Son xəbərlər

Sabah hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ölkədə qeyri-sabit hava şəraiti
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 mm olub. Qərb küləyi Naftalanda arabir 26 m/s, Gəncədə 24 m/s, Şabranda 22 m/s, Xaçmaz, Ağstafa, Neftçalada 20 m/s, Salyanda 17 m/s, Daşkəsən, Şəmkirdə 16 m/s, Maştağada 25 m/s, Bakıda 23 m/s, Binə, Sumqayıtda 22 m/s, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20 m/s, Zabratda 18 m/s, Çilov adasında arabir 15 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Temperatur Bakıda iqlim normasından 2.4 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19, aran rayonlarında 20-26, dağlıq rayonlarda 14-18, Naxçıvan MR-da 18-24 dərəcə isti olub.

Sabah 23 dərəcə isti olacaq
Aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

8103-ə yalan mesaj yazaraq BUNUDA ETDİLƏR
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə DİN-dən məlumat verilib.

Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. 

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. 

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Azərbaycanlı müğənnini maşın vuraraq öldürdü
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

 Azadlıq prospektində 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Opel" markalı minik avtomobili onu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, M. Zeynalova "Banu" adıyla müğənnilik edirmiş. //Sonxeber.az

1

1

1

Şirvanda karantin rejimini pozan “jurnalist” həbs edildi
Şirvanda özünü jurnalist kimi təqdim edərək karantin rejimini pozan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Report" a verilən məlumata görə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib. 

Ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən 8103 SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub. Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib.

Şirvan Şəhər Polis Şöbəsində onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib. 

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.

Naməlum şəxs Bakıda park edilən avtomobillərə hücum çəkdi, polis saxladı
Bu gecə Bakının Xətai rayonunda qəribə hadisə baş verib.

Baku.ws bildirir ki, “Həzi Aslanov” metrosu yaxınlığında, yeni tikilən binaların həyətində naməlum bir nəfər həyətdə park edilən avtomobillərə hücum çəkib.

Həmin şəxs maşınların şüşələrini sındırıb, dəmirini cızıb.

Beləliklə həmin şəxs 10-a yaxın maşına maddi zərər vurub.

Əraziyə polis çağırılıb. Həmin şəxs saxlanılıb. Onun sərxoş, yaxud ruhi xəstə olduğu guman edilir.

Faktla bağlı araşdırma aparılır.

Koronavirusun yeni əlaməti aşkarlandı
Ayaqlarda iri qırmızı ləkələr koronavirus infeksiyasının əlamətlərindən biri ola bilər.
 
“Report” xəbər verir ki, belə bir nəticəyə Avropada pandemiyanın daha geniş yayıldığı İspaniya və İtaliya həkimləri gəlib.
 
Belə ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən hər beşinci italiyalının dərisində problemlər mövcuddur. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur.
 
İspaniya Pediatr Assosiasiyası bildirib ki, səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir. 
 
Bir qayda olaraq, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.
Bakıda şəhidləri təhqir edən qızı tapıb görün nə etdilər...
Bir müddət öncə Azərbaycanda gənc qızın "Tik-tok" sosial şəbəkəsində canlı yayım zamanı şəhidləri təhqir etməsi cəmiyyətdə ciddi narazılığa və narahatlığa səbəb olmuşdu.

Redaktor.az xəbər verir ki, onun bu sözlərindən qəzəblənən başqa qız polisə müraciət edib. 

Daha sonra yayımı həyata keçirən və Bakı sakini olan qız Azərbaycan xalqından üzr istəyib.

Daha ətraflı videodan izləyin:

Karantin vaxtı Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı
Zərdab rayonunun Aşağı Seyidlər kəndinin “Seyidlər bağı” adlanan ərazisində, Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib və xüsusi karantin qaydalarını kobudcasına pozublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. 

Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştiirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.