim edən şəxs onların da yardımda adının çəkilməsini tələb edib. Müğənni yardıma onların pul vermədiyini bildirib və adlarını çəkməyəcəyini deyib.

Bundan sonra həmin şəxs yardımın paylanmasına mane olub.

Ərzaiyə polis çağırıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Səfirlik işçisi deyilən şəxs müğənninin həyat yoldaşına hədə-qorxu gəlib. “Səninlə sonra görüşəcəm” deyib.

Hadisənin anbaan videosunu təqdim edirik:



/oxu24.com/Müğənni Rəqsanə İsmayılova və əri hücuma məruz qalıb.

Azərbaycanla Rusiya sərhədinə gələn müğənni yardımı vermək istəyərkən hücuma məruz qalıb.

Müğənninin sözlərinə görə, özünü səfirlik əməkdaşı kimi təqdim edən şəxs onların da yardımda adının çəkilməsini tələb edib. Müğənni yardıma onların pul vermədiyini bildirib və adlarını çəkməyəcəyini deyib.

Bundan sonra həmin şəxs yardımın paylanmasına mane olub.

Ərzaiyə polis çağırıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Səfirlik işçisi deyilən şəxs müğənninin həyat yoldaşına hədə-qorxu gəlib. “Səninlə sonra görüşəcəm” deyib.

Hadisənin anbaan videosunu təqdim edirik:

/oxu24.com/

Sabah hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ölkədə qeyri-sabit hava şəraiti
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 mm olub. Qərb küləyi Naftalanda arabir 26 m/s, Gəncədə 24 m/s, Şabranda 22 m/s, Xaçmaz, Ağstafa, Neftçalada 20 m/s, Salyanda 17 m/s, Daşkəsən, Şəmkirdə 16 m/s, Maştağada 25 m/s, Bakıda 23 m/s, Binə, Sumqayıtda 22 m/s, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20 m/s, Zabratda 18 m/s, Çilov adasında arabir 15 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Temperatur Bakıda iqlim normasından 2.4 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19, aran rayonlarında 20-26, dağlıq rayonlarda 14-18, Naxçıvan MR-da 18-24 dərəcə isti olub.

Sabah 23 dərəcə isti olacaq
Aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

8103-ə yalan mesaj yazaraq BUNUDA ETDİLƏR
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə DİN-dən məlumat verilib.

Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. 

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. 

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.