Sabah 18 dərəcə isti olacaq

Aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Cənub-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Karantin rejimini pozduğuna görə 1445 sürücü cərimələndi
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinədən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9 959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu
"Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik".

Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, yoluxmalarla bağlı pozitiv məlumatlar azdır:

"Bu gün ölkədə 105 koronavirusa yoluxma faktı qeydə alınıb".

Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə...

Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbərinə görə, rayonun Pokrovka kəndində anadan olan Elşən Umudov xuliqanlıq etdiyi üçün Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. O, Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.

Həbsdən azad olunan Elşən Umudov Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən cinayətlər törətməyə başlayıb.

48 min 500 manatlıq oğurluq

Elşən Umudov 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib. O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.

Bundan başqa, Elşən Umudov 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23:30 radələrində idarə etdiyi “Mersedes-190” markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (nişanlısı ilə görüşən gələn oğlanın və hər iki qızın adı və soyadı şərti verilib – red.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.

Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanında aralanıb. Bu zaman Elşən Umudov Sahibə ilə avtomobildə tək qalıb.

Vəziyyətin belə olduğunu görən Elşən Umudov arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.

Həmin vaxt Elşən Umudov yeniyetmə yaşına çatmayan qıza qarşı elədiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsilə çəkib.

Bundan sonra Elşən Umudov həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlindək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.

Şantaj və zorlama

Sahibə Babayeva onunla cinsi əlaqədə olmayanda hədə-qorxu ilə üzləşib. Elşən Umudov yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.

Bundan qorxuya düşən Sahibə Babayeva Elşən Umudovla daim Sabirabad rayonunun ərazisində müxtəlif yerlərdə bir neçə dəfə cinsi əlaqədə olub.

Elşən Umudov Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama törətmək) və 177.3.2-ci (k ülli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Bacım evdən tək çıxmadı”

Zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, bacısı Samirənin nişanlısı Məhəbbət həmkəndlisi Elşənlə 2013-cü ilin mart ayının 8-də onlara gəlib: “2013-cü ilin təxminən noyabr ayının əvvəllərində Məhəbbət gecə vaxtı yenə də Elşənin idarə etdiyi avtomaşınla gəlmişdi. Bacım gecə vaxtı olduğundan evdən tək çıxmadı. Bacım məni də özü ilə apardı”.

Sahibə Babayeva qeyd edib ki, onlar Sabirabad rayonu Həşimxanlı kəndinin yaxınlığında olan boş sahəyə gediblər: “Burada Elşən avtomaşını saxladı. Bacımla nişanlısı avtomobildən düşdülər və kənar yerə getdilər. Bu zaman Elşən arxa oturacağa yanıma keçdi və avtomaşının qapılarını bağladı. Elşən bildirdi ki, məndən xoşu gəlir. Bu zaman Elşən mənə əl-qol atmağa başladı”.

Sahibə Babayevanın sözlərinə görə, bu zaman qışqırmaq istəyib: “Amma Elşən qışqırmağıma imkan vermədi və əli ilə ağzımdan tutdu, sonra mənimlə cinsi əlaqədə olub. Cinsi əlaqədə olan zaman ağrı hiss etdim və buna görə də ağladım. Cinsi əlaqədə olandan sonra Elşən məni hədələdi və bu barədə heç kimə deməməyimi tapşırdı”.

“Şəkillərimi məktəbdə paylayacağını dedi”

Sahibə Babayeva qeyd edib ki, həmin gündən 5-6 gün sonra Elşən bacısı Samirənin mobil telefonuna zəng vurub: “Elşən məni telefona çağırdı və bildirdi ki, aramızda olanları heç kim bilməsin. O, özündə şəkil, video olduğunu, həmin şəkil və videoları montaj edərək, məktəbin həyətində hər kəsə paylayacağını dedi. Elşən bildirdi ki, əgər şəklinin yayılmasını istəmirsənsə, onunla yenidən görüşməliyəm”.

“Mənimlə görüşəndə ətir və pul verirdi”

Zərərçəkmiş bildirib ki, bundan sonra Elşənlə 30 dəfədən çox cinsi əlaqədə olub: “Elşən məni hər dəfə avtomaşınına mindirib və çöllük sahələrə, bəzən də restorana aparıb. O, mənə çoxlu pulu olduğunu deyib. Elşən mənimlə görüşəndə ətir və pul verirdi. Elşəndən qorxduğuma görə bu barədə heç kimə deməmişəm. Elşən mənim orta məktəbdə oxuduğumu və 13 yaşımın olmasını bilib”.

“Sonradan Sahibəni zorlamasını bilmişəm”

Şahid qismində ifadə verən Məhəbbət Səmədov bildirib ki, nişanlısı Samirənin yaşadığı kəndə həmkəndlisi Elşən Umudovla onun avtomaşında dörd dəfə gəlib: “2013-cü ilin noyabr ayında Samirə və onun bacısı Sahibə ilə Elşənin avtomaşınında Sabirabad rayonun Həşimxanlı kəndinə gəlmişik. Samirə ilə avtomaşından düşmüşük və xeyli aralanmışıq. Gecə qaranlıq olduğundan avtomaşının salonunu görməmişik. Təxminən 20 dəqiqədən sonra geri qayıtmışıq. Sonradan istintaq zamanı Elşənin avtomaşında Sahibəni zorlamasını bilmişəm”.

13 il cəza, ciddi rejim

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Umudov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Bu hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində zorlama ittihamı üzrə günahsız olduğunu, şərləndiyini bildirib. O, Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını, oğurluq ittihamı üzrə cəzasının yüngülləşdirilməsini istəyib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Elşən Umudovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elşən Umudovun apelyasiya şikayəti təmin olunub.

Məktəblinin zorlayana niyə bəraət verildi?

Məhkəmə Elşən Umudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə ittihamı sübuta yetirə bilməyib. Bu səbəbdən məhkəmə həmin maddə üzrə Elşən Umudovun barəsində bəraət hökmü çıxarıb.

Həmçinin məhkəmə Elşən Umudovu Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilib. Həmin maddə ilə Elşən Umudova 8 il 6 ay cəza təyin edilib.

Bu qərardan prokurorluq narazı qalıb. Prokurorluq bəraət hökmünün ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Prokurorluq kasasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Elşən Umudovun barəsində verilən şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti üzrə qərar elan edilib.

13 yaşlı qızı zorlayanı hansı cəza gözləyir?

Qərara görə, prokurorluğun protesti təmin edilib və Elşən Umudovun barəsində çıxarılan bəraət hökmü ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Elşən Umudovun barəsində olan cinayət işinin materialları yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Elşən Umudovun cinayət şinə apelyasiya instansiyasında bu dəfə hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonar qərar elan edib. Qərara görə, Elşən Umudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi həmin məcəllənin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsinə, 177.3.2-ci maddəsi isə həmin məcəllənin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib.

Məhkəmə Elşən Umudovu Cinayət Məcəlləsinin 149.2.3, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilib. Ona həmin maddələrə uyğun olaraq 6 il müddətinə cəza təyin edib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Azərbaycanda bu kafe karantinə rəğmən fəaliyyət göstərib
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı, onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq, Kəpəz RPİ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Rahib Məmmədov: "Bu gün biz bir olub virusun yayılmasının ...
Daxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

Qafqazinfo xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

"Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M. B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib".

E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub:

"Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Ağdaban faciəsindən 28 il ötür
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 16 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.

130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Azərbaycanda dəhşət: Kişi arvadını həyətdə yad adamla tutdu,cinsiyyət orqanını kəsdi

Azərbaycana baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub

Şabran rayon sakini Ruslan Hacıyevin meyiti evdə tapılıb.Araşdırmalar zamanı  məlum olub ki, Ruslan  Hacıyevi həmyerlisi Vüsal Hacıyev qətlə yetirib.

İstintaq materiallarından  məlum olub ki, Vüsal Hacıyev Ruslan Hacıyevi qısqanclıq zəmnində qətlə yetirib.Belə ki, Vüsal  qonşusu Ruslanı  arvadı Dünya Adıgözəlova ilə evin həyətində  cinsi əlaqədə  olarkən tutub. Bu zaman Vüsal polisə  zəng  edib.

Əraziyə  gələn polis əməkdaşları  qadını  sorğu-suala tutarkən  qadın  həmin  kişi ilə  könüllü cinsi  əlaqədə  olduğunu  bildirib. Bundan  sonra Vüsal  arvadını  və  Ruslanı   bağışlayıb.Amma bundan sonra tərəflər arasında  düşmənçilik yaranıb.

Bundan sonra tərəflər arasında kin yaranıb.Ruslan Hacıyev insanlar arasında  Vüsal Hacıyevin arvadının əxlaqsız  olması  barədə  söz-səhbət yayıb.

Bundan sonra  Vüsal bıçaqla Ruslanı  qətlə  yetirib.Daha sonra onun cinsiyyət orqanını kəsib.

Qətlin təfərrüatı  və görüntüləri ilə bağlı 18+ videonu  təqdim  edirik:(oxu24.com)

Xüsusi karantin rejimini pozan sürücü polisdən qaçmaq istədi
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib. Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zerynallının saxlanılması qısa zamanda təmin edilib. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.

Kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini diri-diri yandırdı
Şəmkirdə kişinin həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırmasının bəzi təfərrüatları məlum olub.

Apa xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.